Bu
nə gözəl bidətdir...
Bidətlərini
gözəl göstərməyə çalışanlar adətən Ömər ibnul Xattabın
(radıyAllahu anhu) təravih namazı haqda söylədiyi bu sözü
dəlil gətirirlər: "Bu nə gözəl bidətdir”
Bu
şübhənin cavabı:
I- Öncə deyək ki, kim olursa olsun,
heç kimin sözünü Peyğəmbərin (sallAllahu aleyhi və səlləm)
sözü ilə qarşı-qarşıya gəlməsi caiz deyildir. Hətta bu söz
Rasulullahdan (sallAllahu aleyhi və səlləm) sonra ümmətin ən
fəzilətliləri olan Əbubəkr və Ömərə (radıyAllahu anhumə)
aid olsa belə...
Abdullah ibn Abbas (radıyAllahu anhu)
buyurur:
- Göydən başınıza daş yağacaq! Mən sizə
"Rasulullah (sallAllahu aleyhi və səlləm) belə dedi”
–deyirəm, siz mənə "Əbubəkr və Ömər belə dedi”
–deyirsiniz. [1]
Ömər
bin AbdulAziz (rahiməhullah) buyurur:
- Peyğəmbərin
(sallAllahu aleyhi və səlləm) sünnəsinə qarşı heç kimin rəyi
keçərli deyil! [2]
İmam
Şafii (rahiməhullah) buyurur:
- Peyğəmbərdən (sallAllahu
aleyhi və səlləm) bir sünnə açıq-aşkar birinə bəyan
olduqdan sonra bu nümunəni tərk edib, başqasının sözü ilə
əməl etməsinin halal olmayacağı barədə, islam ümməti icma
etmişdir. [3]
II-
Ömər (radıyAllahu anhu) bu sözü insanları təravih namazı üçün
topladığı zaman demişdir. Təravih namazı isə bidət deyil,
əksinə, sünnənin özüdür. Bunun dəlili Aişənin (radıyAllahu
anhə) rəvayət etdiyi hadisədir:
-
Peyğəmbər - səllallahu aleyhi və səlləm - məsciddə gecələrin
birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu
namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən
də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və
dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər
- səllallahu aleyhi və səlləm - camaatla namaz qılmağa gəlmədi.
O gecənin səhəri Peyğəmbər - səllallahu aleyhi və səlləm -
dedi:
-
Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu
gördüm və onun sizə fərz buyrulacağından qorxduğum üçün
camaat namazına gəlmədim. [4]
Peyğəmbər
(sallAllahu aleyhi və səlləm) təravih namazını camaatla qılmağı
tərk etməsinin səbəbini göstərmişdir. Ömər isə bu halın
ortadan qalxdığını görüncə, təravih namazının təkrar
camaatla qılınmasını başladır. O halda Ömərin (radıyAllahu
anhu) bu tətbiqi, birbaşa Peyğəmbərin (sallAllahu aleyhi və
səlləm) tətbiqinə söykənir.
III- Ömər ibnul Xattabın
(radıyAllahu anhu) bu tətbiqinin bidət olmadığı aydın oldu.
Bəs onda Ömərin istifadə etdiyi ”bidət” kəlməsi nə
deməkdir?
Cavab:
- Ömər (radıyAllahu anhu) "bidət”
kəlməsini şəri mənada deyil, lüğəvi mənada işlətmişdir.
Lüğəvi mənada bidət –keçmiş bir misalı olmadan edilən bir
şeydir. [5]
Təravihin
camaatla qılınması, bir tətbiqat olaraq Əbubəkrin xilafəti
dövründə və Ömərin xilafətinin ilk dönəmlərində mövcud
deyildi. Bu səbəblə lüğəvi mənada bu yenilik (bidət) sayıla
bilər. Çünki bunun keçmiş misalı yoxdur.
Amma məsələyə
şəri nöqteyi nəzərdən baxankən vəziyyət fərqlidir. Çünki
bu tətbiqat Peyğəmbərin (sallAllahu aleyhi və səlləm)
tətbiqatında mövcuddur.
İmam Şətibi (rahiməhullah)
buyurur:
- Bu etibarla bunu bidət olaraq adlandıran insanın
buna görə (şəri) bidət mənasında Ömərin sözünü ifadə
etdiyi məna ilə dəlil gətirməsi caiz deyildir. Çünki bu,
kəliməni əsas mənasından yayındırmaq olur. [6]
Şeyxul
İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Ömərin bu
gözəl tətbiqatı bidət olaraq adlandırması, tamamilə lüğəvi
olaraq bir adlandırmadır, şəri deyildir. Bunun səbəbi, bidət
kəliməsinin lüğəvi olaraq geniş bir misalı olmadan edilən hər
şeyi özündə yığmaqdır. Şəri olan bidət isə, haqqında şəri
bir dəlil olmadan edilən tətbiqatdır. [7]
İbn
Kəsir (rahiməhullah) bidətin iki növ olduğunu söyləyir:
1-
Bidət sözü bəzən şəri mənada istifadə olunur. Misal olaraq
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur: "Sonradan
ortaya çıxarılan hər yenilik bidətdir və hər bidət də
zəlalətdir.” [8]
2-
Bidət sözü bəzən də lüğəvi mənada istifadə olunur. Ömərin
(radıyAllahu anhu) insanları təravih üçün topladığı və
onların da buna davam etməsinə görə söylədiyi "bu nə gözəl
bidətdir” sözü də bunun misalıdır. [9]
İbn
Racəb (rahiməhullah) buyurur:
- Sələfin bəzi bidətləri
yaxşı adlandırması şəri anlamı ilə deyil, lüğəvi
mənasıyladır. Ömərin "bu nə gözəl bidətdir” sözü bu
qəbildəndir. Ömərin qəsdi, bu tətbiqatın bu şəkildə əvvəlcə
mövcud olmadığı, ancaq dində əslinin olduğunu ifadə etməkdir.
[10]
Muhəmməd
Raşid Rza (rahiməhullah) bidət kəliməsinin iki mənada istifadə
olunduğunu söyləmişdir:
1- Lüğəvi mənada- Bu da keçmiş
misalı olmayan yeni bir şey mənasına gəlir. Ömərin insanları
toplayıb təravih üçün bir imama tabe olduqlarına "bu nə
gözəl bidətdir” deməsi buna misaldır.
2-Şəri mənada-
Yəni, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vaxtında
mövcud olmayan, əqidə, ibadət və dini bir qadağan və s. kimi
dini qaynaqlarda dəlili olmayan sahələr üçün istifadəsidir.
Hədisdə keçən "sonradan çıxarılan hər yenilik bidət və
hər bidət zəlalətdir” ifadəsi bu mənadadır.
Bidətin
şəri mənada olması, şübhəsiz ki, zəlalətdir. Çünki Allah
dinimizi tamamlamış və qulları üçün olan nemətini kamil
etmişdir. Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sonra
heç kimsənin dinə, əqidə və ibadət mövzusunda bir şey əlavə
etməyə, yeni dini bir şüar ortaya çıxartmağa və ya ondan bir
şey əskiltməyə, səslə oxunan namazlarda (fatihə və başqa
surələri) səssiz oxumaq və ya səssiz oxunan namazlarda səsli
oxumaq kimi, dini bir tətbiqatın keyfiyyətini dəyişdirməyə,
mütləq bir hökmü- istər zaman və məkan baxımından, istərsə
də tək və ya camaat baxımından, Allahdan (subhənəhu və təalə)
bir dəlil gəlmədikcə sərhədləndirməyə haqqı yoxdur.
[11]
[1]-
Abdurrazzəq, Musənnəf
[2]-
İləmul Muvəkiı’n, 2/282
[3]-
İləmul Muvəkiı’n, 2/282
[4]-
Buxari, 1129; Səhih Muslim 1780.
[5]-
Lisənul Arab, 6/8
[6]-
İtisəm, 1/250
[7]-
İqtidəu Sıratıl Mustəqim, səh. 276
[8]-
Sahih Muslim, 897
[9]-
Təfsir İbn Kəsir, Bəqərə-117
[10]-
Cəmiu Ulum vəl Hikəm, səh. 28
[11]-
Təfsirul Mənər, 9/660
əş-Şeyx
Abdul Qayyum əs-Suheybəni.Mədinə Munəvvara, 1995-ci
il.
______
əz-Zubeyr