Baş səhifə » 2012 » Avqust » 1 » :::Allah Hind’in oğlunun (Müaviyyə’nin) xeyrini versin:::
09:01
:::Allah Hind’in oğlunun (Müaviyyə’nin) xeyrini versin:::
:::Allah Hind’in oğlunun (Müaviyyə’nin) xeyrini versin:::


Müaviyyə -radiyallahu anh’ın- minbərdən belə söylədiyi nəql edilmişdir:

"Ey İnsanlar! Mən sizin ən xeyirliniz deyiləm.Sizin aranızda mütləq Abdullah ibn Ömər,Abdullah ibn Amr və bənzəri daha çox fəzilətli və məndən daha xeyirli kimsələr vardır.Amma belə umuram ki,idarəçilikdə mən sizə daha faydalı olacağam. Düşmənlərinizi geriyə döndərməkdə daha güclü olacağam. Sizə südü daha bol axıtdıracağam (gəlirinizi artıracağam)”


Qaynaq : İbn Kəsîr,əl-Bidayə və’n-Nihayə (11/436-437)
Zəhəbî, Târîxu’l-İsləm (2/344)

_______________________________________________________________________________

Əli -radiyallâhu anh’ın Sıffın savaşından döndükdən sonra belə dedi:

 "Ey insanlar! Müaviyyənin idarəçiliyini çirkin görməyin.Çünki siz onu itirsəniz,insanların başlarının qarpız kimi çiyinlərindən yerə düşdüklərini görərsiniz.”


Qaynaq: İbn Teymiyyə, Minhəcu’s-Sünnə (6/209)
Zəhəbi,Tarixu’l-İsləm (2/343)
İbn Kəsir, əl-Bidayə və’n-Nihayə (9/233,)

_______________________________________________________________________________

İbn Abbas -radiyallahu anh- belə demişdir:

 "Allah Hind’in oğlunun (Müaviyyə’nin) xeyrini versin. İnsanlara yardımı nə qədər cömərtcə,güc və qüdrəti nə qədər çox idi.Allah’a and içirəm ki, minbərdən əsla bizi söymədi"


_______________________________________________________________________________

İbn Abbasdan -radiyallahu anh- soruşdular :
 
"Möminlərin əmiri Müaviyyə haqqında nə deyirsən? Çünki O, tək bir rükət ilə vitr qıldı.” İbn Abbas isə : "İsabət etmişdir. Çünki O, fəqihdir” dedi”


Qaynaq : Buxari (3765)

_______________________________________________________________________________

Əbu Dərda -radiyallahu anh belə demişdir:
 "Allah rəsulundan -sallallahu aleyhi və səlləm- sonra O’nun namazına,bu əmirinizin (yəni Müaviyyə’nin) namazından daha çox bənzəyən birini görmədim.


Qaynaq : Heysəmi,Məcmə‘u’z-Zəvəid (9/357)

_______________________________________________________________________________

Şeyxu’l-İsləm İbn Teymiyyə, İbn Abbas və Əbu Dərda’ radiyallahu anhum’un yuxarıdakı rəvayətlərini qeyd etdikdən sonra belə demişdir:
 "Bu,səhabənin Müaviyyənin fiqhi və dini haqqındakı şahidlikləridir.Fiqhinə şahidlik edən İbn Abbas namazının gözəlliyinə şahidlik edən isə Əbu Dərda’dır. Bu iki zatın da böyük iki səhabə olduğu unutulmamalıdır"


Qaynaq : İbn Teymiyyə, Minhəcu’s-Sünnə (6/235).

_______________________________________________________________________________

Əbu Hüreyrə radiyallâhu anh Mədinənin bazarında dolaşar və belə deyərdi:
 
"Yazıqlar olsun sizə! Müaviyyə’nin xilafətinə tutunun. Ey Allahım! Məni uşaq-müşağın xilafəti idarə edəcəyi zamana yetişdirmə"


Qaynaq : İbn Kəsir, əl-Bidayə və’n-Nihayə (9/233)
Suyuti, əl-Hasəisu’l-Kubra (1/210)

_______________________________________________________________________________

Umeyr ibn Sa’d dedi ki:

 
"Müaviyyəni ancaq xeyirlə anın.”


Qaynaq : Tirmizi (No: 3843)
Buxari, ət-Tarixu’l-Kəbir (7/328, No: 1405)

_______________________________________________________________________________

Əz-Zuhri dedi ki:
 "Müaviyyə radiyallâhu anh hakimiyyətə keçdikdən sonra illərcə Ömər ibn əl-Xattab radiyallâhu anh’ın xətti ilə hökm etdi. Bu vaxt zərfində başqa heçbir şey ortaya qoymadı (Xilafəti Ömərin idarə etdiyi kimi idarə etdi)”


Qaynaq : İbn Kəsir,əl-Bidayə və’n-Nihayə (11/430)

_______________________________________________________________________________

Abdulməlik ibn Mərvan bir gün Müaviyyə radiyallahu anh’dan bəhs edərkən belə dedi:

"Hind’in oğlu Müaviyyə qədər həlim xasiyyətli birini görmədim”

Qaynaq : əl-Bələzuri, Ənsəbu’l-Əşraf (2/96)

___________________________

Çevirdi : Abduz-Zahir Əhməd.

Muaviyye_allahOndanRaziOlsun_.doc 10-Oct-2011 11:32 30208
Muaviyye_allahOndanRaziOlsun_.jad 10-Oct-2011 11:32 426
Muaviyye_allahOndanRaziOlsun_.jar 10-Oct-2011 11:32 46701
Bölmə: Mobil Kitablar | Baxılıb: 1114 | Yüklədi: selefimedia