Baş səhifə » 2013 » Aprel » 29 » Abdullah İbn Səba adlı biri yaşamayıb ? -Mobil Kitab-
09:39
Abdullah İbn Səba adlı biri yaşamayıb ? -Mobil Kitab-
Abdullah İbn Səba adlı biri yaşamayıb ?

Rafizilərin bir çox forumlarda Abdullah bin Səba adlı birinin yaşamadığını və onun yalnız Seyf bin Ömərin uydurması olduğunu yaydıqlarını görürük. Bəs həqiqət necədir? Tarixdə Abdullah ibn Səba deyə biri yaşamayıb? Həqiqəti bilmək üçün rafizi mənbələrindən dəlillərə baxaq:

Bismilləəh

Abdullah ibni Səba Gulat idi:

əl-Tusi, rical, səh. 75, ravi 718 (kitabda)
əl-Hilli, əl-Xulasə, səh. 237, ravi 19 (Abdullah bölməsi)
əl-Xoi, Mu'cəm Rical əl-Hədis, cild. 10, səh. 192, ravi 6878

Abdullah İbn Səba haqqında Tusi bunları deyir: [əl-Tusi, rical, səh. 75, ravi 718]

http://im32.gulfup.com/cVDUR.jpg

http://im33.gulfup.com/18TER.jpg


Abdullah ibni Səba Küfrə döndü və özünün Gulat biri olduğunu göstərdi.

Rafizi mənbələrində keçən digər 3 səhih hədisə baxaq. İlk hədisin isnadı rafizi ricalına görə "qızıl" isnadlı bir hədisdir:


حدثني محمد بن قولويه، قال حدثني سعد بن عبد الله، قال حدثنا يعقوب بن يزيد و محمد بن عيسى، عن ابن أبي عمير، عن هشام بن سالم، قال : سمعت أبا عبد الله (عليه السلام) يقول و هو يحدث أصحابه بحديث عبد الله بن سبإ و ما ادعى من الربوبية في أمير المؤمنين علي بن أبي طالب، فقال إنه لما ادعى ذلك فيه استتابه أمير المؤمنين (عليه السلام) فأبى أن يتوب فأحرقه بالنار.

Hişam İbn Salim dedi ki, O, İmam Əbu Abdullahın (sas) belə dediyini eşitdi: Abdullah İbni Səba (xalqı) İmam Əlinin ilah olduğuna çağırırdı. Əli onu tövbəyə dəvət etdi, lakin o rədd etdi. Bu səbəblə Əli onu atəşə atdı.

[əl-Kəşşi, rical, səh. 107, hədis 171]


) حدثني محمد بن قولويه قال حدثني سعد بن عبد الله قال حدثنا يعقوب بن يزيد و محمد بن عيسى عن علي بن مهزيار عن فضالة بن أيوب الأزدي عن أبان بن عثمان قال سمعت أبا عبد الله (ع) يقول لعن الله عبد الله بن سبإ إنه ادعى الربوبية في أمير المؤمنين (ع) و كان و الله أمير المؤمنين (ع) عبدا لله طائعا الويل لمن كذب علينا و إن قوما يقولون فينا ما لا نقوله في أنفسنا نبرأ إلى الله منهم نبرأ إلى الله منهم.

Əbu Abdullah (əleyhissəlam) belə deyərkən eşitdim: Allah Abdullah ibni Səbaya lənət etsin. O, Əmirəl Möminin ilahlığını iddia edirdi. Allah üçün, əmirəl möminin Allahın bir quluydu. Bizim haqqımızda yalan danışana vay olsun, bizim özümüz haqqımızda demədiyimizi bizim haqqımızda deyən insanlar var, biz Allah üçün onlardan uzağıq, Biz Allah üçün onlardan uzağıq.

[əl-Kəşşi, rical, səh. 107, hədis 172]


و أحمد بن محمد بن عيسى عن أبيه و الحسين بن سعيد عن ابن أبي عمير عن هشام بن سالم عن أبي حمزة الثمالي قال قال علي بن الحسين (ع) لعن الله من كذب علينا إني ذكرت عبد الله بن سبإ فقامت كل شعرة في جسدي لقد ادعى أمرا عظيما ما له لعنه الله كان علي (ع) و الله عبدا لله صالحا أخو رسول الله (ص) ما نال الكرامة من الله إلا بطاعته لله و لرسوله و ما نال رسول الله (ص) الكرامة من الله إلا بطاعته.

Allah bizim haqqımızda yalan danışanlara lənət etsin. Mən Abdullah İbni Səbadan danışdım və tüklərim dimdik oldu Allah onu lənətləmişdir. Allah üçün, Əli Allahın xidmətçisi və Allah Rəsulunun qardaşıdır. O, Allah və Onun Peyğəmbərinə itaət xaricində (başqa bir şeylə) Allahın hörmətini qazanmamışdır. Və Allah Rəsulu Allaha itaət xaricində (başqa bir şeylə) Allahın hörmətini qazanmamışdır.

[əl-Kəşşi, rical, səh. 107, hədis 173]


Birinci hədis -2 fərqli isnadla
İkinci hədis -2 fərqli isnadla
Üçüncü hədis -3 fərqli isnadla

2 +2 +3 = 7 isnadla rəvayət edilib. Abdullah İbn Səbanın mif və ya bir nağıl olduğunu iddia edən Rafizilər heç olmazsa öz kitablarında baxsınlar.


ذكر بعض أهل العلم أن عبد الله بن سبإ كان يهوديا فأسلم و والى عليا (ع) و كان يقول و هو على يهوديته في يوشع بن نون وصي موسى بالغلو فقال في إسلامه بعد وفاة رسول الله (ص) في علي (ع) مثل ذلك و كان أول من شهر بالقول بفرض إمامة علي و أظهر البراءة من أعدائه و كاشف مخالفيه و أكفرهم فمن هاهنا قال من خالف الشيعة أصل التشيع و الرفض مأخوذ من اليهودية.

Bəzi elm əhli rəvayət edir ki, Abdullah ibni Səba yəhudi idi, islami qəbul etmiş və Əlini (əleyhissəlam) dəstəkləmişdi. O, Yəhudi olduğu zamanda həddini aşmış və Yuşa bin Nunu Musanın (əleyhissəlam) xələfi saymışdı. İslama girdikdən sonra Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) ölümündən sonra - O, Əli (əleyhissəlam) haqqında da belə dedi. Xalqa imamətin zəruri olduğunu ilk elan edən o idi, düşmənlərini rədd etdi və rəqibləri ilə münəzaralar etdi və onları kafir adlandırdı. Şiələrə qarşı olanlar tez-tez bunu deyirlər: "Şiələrin və rafizilərin Yəhudilikdə kökü vardır”.

[əl-Kəşşi, rical, səh. 107, hədis 174]

Abdullah İbni Səbanın tarixdə yaşamadığını iddia edən və bunu Seyf bin Ömərin bir uydurması olduğunu sübut etmək üçün dəridən, qabıqdan çıxan Rafizilər bir daha düşünsünlər.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1292 | Yüklədi: selefimedia