Baş səhifə » 2014 » Aprel » 23 » Yeni Tərcümə:"Əl-Lulu vəl-Mərcan.Buxari və Müslimin ittifaq etdiyi hədislər."
22:30
Yeni Tərcümə:"Əl-Lulu vəl-Mərcan.Buxari və Müslimin ittifaq etdiyi hədislər."

Yüklə:

PDF 

Həcmi - 56mb

Tərcümə:

Kamal Hüseyn.
-------------------


Müsəlmanlara dəyərli bir kitab topluyub bəxş edən Muhəmməd Fuad AbdulBəqiyə (rahimahullah) Uca Allahdan rəhmət və məğfirət, məqamının Cənnət olmasını Allahdan diləyirik. Şeyx H. 1299-cu il Cumədəl Əvvəl 3 (Mart 1882-ci ildə) Qahirədə doğulmuşdur. Muttəfiqun Aleyh – nəzərində ittifaq olunan söz və ya məsələ deməkdir. Səhabələrin ittifaq etdiyi və heç birinin müxalif olmadığı deməkdir. Hədisdə isə bir hədisin səhihliyi üzərində hədis imamlarının birləşdiyi, hədisin səhih olduğunu söyləmələridir. Bu kitab isə Səhih Buxari və Səhih Muslimdən toplandığı üçün Muttəfiqun Aleyh adlanmışdı. Çünki onlardan sonra gələn bir çox alimlər bir hədisin Buxari və Muslimdə olması hədisin səhih olması üçün yetərlidir demişlər. İslam dünyasında böyük bir etibar qazanmış və içində olan hədislərin səhih olmasına dair bir çox alimlər ittifaq etmişlər. İbn Əsir rahimahullah deyir ki: “Hər ikisi də kitablarına səhih ismini vermişlər və səhih ismini verən ilk alimlər olmuşlar. Bu iki alim söylədikləri sözə sadiq qalmış, bu etibarı doğrultmuşlar, buna görə də Allah onları şərqdə və qərbdə, quruda və suda da doğrultmuşdur. Bunun belə olmasının səbəbi niyyətlərinin doğru olması, qəlblərinin ixlaslı olması, kitablarına yazdıqları hədislərin səhih olmasıdır”. Qurani Kərimdən sonra ən güvənilir hökm olaraq qəbul edilmişdir.
-------------------------
Kitabda hədislər mətn olaraq Səhih Buxarinin mətni nəzərə alınmışdır (1200 Hədis). Lakin az bir qism olaraq Səhih Muslimin mətnləri də vardır (400 Hədis). Hədislərin düzlüşü, başlıqlar və bölümlər Səhih Muslimə görə əsas götrülmüşdür. Muəllif qeyd etmişdir ki, kitabında 2006 hədis yer almışdır. Lakin kitabda 1906 hədis olduğudur. Hər iki tərəfdən də hədislərin həm Buxaridə, həm də Muslimdə olan yerləri bir neçə mətbəə nəşrlərinə əsasən qeyd edilmişdir.
-----------------
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur.

"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et".

(əş-Şuəra 78-85).


Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!

Bitirdim: Miladi 2014-ci il 29 Mart
Hicri: 1435-cü il Cumədəl Əvvəl 27
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)

Bölmə: Mobil Kitablar | Baxılıb: 1625 | Yüklədi: selefimedia