Muhamməd Saleh əl-Munəccid
"VALENTİN GÜNÜNÜ KEÇİRMƏYİN
HÖKMÜ"
Valentin günü haqqında qısaca
məlumat.
Müşrikliyin 17 əsrdən çox
əvvəl hakim olduğu romalılar arasında ən geniş yaylmış
bayramlardan biri sevgi bayramı idi. Bütpərəst romalıların
etiqadına görə, bu bayram "mənəvi sevgi”nin ifadəsi idi.
Romalıların bütpərəst bayramları ilə bağlı olan və
xristian varisləri tərəfindən sadicəsinə davam etdirilən bəzi
əfsanələr var idi. Bu miflərin içərisində ən məşhuru,
romalıların inanclarına görə, Romanın əsasını qoyan, dişi
canavar tərəfindən bir gün əmizdirilən və bununla da dişi
canavar tərəfindən ona güc və müdriklik verilən "Romulus”
haqqında idi. Romalılar bu hadisəni hər il fevralın ortaları
böyük bayram şəklində qeyd edərdilər. Bu bayramın
ayinlərindən biri də it və keçi qurban vermək idi. Qüvvətli
və əzələli iki gənc itin və keçinin qanını bədənlərinə
sürtər, sonra isə qanı südlə yuyardılar. Sonra orada öndə bu
iki gənc olmaqla, küçələr boyu böyük təntənəli yürüş
olardı. Bu gənclər həmin dərinin hissələri ilə yollarına
çıxan hər bir kəsi vururdular. Romalı qadınlar bu zərbələri
xoşluqla qəbul edirdilər, çünki onlar inanırdılarn ki, bununla
onlar sonsuzluğun qarşısını alacaqlar və ya buna çarə
olacaqdır.
Bu günlərdə bir çox əcnəbi, qəribə
mədəniyyətlərə dair ənənələrə göz yuman və onları qeyd
etməklə bu adət-ənənələrə dalan əksər müsəlmanlar nə
etdiklərindən qafildirlər və etdiklərinin fərqində deyirlər.
Onlar sadəcə kor-koranə, düşünmədən öz kor, bəsirətdən
məhrum qalmış böyüklərinin ardınca addımlayırlar.
Günahsız
bir əyləncə, əslində göz gəzdirdikdə isə bu cür
adət-ənənələrin kökünün müşrik adət ənənələrinə gedib
çıxdığını çox az dərk edirlər. Onların qucaqlarını
açdıqları bu şüarların küfr şüarları ola biləcəyini heç
düşünmürlər. Onların mənimsədikləri bu fikirlərin mövhumat
olduğunu belə düşünmürlər. Bunun islam dininin gətirdiklərnə
müxalif olduqlarnı və islama qarşı olduqlarına əhəmiyyət
vermirlər.
VALENTİN KİMDİR?
Valentin gününə
bir nəzər yetirin! Avropa ölkələrinin əksəriyyətində ölümün
dərinliyinə qərq olduqdan və daha sonra Britaniya və Amerikada
canlandıqdan sonra, bir də baxırsan ki qəflətən, gözlənilmədən
bir çox müsəlman ölkələrində Valentinlər peyda olmağa
başlamışdır. Valentin kim olmuşdur? Bu günü nə üçün qeyd
edirlər?
Əfsanələr uydurmaq onların (xristianların)
adətləri olduğu kimi bu barədə də əfsanələr çoxdur. Lakin
bu qədəri daha aydındır: Valentin günü Romalılar tərəfindən
eradan əvvəl 4-cü əsrdə Luperkusa sitayiş, hörmət əlaməti
olaraq yerinə yetirilən bir ayin kimi həyata keçirilmişdir.
Luperkus "məhsuldarlıq və bir kilsəyə mənsub olan
dindarların” ilahı hesab edilirdi. Bunun başlıca cazibədarlığı
"əylənmək və ləzzət almaq üçün” cavan, gənc qadınları
cavan kişilər arasında bölüşdürmək üçün növbəti ilə
kimi keçirilən lotoreya oyunundan ibarət idi.
Bu gün ilə
bağlı eyni dərəcəli alçaq, rəzil adətlərdən biri də bir
kiçik keçi dərisinə bürünmüş və əllərində keçi
dərisindən kəmərlər ilə cavan qadınların iki cavan kişi
tərəfindən "şallaqlarla yüngülcə vuraraq həyəcanlandırılması
və ağıllarının əlindən alınması” idi. Onlar qurban
kəsilmiş keçi və itlərin qanlarını öz bədənlərinə
sürtərdilər. "Müqəddəs kişilərin” "müqəddəs”
şallaqlarının təsirindən həmin qadınların doğmasının daha
effektiv olduğuna inanırdılar.
Həmişə olduğu kimi,
xristianlar uğursuz şəkildə Luperkalianın pis ənənələrini
qeyd etməyi əldən buraxmamışdırlar. Əvvəlcə onlar qadınların
adları olan lotoreyaları müqəddəslərin adları ilə dəyişdilər.
İdea belə idi ki, növbəti ildə cavan kişilər lotoreyadan adını
çəkdikləri müqəddəsin həyatı barəsində yarışacaqdılar.
Romada və başqa yerlərdə xristianlar, romalılar kimi bunu etməyə
davam etdilər.
Məşhur fitnənin görünüşünü qorumaqla
hələ bunu "savab” məqsədi kimi həyata keçirmək ideyası
görünür yaxşı işlənmişdir. Hələ bir nəzər salın, o
insanlara ki hələ də aciz şəkildə məşhur televizya
əyləncələrinin formatlarından istifadə edərək "xeyiri”
reklam etməyə çalışırlar. Ola bilsin ki, onlar tarixdə bu
epizoddan nə isə öyrənə bilərdilər. Bu bədbəxt tərzdə
uğursuzluq ilə nəticələnmişdir.
Bu ənənənin yeganə
nailiyyəti Luperkalianın müqəddəs Valentin Gününə
dəyişdirilməsi olmuşdur. 496-cı ildə Papa Gelasius bunu
müqəddəs Valentin adında birinin şərəfinə etmişdir. Bununla
belə, xristian əfsanələrində 50-ə qədər müxtəlif
valentinlər var. Onlardan ikisi məşhurdur. Baxmayaraq onların
həyatı və özəllikləri də sirr olaraq ört-basdır
edilmişdir.
Bu bayramın həqiqi mahiyyətinə daha uyğun
olan bir əfsanəyə görə müqəddəs Valentin "sevənlərin
müqəddəsi” olmuşdur. Onun özü də dustaq yoldaşının qızına
aşiq olmuşdur.
Bu lotoreyaların keçirilməsi nəticəsində
meydana gələn ciddi problemlərdən dolayı Fransız hökuməti
1776-cı ildə Valentin ayininin keçirilməsini qadağan etmişdir.
Həmçinin illər ötdükçə İtaliya, Macarıstan və Almaniyada bu
mərasim silinib getmişdir. 17-ci əsrin əvvəlində
"Pyuritanların” güclü olduğu bir dövrdə bu bayram
İngiltərədə qadağan olunmuşdu. Lakin Kral II Çarles 1660-cı
ildə bunu yenidən canlandırdı.
İngiltərədən Valentin
ayini Yeni Dünyaya gəlmişdir. Orada işgüzar, mahir Yankilər
(Amerikanlar) pul qazanmaq üçün yaxşı vasitə, fürsət hiss
etdilər. Esser A Houland, 1840-cı ildə ilk dəfə olaraq Amerikan
Valentin Günü adlanan kommersial kartlar buraxdı. Birinci ildə
valentinlərin qiyməti 5000 dollara satılmışdı. Belə ki, 5000
dollar az pul deyildi. O vaxtdan bəri Valentin sənayesi
çiçəklənmişdir.
Eyni rəvayət də Halluvin haqqındadır.
Belə ki, normal insan məxluqları şeytana ibadəti təcəssüm
etdirən qədim müşrik ayinlərini qanuniləşdirmək üçün
şeytan və cinlərə bənzəyən paltarlar geyirdilər.
Həmin
əhvalatın müşrik adı "Samhain” (soven-tələffüz edilir)
adlanırdı. Valentin günündə olduğu kimi, Xristianlıq da adını
dəyişdi, lakin müşrik lövbərləri (kökləri, əsasları)
dəyişmədi.
Müsəlman ölkələrində beş ulduzlu
hotellərdə Halloven şənlikləri zənginlərin cahilliyin uzaq
dövrlərinin mövhumatını qedy etməkləri üçün icra edilir.
Bir dəfə hətta insan qurbanı kimi rəzil bir ayini həyata
keçirmişdirlər.
Kristmas məsələnin başqa bir yönüdür.
Bu gün müsəlman dükançlılar və alıcılar İslamabad və yaxud
Dubay, Qahirədə Kristmas şüarlarını alırlar. Başqa bir dinin
dini mərasimlərinə qoşulmaq kifayət qədər günahdır. Bundan
daha pisi olan isə Xristianlar tərəfindən adı dəyişdirilən
müşrik mərasimi Saturnaliadır.
Hətta zahirən zərərsiz
görünən mərasimlərin müşrik mərasimləri ilə müəyyən
əlaqəsi var. Bir əhvalata görə, müşrik ənənələrində
insanlar pis ruhlardan, xüsusilə də öz doğum günlərində
qorxurdular. İnanırdılar ki, insanlar öz gündəlik həyat
tərzini dəyişdikdə, pis ruhlar insan qocaldıqca onun üçün
daha çox təhlükəyə çevrilirdi. Ona görə də ailə üzvləri
və dostlar doğum günündə həmin insanı gülüşlər və sevincə
əhatə edirdilər ki onu şərrdən qorusunlar.
Məgər ağlı
səlim bir insan necə düşünə bilər ki, islam dini islamın
etiqad və prinsiplərinə qarşı dərin kök salmış adət
ənənələrə etinasız yanaşacaq? İslam dini gəlmişdir ki,
müşrikliyin bütün formalarını darmadağın etsin; islamın
ardıcıllarının həyatında bunun heç bir izi olmalı
deyil.
Bundan əlavə, islam dini öz saflığını və
möminlərin özünəməxsus şəxsiyyətini qorumaqda çox
həssasdır. Islam qanunları və təlimləri bunu təmin etmək üçün
təfsilata gedir.
Məsələn, günəş çıxan vaxt, zenitdə
və günəş batarkən namaz qılmaq qadağandır. Bunun qadağan
olunmasının hikməti günəşə ibadət edənlərin əməlləri ilə
bu ibadət əməlinin qarışması ehtimalıdır. Məhərrəm ayının
müstəhəb orucu; o zamanlar Yəhudilər tərəfindən əsasən
yerinə yetirilən bir ibadətdən bunu fərqləndirmək üçün
müsəlmanlardan tələb olunur ki, daha bir gün əlavə etsinlər
(Məhərrəm ayının 9-u, yaxud 11-i). Müsəlmanların kafirlərə
oxşaması qadağandır.
Müsəlman bir kəs daimi bir
müsəlmandır. Sevinc və kədərdə, bayramlar və çətinliklərdə
müsəlmanlar bir doğru yoldan tutmalıdırlar-çox saylı azdırıcı
yollardan deyil. Bu böyük bir faciədir ki, cahiliyyə qüvvələrinin
və amansız kütləvi informasiya vasitələrinin kommersiya və
mədəni təbliğatının müntəzəm çərçivəsi altında
müsəlmanlar Valentinləri, Haloven şeytanlarını və hətta Santa
Klausları qucaqlamağa başlamışdırlar. Bu da heç qəribə
deyildir!
Peyğəmbərimizin sallallahu aleyhi və səlləm
sözü haqqdır
Çünki müsəlman ümmətinin rəhbəri
Muhəmməd sallallahu aleyhi və səlləm 14 əsr bundan əvvəl bizə
xəbər vermişdir ki onun ümmətindən bir zümrə insanlar adət
və ənənələrində Allahın düşmənlərinin yoluna tabe
olacaqlar. Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki,
peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Sizdən
əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın
davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr
də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah,
yəhidilər və xristianlarmı? O: Başqa kimlər?!-dedi".
(Buxari 8/151; Müslim 4/2054).
Peyğəmbərin sallallahu
aleyhi və səlləm söylədikləri həqiqətən də baş vermişdir
və son dövrlərdə bir çox müsəlman ölkələrində bu daha
geniş yayılmışdır. Müsəlmanların bir çoxu adət-ənənələri
və davranış tərzlərində Allahın düşmənlərinin yolu ilə
addımlayır, bəzi ayinlərdə və bayramların keçirilməsində
özlərini onlara oxşadırlar. Ona görə də son olaraq bütün
müsəlman cavanlara nəsihət edirəm ki, dinlərini yaxşı
öyrənsinlər, Allahdan lazımınca qorxsunlar və bilsinlər ki,
izzət qeyri-müsəlmanlara oxşamaqda deyil Allahın dinində və
ona tabe olmaqdadır.
Allah təala buyurur: "Halbuki
şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun
Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər
(bunu) bilməzlər!” (Əl-Münafiqun 63:8)
Indi isə gəlin
Valentin Gününün qeyd edildiyi qərb cəmiyyətlərinin
vəziyyətinə göz gəzdirək və özümüzə belə bir sual verək:
"Həmin cəmiyyətlərdə nikah əlaqələrinin durumu nə
haldadır? Bu cür mərasimlərin kişi (ər) və (arvad) qadınlar
arasında qarşılıqlı əlaqələrdə hər hansı müsbət təsiri
varmı?
Buyurun onların özlərinin tədiqatları və
statistik göstəricilərinə baxın:
BUDUR QƏRB
MƏDƏNİYYƏTİNƏ DAİR ÇOX MARAQLI FAKTLAR
1. 1987-ci
ildə həyata keçirilən Amerikan tədqiqatında bildirilir ki,
kişilərin 79%-i öz qadınlarını döyürlər. Bu xüsusilə də
evli olduqları zaman daha çox özünü büruzə verir...! (Əl-qabas
qəzeti, 15/2/1988
2. Ruhi Sağlamlıq üzrə Milli Amerikan
İdarəsi tərəfindən aparılmış tədqiqatda deyilir: -təcili
yardım mərkəzlərinə gedən qadınların 17 %-i öz həyat
yoldaşları və "oğlan dostları” tərəfindən döyülməyə
məruz qalan qurbanlardır. -Əvvəllər ən azından bir dəfə
xəsarət alaraq müalicə almaq üçün xəstəxanaya köçürülənlərin
83%-nin döyülməyə məruz qalaraq xəstəxanaya
alınmışdırlar. Tədqiqatda əlavə olunur ki, bəzi qadınlar
müalicə üçün xəstəxanalara getməmişdirlər, sadəcə öz
zədələrini evdə müalicə etdirirlər.
3. Müayinə üzrə
Mərkəzi Amerikan Agentliyinin hesabatında deyilir ki, Amerikada
hər 18 saniyədən bir öz əri tərəfindən döyülən qadınlar
var.
4. Amerikan Time jurnalında deyilir ki, təxminən 6
miliyon döyülən qadından 4000-i həmin zərbələr nəticəsində
dünyasını dəyişirlər.
5. Almanlar tərəfindən aparılan
tədqiqatda bildirilir ki, 100 000-dən heç də az olmayan qadın öz
həyat yoldaşları və yaxud yaşadıqları kişilər tərəfindən
illik fiziki və yaxud psixoloji zərbələrə məruz qalırlar.
Həqiqi göstərici ola bilsin ki, milyonu aşır.
6. Fransada
təxminən 2 milion qadın döyülmək ilə üzləşirlər.
7.
Britaniyada 7000 qadının iştirak etdiyi rəy sorğusunda onlardan
28%-i bildirmişdir ki, onlar öz ərləri və "oğlan dostları”
tərəfindən hücumlara, zorakılığa məruz qalmışdırlar.
Elə
isə axı necə inanmaq olar ki, Valentin Günü evlənənlər üçün
müəyyən fayda ifadə edir: Həqiqət budur ki, bu (Valentin Günü)
əxlaqsızlıq və qadağan olunmuş əlaqələrə səsləyən bir
çağırışdır.
Öz həyat yoldaşını səmimi qəlbdən
sevən kişinin ona öz sevgisini bildirməsi üçün bu bayramı
keçirməyə ehtiyacı yoxdur. O öz sevgisini ona hər zaman və
bütün hallarda nümayiş etdirməlidir.
ÖZÜNÜ MÜSƏLMAN
HESAB EDƏNİN VALENTİN GÜNÜNƏ MÜNASİBƏTİ
Müsəlmanın
bu bayrama qarşı münasibəti açıq aydın olmalıdır:
1.
O bu bayramı keçirməməlidir və yaxud onları keçirən "cahil
müsəlmanlara” qoşulmamalıdır. Çünki Quran və hədislərdə
keçən dəlillər göstərir ki, kafirlərin bayramlarını keçirmək
qadağandır.
Əl-Hafiz əl-Zəhəbi Allah ona rəhmət etsin
demişdir: "Bir halda ki, xristianların və yəhudilərin onlara
xas, məxsus öz bayramları var, ellə isə müsəlmanlar o
bayramların keçirilməsində onlara qoşulmamalıdır, necə ki
(müsəlman) bir kəs onların dininə qoşulmur (qəbul etmir) və
yaxud onların qibləsinə dönmür”. (Təşəbbuh əl-Xəsis bi
əhl Əl-Xəmis, Hikmət jurnalı, 4/193)
Həmçinin sələfi
salehlərimizin (saleh əcdadlarımız) başlıca prinsiplərindən
biri Əl-Vələ vəl Bəra (Dost və Düşmən-Allahın dostlarını
dost, düşmənlərini düşmən tutmaq) prinsipidir. Ona görə də
Lə iləhə illəllah Muhəmmədən Rəsulullah söyləyən hər bir
kəsə vacibdir ki bu prinsipə tabe olsun. Müsəlman yalnız
müsəlmanları, möminləri sevməli və kafirlərə isə nifrət
etməlidir, onlara müxalif olmalı və onlardan fərqlənməlidi. O
bilməlidir ki, kafirlərə oxşamaq böyük fəsadlara səbəb
olduğu kimi, möminləri dost tutmaq da böyük, saysız-hesabsız
faydalar gətirir. Həmçinin bilmək lazımdır ki, müsəlmanlar
kafirlərə bənzəyəndə bu onları xoşbəxt edir və qəlblərini
sevinclə doldurur, müsəlmanların qəlblərində kafirləri
sevməsi ilə nəticələnir. Əgər müsəlman bir qız Marqaret və
yaxud Hilarinin bu bayramı qeyd etdiklərinə görə o da bunu qeyd
edirsə, bu şübhəsiz göstərir ki, o (cahilliyindən) onlara tabe
olur və onların bu davranışını təsdiq etmiş olur.
Lakin
Allah təala buyurur: "Ey iman gətirənlər! Yəhudi və
xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin
dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır.
Allah zalım tayfanı düz yola yönəltməz!” (Əl-Maidə
5:51)
NƏTİCƏ
Kafirlərə bənzəməyin ən
pis təsirlərindən biri budur ki, bu bayramları keçirdikdə elə
görünür ki, guya onların ardıcılları çoxdur.
FATİHƏ
surəsinin hər iki rəkətində: 6- "Bizi doğru (düz)
yola yönəlt! 7 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə
düçar olmuşların (yəhudilər) və (haqdan) azmışların
(xristianların) (yoluna) yox!”
oxuyaraq, möminləri doğru
yola hidayət etmək üçün və Allahın qəzəbini qazanan və
yolunu azanların yolunda uzaqaşdırmaq üçün bu ayələri oxuyan,
sonra da öz seçimi və arzusu ilə onların yoluna tabe olan bir
müsəlmana belə etmək heç də yaraşmaz!!!
Bir də məgər
kafirlərin bu bayramını keçirən və yaxud keçirmək üçün
müxtəlif bəhanələr, üzrlər irəli sürən və sonra da "Mən
Allahı və Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləm”
sevirəm söyləyən müsəlmanların peyğəmbərimiz Muhəmmədin
sallallahu aleyhi və səlləm "karikaturasını” çəkən və
ələ salan xristianlara hədiyyəsi budur mu!!! Allah bütün cahil
müsəlmanlara hidayət versin. Elə isə bilin ki, həqiqi sevgi
Allahın Rəsuluna tabe olmaqdır. Allah təala buyurur: "De: "Əgər
siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi
sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır,
Rəhmlidir". http://www.islamevi.az/modules/news/article.php?storyid=1877 Fayl olaraq yüklə:
ValentinGunu.doc Mobil telefon üçün:
ValentinGunu.jad
ValentinGunu.jar
|