Baş səhifə » 2012 » Noyabr » 30 » ✿ Cənnət Əhlindən kimləri tanıyırıq..?! ✿
09:35
✿ Cənnət Əhlindən kimləri tanıyırıq..?! ✿
Cənnət Əhlindən kimləri tanıyırıq..?!

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
-
HəsənHüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları isə onlardan da xeyirlidir. [1]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
-
HəsənHüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Fatimə də qadınlar arasında ən xeyirli olacaq. [2]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) dedi :
- Dünən axşam Cənnətə daxil oldum. Baxdım ki,
Cəfər mələklərlə birgə uçur, Həmzə isə çarpayının üstündə dirsəklənib. [3]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) dedi :
-
Cəfər ibn Əbi Talibin iki qanadla mələk kimi Cənnətdə uçduğunu gördüm. [4]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
- Cənnət qadınlarının ən fəzi­lətlisi Xuveylidin qızı
Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi Muzahimin qızı Asiyadır. [5]

Bir bədəvi Allah Rasulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi :
- Ey Allahın Rasulu..! Mənə elə bir əməl öyrət ki, onu yerinə yetirdikdə Cənnətə düşüm.
O dedi :
- Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, vacib namazları qıl, fərz olan zəkatı ver və Ramazan ayını oruc tut..!
Bədəvi dedi :
- Canım Əlində olana and olsun ki, mən bunlara heç nəyi əlavə etməyəcəyəm və bunlardan heç nə əksiltməyəcəyəm..!
Bədəvi çıxıb getdikdən sonra Allah Rasulu (salləllahu aleyhi və səlləm) dedi :
- Kim Cənnət əhlindən olan adamı görmək istəyirsə, qoy ona baxsın.
[6]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
- Ümmətimdən Cənnətə daxil olan ilk zümrə kasıb
mühacirlər olacaq. Onlar Qiyamət günü Cənnətin qa­pısına yaxınlaşacaq və qapının açılmasını xahiş edəcəklər.
Cənnət gözətçiləri deyəcəklər :
- Məgər siz haqq-hesab olundunuzmu..?
Onlar deyəcəklər :
- Nəyimiz var idi ki, haqq-hesab olunaq. Axı biz ölənə qədər ancaq qılınclarımız çiyinlərimizdə Allah yolunda vuruşmuşuq.
Sonra qapılar onlar üçün açılacaq və başqa insanlar Cənnətə daxil olana qədər onlar orada qırx il qalacaqlar.
[7]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
-
Əbu Bəkr cənnətlikdir, Ömər cənnətlikdir, Osman cənnət­likdir, Əli cənnətlik­dir, Talhə cənnətlikdir, Zu­beyr cənnətlikdir, Abdur­Rahmən ibn Auf cənnətlikdir, Səd ibn Əbi Vəqqas cənnətlikdir, Səid ibn Zeyd cənnətlikdir, Əbu Ubeydə ibnul-Cərrah cənnətlikdir. [8]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
-
Əbu BəkrÖmər əvvəlki və sonrakı Cənnət əhli­nin yaşlıları arasında ən hörmətli olacaqlar. Yalnız peyğəmbərlər və elçilər istisnadır. [9]

• Buraydə (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Cənnət əhli
120 səffdir. Bu səfflərdən 80 bu ümmətdən, 40 isə digər ümmətlərdən olacaqdır. [10]

• İbn Abbas (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Biz (dünyaya gəlməkdə) ümmətlərin ən sonuncusuyuq.
Eyni zamanda hesabları hər kəsdən öncə çəkilənlərik.
[11]

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Cənnət,
Mən girənə qədər digər Peyğəmbərlərə, Ümmətim girənə qədər digər ümmətlərə haramdır. [12]

• Əbu Hureyra (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Mənim yanıma Cəbrail (aleyhissələm) gəlib əlimdən tutdu və ümmətimin girəcəyi qapını göstərdi.
Əbu Bəkr (radiAllahu) dedi :
- Ya Rasulullah..! İstərdim səninlə bərabər olum.
Allah Rasulu (salləllahu aleyhi və səlləm) :
-
Ey Əbu Bəkr..! Ümmətimdən Cənnətə ilk olaraq girən kişi sənsən. - deyə buyurdu. [13]

_________________________________________

1 - [ əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhihə”, 796; "Səhihul-Cami”, 47 ]
2 - [ əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhihə”, 796; "Səhihul-Cami”, 47 ]
3 - [ Təbərani, 2/107; əl-Hakim, 3/217; "Səhihul-Cami”, 3363 ]
4 - [ Tirmizi, 2/305; "Silsilətul-Əhadisis-Səhihə”, 1226 ]
5 - [ Əhməd, 1/322; "Silsilətul-Əhadisis-Səhihə”, 4/13 ]
6 - [ əl-Buxari, 2/506; Muslim, 1/44 ]
7 - [ əl-Hakim, 2/80; "Silsilətul-Əhadisis-Səhihə”, 853; "Səhihul-Cami”, 96 ]
8 - [ ət-Tirmizi, 5/647-648; "Səhihul-Cami”, 50 ]
9 - [ ət-Tirmizi, 5/610; İbn Macə, 1/36; "Silsilətul-Əhadisis-Səhi­hə”, 12/487 ]
10 - [ Tirmizi 2670, Əhməd 1/453, İbn Əbi Şeybə "Musənnəf” 11/471, ]
11 - [ İbn Məcə «Zuhd» ]
12 - [ Daraqutni "əl-Əfrad”, İbn Kəsir 1/404 ]
13 - [ Əbu Davud 4652 ]



Hazırladı:

Shamil Abdul-Jaleel


CennetinEhli.doc
CennetinEhli.jad
CennetinEhli.jar
CennetinEhli.pdf
Bölmə: Mobil Kitablar | Baxılıb: 728 | Yüklədi: selefimedia