08:41 Namaz qılmayanı namaza dəvət edərkən … | |
Namaz qılmayanı namaza dəvət edərkən … (yazının sonunda yükləmə (pdf,word,jar,jad) fayları vardır) --------------------------- Rəhimli və Mərhəmətli Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı
olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Əvvəla hər bir insan öz Yaradanını yaxşı tanımalıdır. Yaradanı tanımaq isə heç də çətin deyil. Məsələn: Allahı tanımaq üçün çox uzaqa getmək lazım deyil, ətrafımıza düşünərək baxsaq kifayət edər. Məsələn Qarşımızda və yaxınlıqda olan hər hansı bir əşyaya baxaq və özümüzə belə bir sual qoyaq, gördüyümüz bu əşya öz -özünə yarana bilərmi ? Məsələn: Əlimizdəki qələm, yazdığımız dəftər və oxuduğumuz kitab, öz özünə yarana bilərmi? Cavab yox . Əgər bir qələm varsa mütləq kiminsə tərəfindən düzəldilib .Bir dəftər və ya kitab varsa deməli mətbəə var. Əgər paltar yuyan və ət çəkən maşın varsa demək onun fabriki və istehsalçısı var və s. Bütün bu sadaladığımız və sadalamadığımız bir cox əşyalar, insan beyninin səmərəsi və bəhrəsidir. Bütün bunların səbabkarı insandır. Və şək yox ki insan bütün cansız əşyalardan daha bahalı, daha qiymətli və daha önəmlidir. Bir az düşünsək, necə ola bilər ki, cansız əşyaların düzəldilməsi ücün bir alimə və yaxud mühəndisə ehtiyac olsun amma, təbiətdəki milyonlarla canlı orqanizimlərin və bunlarında başında, insanın yaradılması üçün, heç kimə ehtiyac olmasın . Deməli bir böcək belə öz özünə yarana bilmirsə, bəs onda milyonlarla müxtəlif varlıqlar və bununda başında ən qiymətlisi olan insan da necə öz - özünə əmələ gələr? Həmçinin Allahın varlıqına dəlil bu
kainatın tənzim ilə işləməsidir. Məsələn: Bir ildə dörd fəsil var, ta
kainat bilinəndən bəri bu dörd fəsil öz ardıcıllığını qoruyub saxlayır.
Əgər hər şey öz-özünə və öz başına olsaydı bu ardıcılığın pozulması
lazım idi. Əgər bunu təsadüf adlandırırlarsa, bilin ki, təsadüflər boş
yerə olmur. «Bağa baxarsan bağ olar baxmazsan dağ olar.» Əgər bu
fəsillərin başçısı olmasaydı fəsillər bir-birinə qarışardı, yaydan
sonra qış, yazdan sonra isə payız gələrdi. Amma bizə məlum olan
qədər bu fəsillər arasında ardıcıllıq heç vaxt pozulmamışdır. Öz
başına sahibsiz hansı sistem, hansı qanun neçə illər pozulmadan işləyə
bilər? Bəzən 1 ildəki günlərin sayı 350, bəzən 380 və ya 400 gün olardı və həmçinin günlərdəki saatların sayı bir gündə bəzən 15, bəzən 20 və ya 30 saatdan ibarət olardı . Əgər günəş sahibsiz olsaydı birgün şimaldan birgün cənubdan və yaxudda fərqli fərqli yerlərdən çıxardı. Əgər bir məktəbdə tələbələr müəllimlər bəlli saatlarda məktəbə gəlib gedirlərsə, nizam intizamlı bir sistem varsa, deməli bu, məktəbin sahibsiz olmadığına dəlildir. Yəni direktorunun varlığına dəlildir. Əgər başçı olmasaydı müəllimlər və tələbələr nizam intizama əməl etməzdilər. Əgər başcı olmasaydı insanlar qayda-qanuna əməl etməzdilər. Başçı olmadan heç bir qurum, təşkilat və yaxud da dövlət öz –özünə ayaqda dura bilməzsə? Bəs başçısız bu kainat öz–özünə necə ayaqda dura bilər?! Bəzi insanlar isə bütün bu gördüklərini təsadüf adlandırırlar . Lakin bu qədər şey necə təsadüf ola bilər, xüsusi ilə bu nizam-intizamın dəqiqliklə davamlı şəkildə işləməsi bunun təsadüf olmamasına dəlildir. Pisxoloqlar təsadüflərlə əlaqədar öz kitablarında belə bir misal gətirirlər. Əgər əlimizdə kiçik bir topla boş bir otağa girsək və topu yerə atsaq top müxtəlif sürətlə müxtəlif istiqamətlərə hərəkət edərək müəyyən bir yerdə dayanacaq. Eyni bu prosesi tam dəqiqliklə təkrarlamaq ücün neçə milyon dəfə topu əvvəlki kimi atmaq lazımdır ki, ilk proses tam dəqiqliklə təkrarlansın. Ola bilsin heç təkrarlanmasın. Diqqət yetirin: Deməli təsadüfən, və ya kantrolsuz, neçə milyon dəfə bir şeyi təkrar etməklə, eyni şeyi, dəqiq şekildə, əldə etmək mümkün deyilsə, onda necə ola bilərki, neçə milyard illərdi, neçə milyard dəfələrlə, bir an belə pozulmadan, öz nizam-intizamını qoruyaraq, dəqiq şekildə işləyən bir sistemə, təsadüf «və ya öz başına əmələ gəlib» adını qoyaq. Deməli bu kainatda ki illərin ayların günlərin nizamlı şəkildə işləməsi , təsadüf və ya öz başına deyil. Allahın varlığına iman etdikdən sonra, onu daha gözəl tanımaq üçün yenə də onun yaratdıqlarına baxıb düşünmək kifayətdir. Necə deyərlər: «Sənətkarın məharəti, qabiliyyəti, gücü və qüvvəti əl işindən bəllidir». Əgər bizə desələr ki, möhtəşəm bir
binanın proyektini çəkən arxitektor kardır, kordur və ya laldır, biz
buna inanarıqmı? Əlbətdə ki yox. Deməli belə möhtəşəm bir əsəri ortaya
çıxartmaq üçün insan gərək elmli olsun, elmli olmaq üçün də insan mütləq
görməli eşitməli və bilməlidir. Elm olduqdan sonra da bu əsəri ortaya
qoymaq üçün güc lazımdır. Deməli burdan başa düşülən odur ki, Uca Allah
bu kainatı və içindəki million cür canlını yaradıbsa və bunu idarə
edirsə O diridir, güclüdür elmlidir, görəndir, eşidəndir və danışandır.
Alahın kəlamıda Qurani kərimdir. Qurani Kərim heç bir bənzəri olmayan möhtəşəm bir kitabdır və inanmayan insanlar tərəfindən dəfələrlə belə bir kitab yazılmasına cəhd edilsədə hamının cəhdi boşa çıxmışdır. Qurani Kərimə həyatın hansı sahəsindən baxsan orada bir adillik nəsihət və istiqmət taparsan. Quran psixoloji bir qaynaqdır. Elmi tərəfdən yanaşsan Qurani Kərim açıqlanan və açıqlanmayan elmi sirlərlə və möcüzələrlə doludur. Tibb baxımından yanaşsan Allah, Qurani Kərimi oxumağı şəfa olaraq endirib. Vallahı elə bir xəstəlik yoxdur ki onu Qurani Kərimlə müalicə etmək mümkün olmasın. İstər tibbə məlum olan istərsədə həkimlərin: «götürün aparın bizlik deyil» dediyi xəstəliklər. Bu məsələni çox uzatmaq istəmirik kimin belə bir şübhəsi varsa Qurani Kərimin möcüzələri haqda yazılmış minlərcə kitablara müraciət edə bilər Qurani Kərimin Allahın kitabı olduğuna iman gətirdikdən sonra onun içinə nəzər salmaq, oxuyub əməl etmək lazımdır. Əgər Qurana nəzər salsaq görərik ki, Uca Allah bizi, Allaha və axirət gününə, qəbir əzabına və nemətlərinə, öldükdən sonra dirilməyə sorğu sual olunacağımıza, yaxşı insanların kitabının sağ, pis insanarın kitabının sol əlinə veriləcəyinə, ədalət tərəzisinin qurulacağına, sirat körpüsündən keçışə, cənnətə və cəhənnəmə inanmağımızı istəyir. Kim desə ki «Qurana inanıram amma Allahın ölüləri dirildəcəyinə inanmıram öləndən sonra dirilmək boş şeydir. O dünyaya kim gedib gəlib. Bu şübhə sahiblərinə cavab olaraq belə bir misal çəkək: Deməli dedik ki, Allah ölüləri dirildəcəyini insanlara öz gücü ilə isbat edir. Yerləri göyləri yaratmaqla, kainatı xəlq etməklə, qışda yaşıllıqları şaxtayla öldürüb, yazda onlara can verib, diriltməklə. Bəs sən ey insan, sən ki bir milçək, bir ot belə yarada bilmədiyin halda, «Öləndən sonra dirilmək boş bir şeydir»- «Cənnət və cəhənnəm elə bu dünyadadır» kimi iddiaları nə ilə əsaslandırırsan. Allahın gücü qüvvəti vədi göz qabağındadır bəs səninkilər hardadır. Allahın ölüləri diriltmə xəbəri ta dünya yaradılandan bu günə kimi göndərilmiş 124 min Peyğəmbərin, 365 elçinin, dili ilə təsdiqlənmiş bir xəbərdir. Zəburda Tövratda İncildə və Quranda təsdiqlənmiş bir xəbərdir. Necə deyərlər: «Od olmayan yerden tüstü çıxmaz» Amma sən deyirsən bu tüstünün qaynağı yoxdu. Tarixi kitablara qayıtdığda isə, İsa Peyğəmbərin ölüləri diriltmə möcüzələri ilə doludur. Allah bizi eşidib faydalananlardan etsin. Amin. İnsanın öz Rəbbini tanımaqla iş qurtarmır, toyuqda su içəndə başını yuxarı qaldırır. Əgər Allah bizə ağıl nemətini veribsə demək bunun müqabilində bizdən tələb etdikləridə var. Bu tələblərin başında da namaz durur. Allah Təala Qurani Kərimdə namazı tərk edənlər barəsində buyurur: »Onlardan sonra namazı tərk edib şəhvətlərə uyan bir qövm gəldi. Biz onları cəhənnəmdəki ğay dərəsinə atacağıq». Müsəlman qardaşlar və bacılarım, Namazı tərk etmək qulun həyatda itirə biləcəyi ən böyük itkidir. Çünki Namaz qulu Rəbbinə birləşdirən mühüm bir bağ və vasitədir. Bu bağ qopduqdan sonra insan zəlalət və küfr bataqlığında boğulmaması mümkün deyil. Amma çox təssüflər olsun ki, bu gün bizlərin çoxu insanları xəstə, şikəst, kor, kar gördüyümüz zaman onların halına, namazsız gördüyümüzdən daha çox acıyırıq. Halbuki bəsirət gözü ilə baxdığımız zaman, xəstəlik və ölüm həyatda itirdiyimiz ən böyük itki deyil, ən bəyük itki yaşarkən içimizdə ölən imandır. Namaz islamın 5 əsas dayağından birirdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: »Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə küfrə düşər.» Ömər bin Xattab (Allah ondan razı olsun) buyurur : «Namazı tərk edənin islamdan payı yoxdur.» Allah Təala digər ayədə buyurur: «Cəhənnəm əhlindən soruşarlar: Sizin cəhənnəmə düşmənizin səbəbi nədir? Cəhənnəm əhli belə cavab verər: Biz namaz qılanlardan və kasıbı yedizdirənlərdən olmadıq , batilə dalanlarla bizdə dalardıq, və Qiyamət günü dirilməyi inkar edərdik.» Ey Allahın bəndəsi!
Namazı tərk etdiyin gündən Allahla arandakı əlaqə kəsilib və bu əlaqəni
kəsməklə sən böyük bir xəzinənin açarını itirdin. İnsan bu dünyada bir
yolçudur və bu yolçuluq ana bətnində dünyaya qədəm qoyduğu gündən, qəbrə
kimi davam edir. Namaz isə yolçunun özü ilə gəzdirdiyi azuqəsidir,
ruhunun sağlamlığıdır, qəm kədərdən qurtulmaq üçün bir qapıdır.
Dəstnamaz alıb iki rükət oxuduqlarını dərk edərək, səcdədə yalvarıb,
yaxarıb dua edərək namaz qılmaq, sənin qəm qüssənə dərman olaraq
kifayət edər. Onlar dünyada Allaha səcdə etmədikləri üçün, qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar. Dünyada ikən çağrılırdılar gəlmirdilər, təkəbbürlük edirdilər. Gəlməməklə yanaşı namaz qılanlarla istehza edib onları ələ salırdılar. Belə adamlara dini Allahı saleh əməlləri xatırladanda səni lağa qoyurlar. Allah Təala Qurani Kərimdə buyurur: «Siz (əzanla) namaza çağrıldığınız zaman, onlar istehza edərək bunu oyun oyuncaq sayarlar, bu onların anlamaz bir tayfa olduqlarındandır». Digər ayədə Allah Təala buyurur: «Həqiqətən günahkarlar, dünyada ikən iman gətirmiş kimsələrə, gülürdülər, iman gətirmiş kimsələri görəndə onları lağa qoyurdular.» Müsəlman qardaşlar və bacılarım, Heç kim
ona ünvanlanan bu cür nalayiq sözlərə görə ruhdan düşməsin. İstehza
etmək ağılın kamlığından irəli gəlir. Qoy gülsünlər, yaxşı-yaxşı
gülsünlər. Amma xoşbəxt axırda gülən kimsələrdir. Necə ki Allah Təala
buyurur : «O gün axirətdə iman gətirənlər kafirlərə güləcəklər». Keçsə idi vastəçilik, islam dinində Həyatda xoşbəxtlik axtarıb amma namaz qılmayanlara Allahın bu ayəsini xatırlatmaq istəyirəm. Allah Təala buyurur : «Möminlər xoşbəxtlik tapdılar, hansı möminlər, o möminlər ki, namazlarını xuşu ilə qılarlar». Cavab: Qəlb rahatçılığı, hüzur, sükunət,
sevinc və xoşbəxtlik. Hüzur tapan insan salamat olar, salamatçılığa
çatan 2-ci bir şey isə yoxdur. Həmçinin bunun əksinə baxdığımız zaman,
ən sıxıntılı insanlar, namazı tərk edən və yaxutda namazlarına səhlənkar
yanaşan kimsələrdir. Allah hər kəsə hidayət versin, hidayət
etdiklərinidə sabit etsin. Allahdan sevgi və ümüdə dayanan bir
qorxunu, hər bir müsəlmanın həyatda ikən qazanması vacibdir. Onsuz həyat
sıxıntılı, və əxlaqi tənəzzülə uğramış, onsuz isə insanlar
dəyərsizdir. Hətta Var dövlətə, mal-mülkə sahib olsalar belə, onu itirən
həyatda hər bir şeyini itirmişdir. Onu qazanan isə həyatda çox şey
qazanmış olur, hətta var-dövləti əlindən çıxsa belə. Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Elman Qasımov Elman Qasımovun «Dərdlərin dərmanı, sıxıntıların çarəsi» kitabından. Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha Mənbə: Fayl olaraq yüklə:
| |
Bölmə: Mobil Kitablar | Baxılıb: 2071 | |