10:21 Telefonla necə danışmalı? | |
Telefonla
necə danışmalı?
1. Az danışmaq. Ehtiyac olmadığı halda telefondan çox danışmamaq ədəbdəndir. İnsan bu dünyada ona verilən vaxt nemətindən maksimum faydalı istifadə etməlidir. Sözün bitdikdən sonra əlavə danışmaq və ya faydasız danışmaq insanın özünün vaxtını səmərəsiz keçirməsi ilə yanaşı zəng etdiyi kəsi də məşğul edir. Ola bilər ki, danışdığın insan, sənə ehtiram etdiyinə, səndən yaşca kiçik olduğuna və s. səbəblərə görə sözünü kəsmək, telefonu söndürmək istəməz. Ona görə də telefon açan insan bu məqamları nəzərə almalıdır. 2. İsraf etməmək. Telefonla faydasız olaraq çox danışmağın zərərlərindən biri də israf etməkdir. Çox insanlar telefon pulunun az və ya onlara görə az olduğunu düşünərək özlərinə haqq qazandırırlar. Ancaq israfın azı və çoxu yoxdur. Uca Allah israf edənləri sevmir və onları şeytanın qardaşları adlandıraraq buyurur: "Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır”. əl-İsra surəsi, 27 3. "Mənəm” deməmək. Qarşı tərəf zəng açan insanı tanımadığı halda kimin zəng etdiyini soruşarsa "mənəm” deməməlidir. Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən atamın borcuna dair (məsləhət almaq üçün) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib qapını döydüm. O soruşdu: "Kimdir o?” Dedim: "Mənəm.” O, narazı qalmış halda: "Mənəm, mənəm!”– dedi”. Buxari 6250, Muslim 2155 4. Cavab vermədikdə üzr qazandırmaq. Hər hansı bir insana zəng edərkən cavab verməzsə ona üzr qazandırmaq lazımdır. Çünki zəng etdiyin insan dərsdə, məsciddə, namazda, elm məclislərində və s. yerlədə ola bilər və bu səbəbdən telefona cavab verməyi mümkünsüz ola bilər. 5. Məsciddə, elm məclisində və s. yerlərdə olduqda telefonu səssizə qoymaq. Məsciddə , elm məclislərində bir kəsin telefonu zəng çalarsa ona üzr qazandıraraq unutduğunu düşünmək lazımdır. Nəsihət etdikdə isə mülayim, xoş sözlərlə gözəl rəftar etmək lazımdır. Bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəta edənlərə qarşı mövqeyi idi. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi gəlib məscidə sidik ifraz etdi. Camaat qalxıb onu tənbeh etdikdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Buraxın onu! Sidiyinin üzərinə də bir qab (və ya bir çəllək) su tökün. Siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”. Buxari, 220 6. Musiqi, Quran və ya haram olan səsləri zəngə qoymaqdan uzaq olmaq. Bu əməl özlüyündə haram olmaqla yanaşı, ətrafında olan insanların da narahat olmasına bir səbəbdir. Quran səsini qoymaq isə aşağıdakı səbəblərə görə bəyənilmir. a) Qurandan ibrət almaq üçün deyil, zəng kimi istifadə edilməsi. b) Zəng gəldikdə ayənin bitməsini gözləmədən, ayəni yarımçıq qoyaraq zəngə cavab verilməsi. c) Quran oxunması qadağan olunan yerlərdə zəng gəldikdə Quran səsinin eşidilməsi. 7. Səsi yazamaq və mikrafona danışmamaq. Telefon açarkən qarşı tərəfin xəbəri olmadan səsini yazmaq və ətrafındakı insanların yanında mikrafonu aktiv edərək danışmaq ədəbdən deyildir, hətta danışdığın insanın haqqına girmək hesab olunur. Bu isə demək olar ki, günümüzdə geniş yayılmış, adi hala çevrilmi. məsələlərdəndir. İndiki zamanda geniş yayılan hallardan biri də zəng edərək danışdıqda zəng olunanın xəbəri olmadan səsini yazmaq və onu yaymaqdır. Danışan kəs istər elmi, istər dini (fətva kimi), və ya mübah elm, yaxud da mal məsələsi və bu kimi danışılan hər bir şeyi yazmaq əmanətə xəyanət hesab olunduğu üçün müsəlmanın bunu etməsi caiz deyildir. (Bakr Abu Zeyd "Ədəbul-Hətif” kitabında, 28) Şeyxin kəlamına fikir verdikdə, hətta dini faydalı söhbət olduqda belə icazə almadan yazmağın xəyanət olduğunu bildirmişdir. Çox təəsüflər olsun ki, bu pis adət, hətta müsəlmanlar arasında belə geniş yayılmışdır. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Bir kişi səninlə söhbət edib sonra dönüb (gedərsə), o, sənə əmanətdir”. Sünənu Əbu Davud, 4868. Sünən ət-Tirmizi, 1959 Əgər kimsə icazə olmadan kiminsə səsini yazıbsa başqalarının ona qulaq asmaqda caiz deyildir. İbn Abbas (Allah ondan razı olsun) dedi: "Kim bir camaatın söhbətinə qulaq asmaq istəsə, onlar da bunu xoşlamasalar, qulağına əridilmiş qurğuşun tökəcəklər. (Buxari "Ədəbul-Mufrad” kitabında, 1167. Albani hədisin səhih olduğunu bəyan etmişdir) 8. Uca səslə danışmamaq. Ehtiyac olmadığı halda uca səslə danışmağı İslam dini qadağan etmişdir. Bu təkəbbürlü insanların sifətlərindəndir. Uca Allah insanlar ibrət alıb nəticə çıxarsınlar deyə Loğmanın (Allahın ona salamı olsun) öz oğluna etdiyi nəsihəti bizə xatırladaraq buyurur: "Yerişində həddi gözlə, (danışanda) səsini alçalt”. Loğman surəsi, 19 9. Danışdıqda və ya sms göndərdikdə gözəl sözlər işlətmək. Pis sözlər işlətmək və ya yazmaq dinə və əxlaqda ziddir. 10. Nömrəni yığdıqda və ya sms göndərdikdə nömrəni dəqiqləşdirmək. Ola bilər ki, səhv düşdüyün insan yatmış və ya xəstə olsun. Özün də bilmədən başqalarını narahat etməmək üçün nömrəni dəqiqləşdirmək lazımdır. Səhv etdikdə isə belə üzr istəmək lazımdır. 11. Başqalarının telfonlarına baxmamaq. İcazə almadan başqasının telfonuna baxmaq olmaz. İcazə versə belə sahibinə məxsus olan şeylərə baxmaq ədəbdən deyildir. 12. Zəng etdikdə münasib vaxt seçmək. Gecə vaxtı və ya məşğul olduğunu bildiyin halda zəng edərək narahat etməmək ədəbdəndir. ən-Nur surəsinin 58-59 cu ayələrinə fikir verdikdə görürük ki, Uca Allah qullara, yaşı az olanlara valideyinlərin otaqlarına girdikdə icazə almağı əmr etmişdir. Həmçinin ev əhlinin xəbər etmədən evinə səfərdən qayıtmağın qadağan olunmasını da buna şamil etmək olar. 13. Cavab vermədikdə dəfələrlə yığmamaq. Çox yığmaqla başqalarına əziyyət verib narahatçılıq yarada bilərsən. Ona görə çox yığmaq bəyənilmir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) icazə barədə buyurur: "İzn almaq üç kərədir. Əgər sənə izin verilsə, daxil ol! Əks halda qayıt”. Muslim 2153 Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) icazə barədə dediyi bu söz telefonada şamil edilir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tərbiyəsini almış səhabələrə fikir verin. Səhabələr Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qapısını döydükdə dırnaqları ilə döyərdilər». Əbu Davud 5179, Buxari "Ədəbul-Mufrad” kitabında 1084 14. Zəng etdikdə və sağollaşdıqda salam vermək. İnsan danışmağa başladıqda ilk olaraq salam verməlidir. "alo”, "sabahın xeyir” və s. buna oxşar sözlərlə yox məhz İslam salamı ilə başlamalıyıq. Salam Allahın bizə əmr etdiyi İslamın şüarlarından biridir. Amir oğullarından bir kişi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib dedi: "İçəri girə bilərəmmi?” Peyğəmbər () kənizə dedi: "Çıx ona de ki, "əs-səlamu aleykum, içəri girə bilərəmmi?” desin. Çünki o, gözəl tərzdə izn istəmədi”. Mən onu kəniz bayıra çıxmazdan əvvəl eşitdim və : "Əssəlamu aleykum! İçəri girə bilərəmmi?”- dedim. O: "Və aleykə. Gir içəri” dedi. Əbu Davud 5179, Buxari "Ədəbul-Mufrad” kitabında 1084 15. Zəng edən ilk olaraq danışmalıdır. Zəng etdikdə xətalardan biri də dəstəyi götürənin səsini çıxartmasını gözləməkdir. Belə ki, zəng edən şəxs ilk olaraq danışığına başlayıb salam verməlidir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsinə fikir verdikdə icazə alanın ilk olaraq danışmasının nəticəsinə gəlmək mümkündur. 16. Qadınlar yalnız zəruriyyət halında kişilərlə danışmalı, danışdıqdada səsini gözəlləşdirməməlidir. Zəruriyyət halı olaraq qadınların elm əhlinə zəng edərək dini hökmləri soruşmalarını misal gətirmək olar. Ancaq qadın birbaşa soruşmamalı məhrəmi olan bir kişi vasitəsi ilə soruşmalıdır. Soruşacağı məsələ barədə bir kəsin bilməsini istəmədiyi halda və ya başqa üzürlü səbəbləri olarsa onda özü danışa bilər, ancaq danışdıqda belə səsini bəzəməməli və artıq şeylər danışmamalıdırlar. Uca Allah buyurur: "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın”. Bu ayə başda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zövcələri olmaqla bütün qadınlara aiddir. əl-Əhzab surəsi, 32 Telefonla Danishma Edebleri.doc Telefonla Danishma Edebleri.pdf Ramil Soltanov. | |
Bölmə: Mobil Kitablar | Baxılıb: 848 | |