8
mart, Klara Setkin və Purim.
Tarixə
Leninin məşuqəsi kimi daxil olmuş Klara Setkin kommunist
inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji
maariflənmə» gecələri təşkil etməklə də məşhur olub
XX
əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70
illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda
bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı.
Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də
bilmədən dini-milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni
li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart,
sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz
münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu
«bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların
mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi
onlarla çulğalaşdırdıq…
Bu bayramları
qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də
özgələşdik, eyni zamanda "bayramları” qəbul etməyən,
onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq.
Və yaddaşsızlaşdıq…
Bu günlərdə, Sovet
dönəminin bizə miras qoyub getdiyi və şüurlarımızda ana,
bacı, həyat yoldaşı kimi müqəddəs ülvi adlarla assosasiya
olan 8 mart bayramını geridə qoyduq. 14 fevral kimi (bu
«sevgililər» gününün gerçək tarixçəsi və eləcə də
«müqəddəs» deyilən Valentinin məchul kimliyi barədə yazılıb)
8 martın da son dərəcə qarmaqarışıq və ləkəli bir tarixi,
onun "banisinin” isə heç də təmiz sayılmayacaq qədər
çirkli həyatı var.
8 martın tarixinə baş
vurduqda xeyli maraqlı faktlar ortaya çıxır. Məlum olur ki, 8
mart ilk əvvəllər ümumiyyətlə qadınların deyil, yalnız
inqilabçı solçu qadınların bayramı kimi qəbul edilib. Bayram
günündə onlar küçələrə çıxaraq, cinsi bərabərlik və
kommunizmin sosial tələblərinin yerinə yetirilməsini tələb
etməli idilər. Belə bir bayramın keçirilməsi təklifinin
müəllifi isə milliyyətcə alman-yəhudi qarışığı olan
feminist kommunist inqilabçı Klara Setkin olub. O, 1910-cu ildə II
İnternasionalın Kopenhagendə keçirilən konfransında qadınların
hüquq bərabərliyi uğrunda mücadiləsini xarakterizə edən
bayramın qəbul edilməsi təklifi ilə çıxış edir və təqvim
günü kimi mart ayının 8-ini təklif edir.
Lakin
burada başqa bir maraqlı sual ortaya çıxır: belə bir spesifik
bayramın keçirilməsi üçün niyə məhz mart ayının 8-i
seçilir?
Rəsmi versiyaya görə, 1857-ci il
mart ayının 8-də Nyu-York şəhərində çalışan qadın tekstil
işçiləri şəhərin küçələrində nümayişə çıxaraq
məvaciblərinin azlığı və iş şəraitlərinin pis olduğuna
etirazlarını bildiriblər. Və Klara Setkin də Kopenhagendəki
konfransda məhz bu nümayişə əsaslanaraq, inqilabçı qadınların
bayram günü kimi 8 martı təklif edib. Lakin, bayramın tarixi ilə
bağlı başqa, Sovet dönəmində dilə gətirilməyən, bir növ
hamıdan gizlədilmiş bir versiya da mövcuddur…
Bilindiyi
kimi, hər bir bayramın müəyyən tarixi əsası və qəhrəmanı
olmalıdır. İddialara görə, Setkin də öz milli kimliyindən
çıxış edərək belə bir tarixi əsası və qəhrəmanı tapır.
Tövratda və eləcə də yəhudi tarixində Ester
adlı qadın qəhrəman obrazı var. Yəhudilərin milli və tarixi
bayramı olan Purim, məhz İran şahı Kserksin sevimli zövcəsi
olan Esterlə bağlıdır.
Eramızdan əvvəl
480-ci il. Yəhudilərin Babil əsarətinz son qoyulub. Əhəməni
sarayı yəhudilərin Qüdsə geri dönməkdə sərbəst olduqları
barədə qərar çıxarır. Lakin yüz ilə yaxın müddət ərzində
Babildə qalmış, var-dövlət və imtiyazlar əldə etmiş
yəhudilərin əksəriyyəti Babildə qalmağa üstünlük verir.
Minlərlə yəhudi Əhəməni imperiyasının şəhərlərində
qalmaq qərarına gəlirlər. Bu zaman onların demək olar ki
hamısının sosial vəziyyəti son dərəcə geniş və imtiyazlı
idi. Bu şərait tezliklə Əhəməni sarayını düşünməyə vadar
edir. Ətrafa baxan farslar bu suala cavab tapmağa çalışırdılar:
Əhəmənilərmi Qüdsü fəth edib, yoxsa yəhudilərmi Babili?
Əhəməni sarayında yüksək vəzifə və
nüfuz sahibi olan Haman adlı fars, hökmdar Kserksin yanına
gələrək getdikcə nüfuzu və imkanları artan yəhudilər
haqqında narahatlıq keçirdiyini dilə gətirir. Əhəməni
imperatorunun reaksiyası isə sərt və qorxulu olur: bütün
yəhudiləri qılıncdan keçirmək!
Kserksin
qorxunc qərarından xəbər tutan sevimli zövcəsi Ester (o, öz
milli kimliyini hökmdardan gizlətmişdi), ərinin ona olan
məhəbbətindən istifadə etmək qərarına gəlir. Nəticədə,
Hamanın təklifi ilə yəhudilərin kütləvi şəkildə qılıncdan
keçirilməsi barədə fərman imzalamış Kserks, eyni şəkildə
yəhudilərə özlərini müdafiə etmək və düşmənlərinə hücum
etmək hüququnu tanıyan fərman da imzalayır (Tövrat, Ester,
8:8-11). Haman və övladları dar ağacından asılır. 75000
midiyalı və fars qətlə yetirilir. Bu qələbənin şərəfinə
hər il Adar ayının 14-cü və 15-ci günləri (Tövrat, Ester,
9:21) Purim adlı milli bayramın keçirilməsi qərara alınır
(Tövrat, Ester, 9:19; 9:26-27)…
Bayram fevral
ayının sonu, mart ayının əvvəlində qeyd edilirdi. Tarixçilərin
bildirdiyinə görə, məhz Purim, bütün inqilabçı-qadınların
bayramının tarixi əsasını təşkil etməkdə, Ester isə öz
növbəsində öz müdrikliyi və qətiliyi ilə onlara örnək qadın
olaraq təqdim edilməkdədir.
Klara Setkinin özünə
gəldikdə isə, deyə bilərik ki, tarixə Leninin məşuqəsi kimi
daxil olmuş bu qadın, eyni zamanda, kommunist inqilabçıların
rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri
təşkil etməklə də məşhur olub…
Onu da
qeyd etmək lazımdır ki, 8 mart Beynəlxalq qadınlar gününün
beynəlxalq statusda olması yalnız onun adında əks olunub. Belə
ki, bu «bayram»ı yalnız keçmiş SSRİ-də qeyd ediblər. İndi
də onu bizlər- hələ də şüurən SSRİ-dən qurtula bilməyən
postsovet məkanı qeyd edir.
Və ortaya belə sual
çıxır: Əcəba, cənnətin ayaqları altında yerləşdiyi
müjdələnmiş analarımızın belə bir bayrama ehtiyacı varmı?
"Yeni Çağ” AİA
www.yenicag.az
Fayl olaraq yüklə:
Mobil telefon üçün yüklə: