Baş səhifə » Mobil Kitablar


 

Я вырос в шиитском доме, в котором приближались к Аллаху, служа шиитскому мазхабу (религиозное течение), как со стороны знаний, так и со стороны обрядов. Мой отец умер, когда я был ещё маленьким и мой дядя со стороны матери взял на себя ответственность попечения надо мной и моими братьями. Он был шейхом и носил чалму. Он выучился в одном из учебных заведений в районе Джадд Хавс в Бахрейне, затем продолжил учебу в городе Кум в Иране. Он был внимателен к нам. Следил за тем, чтобы у нас не было плохих друзей, чтобы мы не увлекались чем-либо, что могло бы запятнать нашу репутацию и испортить наши нравы или, чтобы мы не совершали чего-либо, что могло бы вызвать гнев Аллаха - Свят Он и Велик. 
 

Bölmə: Mobil Kitablar | Baxılıb: 544 | Yüklədi: Azerislamoglu | Tarix: 22.01.2015

Yeni Kitab:

" TƏKFİR FİTNƏSİ. Əhli Sünnətin təkfir məsələsində mövqeyi. "

Bölmə: Mobil Kitablar | Baxılıb: 1513 | Yüklədi: selefimedia | Tarix: 24.04.2014

Yeni Tərcümə:

" Əl-Lulu vəl-Mərcan "
" Buxari və Müslimin ittifaq etdiyi hədislər "

 

Bölmə: Mobil Kitablar | Baxılıb: 1553 | Yüklədi: selefimedia | Tarix: 23.04.2014

Kişinin həyat yoldaşında bəyəndiyi  98  keyfiyyət.

-Mobil Kitab-

Bölmə: Mobil Kitablar | Baxılıb: 2521 | Yüklədi: selefimedia | Tarix: 19.02.2014

Qurani-Kərimin üç növ nəsxi mövcuddur.

NƏSX - bir şeyi aradan qaldırmaq, bir şeyi başqa şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq deməkdir.

Allah (subhənəhu və təalə) buyurur:
- Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: "Sən ancaq bir iftiraçısan!"– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir.

Nəhl surəsi, 101
Bölmə: Mobil Kitablar | Baxılıb: 2464 | Yüklədi: selefimedia | Tarix: 06.11.2013

İnsanlar namaza qarşı səhlənkarlıq edərək çoxlu xeyrdən geri qaldılar. Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı doğurdanda çox qəribədir.
----------------------------
Bəlaları dəhf etmək Allahın əlindədir,  ölüm və həyat  Allahın əlindədir, xəstələrə şəfa vermək Allahın əlindədir, ruzini genişləndirmək Allahın əlindədir, bütün xeyir qapılarının başı Allahın əlindədir, O bir şeyin olmasını istədikdə ondan yalnız ol deməkdir.
-------------------
Allaha gedən yol isə namazdan keçir, daşlardan, qayalardan, pirlərdən qəbirlərdən deyil. Allah özü ilə qulları arasında namazı vasitə etdi pirləri və qəbirləri deyil.  Allah dünyadaki məmurlar kimi deyilki ona çatmaq üçün mütləq kimisə araya salasan. Allahla insanın arasını korlayan pozan şeylər ancaq günahlardır və bunun əksi olaraqda insanı Allaha yaxınlaşdıran şeylər isə ancaq namazla, yaxşı əməllərdualarla edilən təvəssüldür.
Bölmə: Mobil Kitablar | Baxılıb: 1966 | Yüklədi: selefimedia | Tarix: 18.08.2013

Abdullah İbn Səba adlı biri yaşamayıb ?

Rafizilərin bir çox forumlarda Abdullah bin Səba adlı birinin yaşamadığını və onun yalnız Seyf bin Ömərin uydurması olduğunu yaydıqlarını görürük. Bəs həqiqət necədir? Tarixdə Abdullah ibn Səba deyə biri yaşamayıb? Həqiqəti bilmək üçün rafizi mənbələrindən dəlillərə baxaq:
Bölmə: Mobil Kitablar | Baxılıb: 1277 | Yüklədi: selefimedia | Tarix: 29.04.2013

Nəhcul Bəlağanin şərhində Meysəm Bəhrani yazır:

"Əbu Bəkr Fatiməyə dedi: "Sənə atana məxsus olanlar məxsusdur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Fədəkdən sizin ehtiyaclar üçün götürərdi, qalanlarını bölərdi, bir qismini isə Allah yolunda xərcləyərdi. Əgər Peyğəmbərin (sallallahu aleyhi va səlləm) etdiyi kimi etməyimi istəyirsənsə, mən belə edə bilərəm.” Fatimə razılaşdı və ondan əhd aldı.”

("Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5, səh. 107)

Bölmə: Mobil Kitablar | Baxılıb: 1305 | Yüklədi: selefimedia | Tarix: 05.04.2013

Yalan danışan kəs bilməlidir ki, danışdığı yalanlara görə sabah Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi yalan danışmaq da öz sahibini Cəhənnəmə aparır.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

«Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır».
 (Sahih əl-Buxari, 7/95, Sahih Muslim 4/2012)
Bölmə: Mobil Kitablar | Baxılıb: 1009 | Yüklədi: selefimedia | Tarix: 01.04.2013

Novruz:
mənşəcə fars sözüdür. Ərəbcələşdirmiş şəkli, Neyruzdur. Novruzun mənası; yeni gün deməkdir.
Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə qeyd edən adam Farsların ilk krallarından olan Cəmşiddir.

İmam Zəhəbi – Allah ona rəhmət etsin – belə demişdir:
«Ad günü, Cümə axşamı və Novruz kimi bayramlarda küfr əhlinə bənzəmək, çirkin bir bidətdir. Bir müsəlman, bu gün və bayramları bilmədən din sayaraq etsə (qeyd etsə), tənqid edilər və özünə İslamın bu mövzudakı hökmü öyrədilər. Əgər tərəf əhlinə sevgi bəsləyərək və onların bayramlarına sevinc duyaraq bu bayramı qeyd etsə, bu davranışı da tənqid edilər. Yox əgər bir ənənə və əyləncə olsun deyə və ailəsini məmnun edib uşaqlarının təsəlli etmək üçün etsə, bu təqdirdə onun vəziyyətinə baxılar. Əməllər, ancaq niyyətlərə görə qiymətləndirilir. Cahil kimsə bu mövzuda bəhanəlidir və İslamın bu mövzudakı hökmü özünə yumşaq bir şəkildə açıqlanar. Allah Təala ən yaxşı biləndir.»
(et-Temessuk bi’s-Sunen ve’t-Tehzîr mine’l-Bide’ /Sünnete Sarılmak ve Bid’atlardan Sakınmak» risâlesi).
Bölmə: Mobil Kitablar | Baxılıb: 1374 | Yüklədi: selefimedia | Tarix: 16.03.2013

Tarixə Leninin məşuqəsi kimi daxil olmuş Klara Setkin kommunist inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri təşkil etməklə də məşhur olub

XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən dini-milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…

Bölmə: Mobil Kitablar | Baxılıb: 1125 | Yüklədi: selefimedia | Tarix: 06.03.2013

Əsrlər boyu Əhli sünnə və əhli şiə arasında olan ixtilaflardan biri də Mutə nikahı barədədir. Əhli Sünnə Mutə nikahının qadağan edilməsi barədə icma etmişlər. Bu nikahın Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən 3 dəfə icazə verilib və sonra qadağan edilməsi barədə Əhli Sünnədə səhih rəvayətlər mövcuddur. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra bir neçə səhabə Mutə nikahına icazə versə də, həmin səhabələrə dəlil çatandan sonra öz əvvəlki fikirlərindən dönmüşdülər. Belə ki, səhabələrin bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vida Həccində, Vida xütbəsində Mutə nikahının Qiyamətə qədər qadağan edilməsi barədə çatdırdığı bu rəvayəti eşitməmişlər.

Həmin 3 hadisə aşağıdakı vaxtlarda olmuşdur:...

Bölmə: Mobil Kitablar | Baxılıb: 1698 | Yüklədi: selefimedia | Tarix: 05.03.2013

Muhamməd Saleh əl-Munəccid

"VALENTİN GÜNÜNÜ KEÇİRMƏYİN HÖKMÜ"


Rəsulullah sallallahu aleyhi və səlləm dedi:
"Sizdən əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhidilər və xristianlarmı? O: Başqa kimlər?!-dedi".
(Buxari 8/151; Müslim 4/2054).

Bölmə: Mobil Kitablar | Baxılıb: 889 | Yüklədi: selefimedia | Tarix: 13.02.2013

Fəth edilmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da İslam dini insanlar arasında böyük rəğbətlə qarşılanmış və sürətlə yayılmışdı. Fəqət bu mərhələ necə gerçəkləşmişdi? Vuruşaraq, qılınc gücü ilə ələ keçirilmiş hər yerdə yeni bir dinin və ya ideologiyanın qəbul edilməsinin səbəbi, həqiqətən, o yerin hərbi yolla ələ keçirilməsi ola bilərmi? Bu qəti olaraq yanlış fikirdir. Belə ki, mədəni, elmi, dini, ideoloji və ümumiyyətlə, cəmiyyətin ictimai, iqtisadi, siyasi cəhətləri ilə hər hansı bir təbəddülata məruz qalmasını hərbi-siyasi səbəblərlə izah etməyə çalışmaq səhvdir.
---------------------
İslam dininin Azərbaycanda necə sürətlə qəbul edilib yayıldığını klassik müsəlman tarixçilərin əsərlərindən öyrənmək mümkündür. Əhməd ibn Yəhya əl-Bəlazuri IV xəlifə Əli ibn Əbu Talibin dövründə ikinci dəfə Azərbaycan valiliyinə təyin edilmiş Əşas ibn Qeys əl-Kindinin bu ölkəyə gəldiyi vaxt əhalinin müsəlman olduğunu, məscidlərdə Quran oxunduğunu gördüyünü yazır.
(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.)

Bölmə: Mobil Kitablar | Baxılıb: 1196 | Yüklədi: selefimedia | Tarix: 10.02.2013

Yaşar Süleymanlı

"Qəbirlərin üzərində bina tikməyin qadağan edilməsi barədə, şiə yolu ilə rəvayət edilmiş bəzi rəvayətlər"

Bölmə: Mobil Kitablar | Baxılıb: 1052 | Yüklədi: selefimedia | Tarix: 07.02.2013


IV Xəlifə Əli ibn Əbu Talib Dövrü

Osman ibn Əffanın şəhid edilməsindən sonra Rəsulullahın (salallahu aleyhi və səlləm) əshabının yekdil qərar və xalqın əksəriyyətinin beyəti ilə Əli ibn Əbu Talib (r.a.) xəlifə seçildi. Qəhrəman, zəkalı, uzaqgörən, hikmət sahibi bir şəxs olan Əli ibn Əbu Talib Rəsulullahın (
salallahu aleyhi və səlləm) evində böyümüş, ondan tərbiyə almışdı. O, Quran-i Kərimi ən yaxşı bilən səhabələrdən biri idi...

(Bizans imperatoru) II Konstansın hakimiyyətə gəlməsi ilə Bizans paytaxtında taxt-tac uğrunda mübarizəyə son qoyulmuş və ölkə siyasi istiqrara qovuşmuşdu. Bu siyasi sabitlik nəticəsində Bizansın xarici siyasətində canlanma müşahidə edilmişdi. Bu canlanma Zaqafqaziyada da özünü bariz şəkildə göstərirdi. Bizans imperatoru köhnə müttəfiqi Xəzər xaqanı ilə əlaqələri yenidən qurmuş və gücləndirmişdi.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1211 | Yüklədi: selefimedia | Tarix: 03.02.2013


Ömər ibn Xəttabın vəfatından qısa müddət sonra Azərbaycanda üsyan baş vermiş, əhali əhdin şərtlərini ləğv edərək, müqavilə şərtlərini yerinə yetirməkdən imtina etmişdilər. Albaniyada da vəziyyət gərginləşmişdi.

Osman ibn Əffan xəlifə seçilən kimi Vəlid ibn Uqbəni Kufə valiliyinə təyin etmiş və Azərbaycana gedərək vəziyyəti nəzarət altına almağı əmr etmişdi.
Bölmə: Mobil Kitablar | Baxılıb: 1549 | Yüklədi: selefimedia | Tarix: 27.01.2013

Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Utbə ibn Fərqəd tərəfindən, Azərbaycanın çöl və dağlıq bölgələrində, ətraf və ucqarlarında yaşayan əhaliyə verilən əmannamədir. Onlar maddi vəziyyətlərinə müvafiq olaraq cizyə ödəmək şərti ilə əmniyyət içindədirlər. Bu vergidən uşaqlar, qadınlar, xəstələr, əllərində heç bir varidatı olmayan fəqirlər və özlərini ibadətə vermiş, dünya malından heç bir nəsibi olmayan, inzivaya çəkilmiş rahiblər azaddırlar. Onlar (əhali) öz yurdlarından keçib gedən müsəlman əsgərləri bir gecə bir gündüz qonaq saxlayıb, onlara bələdçilik edib yol göstərməlidirlər.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1081 | Yüklədi: selefimedia | Tarix: 13.01.2013

Ayaq üstə dura-dura ayaqqabı geymək.Kiçik uşaqlara salam vermək.Zərurət olmadan qadınların bayıra çıxmaması.

Kişilərin ağ paltar geyməsi.Günorta yuxusu.Günəş batan zaman uşaqları bayıra buraxmamaq.

Yuxudan ayılmaq üçün üzü ovuşdurmaq.Gözlərə ismid sürməsi çəkmək.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1524 | Yüklədi: selefimedia | Tarix: 07.01.2013

Allah Rəsulunun (salallahu aleyhi və səlləm) birinci xəlifəsi Əbu Bəkr (r.a.) (632-634) dövründəki Riddə Rəsulullahın (salallahu aleyhi və səlləm) vəfatından sonra Ərəbistan yarımadasında yaşayan bəzi ərəb qəbilələri müxtəlif bəhanələrlə üsyan edərək Mədinə Şəhər Dövlətinə tabə olmaqdan və İslam dininin zəkat və.s kimi hökmlərini icra etməkdən imtina etmişdilər. Hətta Tüleyha, Museyləmə və.s kimi şəxslər peyğəmbərlik iddiasına düşərək Mədinə Şəhər Dövlətinin valilərinə və məmurlarına hücum edərək onları qovmuşdular. Bunu İslam tarixində İrtidad hərəkatı və ya Riddə hadisələri deyilir. Çünki bu qəbilələr dövlətə qarşı üsyan etməklə mürtəd olmuşdular yəni İslam dinindən çıxmışdılar.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1320 | Yüklədi: selefimedia | Tarix: 05.01.2013

1 2 »