Baş səhifə » Mobil Kitablar

Allahın yer üzərindəki son elçisi Məhəmməd (sallallahu aleyhi və səlləm) vəhy olunmuş Tövhid dininin gətirdiyi yeni sistem və nizam, ərəb millətinin həyatını hər cəhətdən dəyişdirdiyi kimi hərbi və siyasi həyatına da geniş surətdə nüfuz etmiş, mükəmməl şəkildə təşkilatlandırmışdı. Cahiliyyə dövrü adı ilə tanınan İslamdan əvvəlki dövrdə ərəb qəbilələri arasında illər boyu sürən müharibələr, hər bir ərəbi özünü bir əsgər, savaşçı kimi yetişdirməyə məcbur edirdi.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1071 | Yüklədi: selefimedia | Tarix: 23.12.2012

"Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq.
Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik.
Biz onu eşidən, görən yaratdıq.


[əl-İnsan, 76:2]


Bölmə: Mobil Kitablar | Baxılıb: 1869 | Yüklədi: selefimedia | Tarix: 06.12.2012

Rafizi şübhələrinə rəddiyələr-5

Rafizilərin:
"Ömər ibn əl-Xəttab Rəsulullah sallallahu aleyhi və səlləmin son məktubunu yazmasına mane oldu"
şübhəsinə rədiyyə

Bölmə: Mobil Kitablar | Baxılıb: 1021 | Yüklədi: selefimedia | Tarix: 05.12.2012

İsa əleyhissəlama vəhy olunan tövhid dinini təbliğ üçün həvari Faadey İran və Qafqaza göndərilmişdi. Faadey Artaz (Maku) vilayətinə gələrək burada fəaliyyətə başlamışdı. O, bu bölgədə yeni dini təbliğ etməklə məşğul ikən erməni Artaşesi sülaləsindən çar Sanatuk (115-116) tərəfindən qətlə yetirilmişdi. Faadeyin tələbələrindən Yelisey Qüdsə qayıdaraq baş vermiş hadisəni oradakılara danışmışdı. Bundan sonra Yelisey həvari Yakovun tövsiyəsi ilə yenidən bu bölgəyə gəlmiş və ermənilərdən gizlənərək Albaniyaya keçmişdi. Albaniyaya gələn Yelisey ...
Bölmə: Mobil Kitablar | Baxılıb: 923 | Yüklədi: selefimedia | Tarix: 03.12.2012

Bacılara 20 qızıl nəsihət
1- İslami əhkamlara laqeyd yanaşma!
2- Dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.
3- Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!...

Bölmə: Mobil Kitablar | Baxılıb: 1299 | Yüklədi: selefimedia | Tarix: 30.11.2012

Cənnət Əhlindən kimləri tanıyırıq..?!

Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
-
HəsənHüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları isə onlardan da xeyirlidir.

- Əbu Bəkr cənnətlikdir, Ömər cənnətlikdir, Osman cənnət­likdir, Əli cənnətlik­dir, Talhə cənnətlikdir, Zu­beyr cənnətlikdir, Abdur­Rahmən ibn Auf cənnətlikdir, Səd ibn Əbi Vəqqas cənnətlikdir, Səid ibn Zeyd cənnətlikdir, Əbu Ubeydə ibnul-Cərrah cənnətlikdir.
- Cənnət, Mən girənə qədər digər Peyğəmbərlərə, Ümmətim girənə qədər digər ümmətlərə haramdır.
Bölmə: Mobil Kitablar | Baxılıb: 768 | Yüklədi: selefimedia | Tarix: 30.11.2012

1. Nədən Kərbəla hadisəsi bu qədər böyüdüldü?
2. Nə üçün İslam tarixində baş verən hadisələrə bu faciə qədər dəyər verilmədi?
3. Həzrəti Hüseynin ölümündə kufəli tərəfdarlarının  rolu nədən müzakirə obyekti olmadı?
4. Nə üçün əhli-sünnə Həzrəti Hüseynin düşməni kimi qələmə verildi?
5. Həzrəti Ömər ibn Xəttaba olan kinin səbəbi nə idi?
6. Həzrəti Əli və övladları digər üç raşidi xəlifəyə necə münasibət bəsləyirdilər?
7. Həzrəti Hüseyn öz şəhidliyinin qeyd olunmasını şəbihlər qurularaq, baş yarılaraq qeyd olunmasını istəyərdimi?
Bölmə: Mobil Kitablar | Baxılıb: 1318 | Yüklədi: selefimedia | Tarix: 27.11.2012

VII əsrin əvvəllərində bütün yaxın Şərq, eyni zamanda Zaqafqaziya bir-biriylə mübarizə aparan iki rəqib dövlət, Bizans və Sasani imperiyaları arasında bölüştürülmüşdü. Azərbaycanın cənubu tamamən, şimalı, yəni Arran (Albaniya) isə İrandan yarı asılı bir knyazlıq kimi öz mövcudiyyətini davam etdirirdi(Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, Bakı 1989, s. 39.).

Zaqafqaziyanın siyasi, iqtisadi və mədəni həyatında mühüm yer tutan Albaniyanın siyasi təşəkkülü hələ e.ə IV əsrdə başlamışdı(Rəşid Göyüşov. Azərbaycan Arxeologiyası, Bakı 1986, s. 71.). 510-cu ildə, I əsrin ortalarından etibarən Arranda hökm sürən Arşaqi sülaləsinin bu ölkədəki hakimiyyəti sona çatmışdı. Qısa müddət ölkəni iranlı mərzubanlar idarə etmişdilər (510-629). VI əsrin sonu VII əsrin əvvəllərindən etibarən isə Albaniyada Mehranilər sülaləsi yüksəlməyə başlamışdı(Fəridə Məmmədova. Politiçeskaya istoriya i istoriçeskaya qeoqrafiya Kavkazskoy Albanii, Bakı 1986, s. 195.)...

Bölmə: Mobil Kitablar | Baxılıb: 1213 | Yüklədi: selefimedia | Tarix: 22.11.2012

Şəkk yoxdur ki, telefon Allahın insanlara verdiyi nemətlərdən biridir. İnsan çox ehtiyaclarını telefon vasitəsi ilə həll edə bilir. Bu böyük neməti düzgün istifadə etdikdə şükrünü ödəmiş olduğun halda, düzgün istifadə etmədikdə bu nemətə görə Allaha nankorluq etmiş olursan.

Aşağıdakı ədəblərə riayət edildikdə bu nemətin şükrünü vermiş sayılırsan.
Bölmə: Mobil Kitablar | Baxılıb: 846 | Yüklədi: selefimedia | Tarix: 10.11.2012

Sözdə iman təsdiq etmək deməkdir. Səriətdə isə qəlb ilə etiqad etmək, dil ilə söyləmək və əzalar ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər - səllallahu aleyhi və səlləm - in məşhur Cəbrail – əleyhissəlam – ın hədisində xəbər verdiyi kimi - altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdi:
«İman, Allaha, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…»
Bölmə: Mobil Kitablar | Baxılıb: 976 | Yüklədi: selefimedia | Tarix: 03.11.2012

Bidətlərini gözəl göstərməyə çalışanlar adətən Ömər ibnul Xattabın (radıyAllahu anhu) təravih namazı haqda söylədiyi bu sözü dəlil gətirirlər: "Bu nə gözəl bidətdir”
Bu şübhənin cavabı:
Bölmə: Mobil Kitablar | Baxılıb: 957 | Yüklədi: selefimedia | Tarix: 03.11.2012

Клевета и ложь так называемого мистера «Хамфера» в своей записной книжке, которую сфабриковали рафидиты (шииты) и приписали ее ему, - имя же это (Хамфер) является вымышленным! Как обычно является у рафидитов не стесняясь лгать и измышлять, и разделяют с ними суфии празднование ею (записной книжкой мистера Хамфера).
   Профессор Малик бн Хусейн провел тщательный критический разбор ее (записной книжки) и, выяснил, что она является ложным сведением, привел это в трех статьях, которые опубликовал журнал «аль-асоля», в номерах (31-32-33). Я хотел бы опубликовать их в сети; потому, что она (записная книжка, или книга-признание английского шпиона) широко распространена в форумах приверженцев бидгата и, часто поднимается при разговоре о призыве шейха, муджаддида, да помилует его Аллах.
Bölmə: Mobil Kitablar | Baxılıb: 1306 | Yüklədi: selefimedia | Tarix: 29.10.2012

İbrahim əl-Hərbi (rahiməhullah) buyurur:- Mənə elə gəlir ki, Allah Əbu Abdullahda öncəkilərin və sonuncuların elmini cəm etmişdir!
İmam əl- Muzəni (rahiməhullah) buyurur:- Bir gün İmam Şafii mənə dedi: "Mən Bağdadda elə bir cavan oğlana rast gəldim ki, onun hər dediyi sözlərə insanlar "Bu haqqdır” deyirdilər”.
Mən imam Şafiidən soruşdum:...
Bölmə: Mobil Kitablar | Baxılıb: 1099 | Yüklədi: selefimedia | Tarix: 19.10.2012

Quran Məxluqdur iddia edildiyi Minhə günlərindən biri idi. İmam Əhmədi xəlifənin hüzuruna gətirdilər və ona xəlifə ilə gözəl tərzdə danışmasını təlqin etdilər. Bu zaman Əhməd ibn Hənbəl qorxunc mənzərə ilə qarşılaşdı, qarşısında iki adamın artıq boynu vurulmuşdur. Fəqət bu hal İmam Əhmədi təlaşa salmadı. Əksinə, həmin yerdə İmam Şafinin bir tələbəsinə gözü sataşdı və ondan soruşdu:- Məshin üzərinə məsh çəkmək haqqında İmam Şafiidən nə eşitmisən? Bu haqda nə isə bilirsənmi?

İmam Əhmədin bu çətin vəziyyətdə ölümü düşünməməsi, əksinə elm öyrənməyə həris olması və bu səbəbdən verdiyi bu sual oradakıları heyrətləndirir. Hətta İmam Əhmədin edam olunmasına xəlifəni təşfiq edən düşməni- Əhməd də təəccübünü gizlədə bilməyərək deyir:- Buna bir baxın! Bunu edam etmək üçün gətirirlər, bu isə fiqhdən soruşur!

Bölmə: Mobil Kitablar | Baxılıb: 892 | Yüklədi: selefimedia | Tarix: 19.10.2012

Zilhiccənin ilk on gününün fəziləti və bu gündə edilən əməllər.
Həmd aləmlərin Rəbbi olan Allahadır. Salvat və salam da peyğəmbərlərin əfəndisi, ağası Məhəmmədin (ona, ailəsinə və səhabələrinə salam olsun) üzərinə olsun. Heç şübhəsiz ki, Allah təalanın, saleh bəndələrinə ilin müəyyən günlərini çoxlu saleh əməl işləmələri üçün təsis etməsi, Onun bəndələrinə olan lütf və yaxşılıqlarındandır. Məhz bu günlərdən (bəziləri də) biri də Zilhiccə ayının ilk on günüdür.

Zilhiccənin ilk on gününün fəziləti haqqında Quran (Allahın Kitabı) və sünnədən (Allah Rəsulunun hədisləri) dəlillər gəlmişdir. Məhz bu ayə və hədislərdən bəziləri bunlardır:
Bölmə: Mobil Kitablar | Baxılıb: 837 | Yüklədi: selefimedia | Tarix: 15.10.2012

Mömin bilir ki, yaxşı yuxu bir gerçəklikdir. O, Allah dərgahındandır. Bu haqda açıq‐aydın və etibar olunacaq dəlillər varid olmuşdur. Quran ayələrində peyğəmbərlərin və eləcə də digər şəxslərin bəzi yuxuları, onların təfsiri və yozmaları buna misal ola bilər. Peyğəmbərlərin yuxuları gerçək olur və vəhy sayılır.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1067 | Yüklədi: selefimedia | Tarix: 08.10.2012

• "...Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var.
Onlar (möminlər) orada əbədi qalacaqlar..."
(əl-Bəqara, 25)
• "...Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər. Allah : "Çünki o, qadınlar sanki yaqut və mərcandırlar" deyə buyurur..."
(Tirmizi 2654, Muslim 2834)


Bölmə: Mobil Kitablar | Baxılıb: 1386 | Yüklədi: selefimedia | Tarix: 04.10.2012

"Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz (üç) il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – "təmizlənmə” və "tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir.

   Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir. Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır.

Bölmə: Mobil Kitablar | Baxılıb: 836 | Yüklədi: selefimedia | Tarix: 07.08.2012

Əli -radiyallâhu anh’ın Sıffın savaşından döndükdən sonra belə dedi:

 "Ey insanlar! Müaviyyənin idarəçiliyini çirkin görməyin.Çünki siz onu itirsəniz,insanların başlarının qarpız kimi çiyinlərindən yerə düşdüklərini görərsiniz.”


Qaynaq: İbn Teymiyyə, Minhəcu’s-Sünnə (6/209)

Zəhəbi,Tarixu’l-İsləm (2/343)

İbn Kəsir, əl-Bidayə və’n-Nihayə (9/233,)
Bölmə: Mobil Kitablar | Baxılıb: 1174 | Yüklədi: selefimedia | Tarix: 01.08.2012

Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) bu sahədə rus dilində qələmə aldığı  "Достаточное о признаках появления Махди” risaləsindən azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllifin də qeyd etdiyi kimi, bu sahədə təfsilatlı və mövzunu açıqlayan ədəbiyyata rast gəlmək çətindir. Bu səbəbdəndən də adı keçən  çalışma Mehdilik və əlamətləri haqqında oxucuya konkret dəlillər təqdim edir. Haqqı araşdıran  müsəlmanlara faydalı olması ümidi ilə.
Bölmə: Mobil Kitablar | Baxılıb: 999 | Yüklədi: selefimedia | Tarix: 26.07.2012

« 1 2