Zilhiccənin ilk on gününün fəziləti və bu gündə edilən əməllər
Həmd
aləmlərin Rəbbi olan Allahadır. Salvat və salam da
peyğəmbərlərin əfəndisi, ağası Məhəmmədin (ona, ailəsinə
və səhabələrinə salam olsun) üzərinə olsun. Heç şübhəsiz
ki, Allah təalanın, saleh bəndələrinə ilin müəyyən günlərini
çoxlu saleh əməl işləmələri üçün təsis etməsi, Onun
bəndələrinə olan lütf və yaxşılıqlarındandır. Məhz bu
günlərdən (bəziləri də) biri də Zilhiccə ayının ilk on
günüdür.
Zilhiccənin ilk on gününün fəziləti haqqında
Quran (Allahın Kitabı) və sünnədən (Allah Rəsulunun hədisləri)
dəlillər gəlmişdir. Məhz bu ayə və hədislərdən bəziləri
bunlardır:
1. Allah belə
buyurmuşdur:
"Şəfəq vaxtına və on gecəyə (Zilhiccənin ilk
on gecəsinə) and olsun”
(əl-Fəcr surəsi 1-2).
İbn Kəsir
(Allah ona rəhmət etsin) ayədəki on gecədən qəsdin; İbn
Abbas, İbn Zübeyr, Mücahid və başqalarının dedikləri
kimi-:
"Zilhiccənin ilk on günüdür" demişdir.
2.
İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət
olunduğuna görə, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə
salam olsun) belə buyurmuşdur:
"Bu günlərdə edilən saleh
əməlin, Allah Təalaya daha sevimli olduğu bu on gündən
(Zilhiccənin ilk on günündən) başqa günlər yoxdur. Səhabə:
-Ey
Allahın elçisi! Allah yolunda cihad da mı? dedilər.
Bunun
üzərinə Rəsulullah (ona, ailəsinə və səhabələrinə salam
olsun) buyurdu ki:
-Allah yolunda cihad da belə ...
Ancaq
Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və
bu ikisindən heç bir şeylə geri dönməyən (canını və malını
verən) kimsə bunun xaricindədir”
(Əbu Davud, Tirmizi, İbn
Macə).
3. Allah belə buyurmuşdur:
"Özlərinə aid bəzi
(günahlarının bağışlanması, həcc ibadətinin savabını
almaları və ticarətdə mənfəət etmələri kimi) faydaları
yəqin olaraq görmələri və Allahın onlara ruzi olaraq verdiyi
qurbanlıq heyvanların üzərinə (onları kəsərkən) müəyyən
günlərdə (Zilhiccənin ilk on günündə) Allahın adını
anmaları üçün ...”
(əl-Həcc surəsi 28).
İbn Abbas
(Allah ondan və atasından razı olsun): "Ayədə keçən "müəyyən
günlər”dən qəsd; Zilhiccənin ilk on günüdür” demişdir.
4. Abdullah b.Ömərdən (Allah ondan və atasından razı olsun)
rəvayət olunduğuna görə, Rəsulullah (ona, ailəsinə və
səhabələrinə salam olsun) belə buyurmuşdur:
"Allah
dərgahında içərisində saleh əməl işlənən bu on gündən
savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər
yoktur.O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illəllah
demək), təkbir (Allahu Əkbər demək) və təhmid (Əlhəmdulllah)
gətirin” (İmam Əhməd rəvayət edib).
Yəni bu zikrləri
çox-çox deyin.
5. Hafiz İbn Həcər (Allah ona rəhmət etsin)
"Fəthul-Bari” əsərində belə demişdir:
"Göründüyü kimi
Zilhiccənin ilk on gününün digər günlərdən üstün dəyərə
malik olmasının səbəbi; ibadətlərin təməli olan namaz, oruc,
sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsinə
görədir. Bu üstünlükləri digər günlərdə əldə etmək
mümkün deyil”.
Zilhiccənin ilk on günündə edilməsi
müstəhəb olan əməllər:
1. Bol-bol nafilə namaz
qılmaq.
Fərz namazları əda etmək üçün (namazı öz
vaxtında qılmaq üçün) məscidə erkən getmək və bol-bol
nafilə namaz qılmaq. Çünki nafilə namazlar, insanı Allah
Təalaya yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Necə ki
Səvbandan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə,
Rəsulullah (ona, ailəsinə və səhabələrinə salam olsun) belə
buyurmuşdur:
"(Namazda) Allaha çoxlu səcdə et. Çünki sən,
Allaha hər səcdə etdikcə, o səcdə vəsiləsiylə (səbəbi ilə)
Allah da sənin (Cənnətdə) dərəcəni yüksəldər, bir günahını
da silər”. Bu əcr, hər zaman üçün etibarlıdır.
2. Nafilə
oruc tutmaq.
Heç şübhə yoxdur ki, bu günlərin hamısını və
ya gücü çatdığı qədərini, xüsusilə də Ərəfə gününü
orucla keçirmək, əməllərin ən fəzilətlisidir. Çünki Allah,
orucu özü üçün seçmişdir.
Necə ki Əbu Hureyrədən-Allah
ondan razı olsun-rəvayət olunduğuna görə, Peyğəmbər-səllallahu
aleyhi və səlləm -belə buyurmuşdur:
"Allah-azzə və
cəllə-buyurur ki: Oruc, mənim üçündür, onun mükafatını da
mən verərəm. Çünki o (oruclu), şəhvətini, yeməyini və
içməyini mənim üçün buraxmışdır. Oruc, Cəhənnəmə (və ya
cəhənnəmə aparan şəhvətlərə) qarşı bir qalxandır.Oruçlu
üçün iki sevinc anı vardır: (Birincisi:) iftarını açdığında
sevinər. (İkincisi: Qiyamət günü) Rəbbinin hüzurunda orucunun
savabını tapdığında sevinər. And olsun ki oruclunun ağız
qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir"
(Buxari, Müslim).
Hüneyn bin Xalidin (Allah ondan razı olsun),
o yoldaşından (xanımından), o da Peyğəmbər-səllallahu aleyhi
və səlləmin - bəzi zövcələrindən rəvayət etdiyinə görə,
(Peyğəmbər səlləllahu aleyhi və səlləmin xanımlarından
(Hafsa və ya Ümmü Sələmə) belə dedi: "Rəsulullah-səllallahu
aleyhi və səlləm.-Zilhiccənin ilk doqquz günü, Aşura
(Məhərrəmin onuncu) günü və hər (hicri) ayın ilk bazar ertəsi
günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün
oruc tutardı" (Əbu Davud, Əhməd, Albani səhihdir). İmam
Nəvəvi-Allah ona rəhmət etsin-belə demişdir:
"Zilhiccə
ayının ilk on günü tutulan oruc, çox müstəhəbdir."
Əbu
Səid əl-Xudridən-Allah ondan razı olsun-rəvayət olunduğuna
görə, Rəsulullah-səllallahu aleyhi və səlləm -belə
buyurmuşdur: "Bir qul, Allah üçün bir gün oruc tutsa, o gün
tutduğu oruc üzündən Allah onun üzünü yetmiş il məsafə
qədər cəhənnəmdən uzaq tutar" (Buxari,
Müslim).
Peyğəmbər-səllallahu aleyhi və səlləm -Ərəfə
günü orucu haqqında belə buyurmuşdur: "Ərəfə gününün
orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir sonrakı
ilin (kiçik) günahlarına kəffarə olacağına ümid edirəm"
(Muslim).
Lakin Ərəfatda olan yəni həcc edən kimsənin,
Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki
Peyğəmbər-səllallahu aleyhi və səlləm.-Ərəfatda oruclu
olaraq vəqfəyə dayanmamış, əksinə insanlar özünün oruclu
olmadığını görsünlər deyə bir qədəh süd içbdir.
3.
Həcc və ümrə etmək.
Bu günlərdə edilən əməllərin ən
fəzilətlisi, həcc və ümrədir.Həcc və ümrənin ən fəzilətli
əməl olduğuna dəlalət edən bir çox hədis vardır.
Necə ki
bunlardan birində Peyğəmbər-səllallahu aleyhi və səlləm-belə
buyurmuşdur: "İki ümrə arasında edilən (kiçik) günahlara,
bu iki ümrə kəffarə olar (günahları silər). Qəbul olunan
Həccin əvəzi, ancaq cənnətdir" (Buxari və Müslim).
4.
Bu günlərdə bol-bol təkbir, təhlil və təhmid gətirmək.
Necə
ki İbni Ömərin-Allah ondan və atasından razı olsun-yuxarıda
sadalanan rəvayətində ifadə etdiyi kimi, Rəsulullah-səllallahu
aleyhi və səlləm-belə buyurmuşdur: "Allah dərgahında
içərisində saleh əməl işlənən bu on gündən savabı daha
böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O
halda, bu günlərdə bol-bol təhlil, təkbir və təhmid gətirin"
(Əhməd).
İmam Buxari-Allah ona rəhmət etsin-bu barədə belə
demişdir: "İbn-i Ömər və Əbu Hüreyrə-Allah ikisindən də
razı olsun-Zilhiccənin ilk on günündə bazara çıxıb yüksək
səslə təkbir gətirirlər, insanlar da onlarla birlikdə təkbir
gətirərdilər" (Buxari).
Yenə, İmam Buxari-Allah ona
rəhmət etsin-bu barədə belə demişdir:
"Ömər-Allah
ondan razı olsun-(bu günlərdə) Minadaki çadırda təkbir
gətirər, məsciddə (Hayf məscidində) olan və onu eşidən
müsəlmanlar, onunla birlikdə bazar və bazardakı insanlar Mina
təkbir səsləriylə inləyəcək şəkildə təkbir gətirərdilər"
(Buxari).
İbni Ömər-Allah ondan və atasından razı
olsun-Minada bu günlərin hamısında, fərz namazlardan sonra,
yatağında, çadırda, məclisində və yolda təkbir
gətirərdi.
Ömər bin Xəttab, oğlu Abdullah və Əbu
Hüreyrənin-Allah hamısından razı olsun-hərəkətləri kimi, bu
günlərdə açıqdan və yüksək səslə təkbir gətirmək,
müstəhəbdir.
Biz müsəlmanlar olaraq, indiki vaxtda itən və
tərk olunan, hətta-təəssüflə söyləmək lazım olsa-ilk
müsəlmanların yaşadıqlarının əksinə, bəzi saleh kəslərin
belə az qala unutduğu bu sünnəsini, təkrar yaşatmamız
lazımdır.
Bu günlərdə gətirilən təkbirin söyləniş
şəkilləri:
a). Allahu Əkbər, Allahu Əkbər, Allahu
Əkbər.
b). Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallah,
vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd.
c). Allahu
Əkbər, Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallah, vallahu
Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Vəlilləhil-həmd.
5.
Qurban bayramının birinci gününün fəzilətli olması.
Qurban
bayramının birinci gününün fəziləti çox böyükdür. Bir çox
müsəlman, bu günün fəzilətindən, şanı dəyərini bilməkdən
və fəzilətinin saysız oluşundan xəbərsizdir. Bəzi İslam
alimləri bu günü, ilin müzakirəsiz ən fəzilətli günü, hətta
Ərəfə günündən belə daha üstün görmüşlər.
İmam İbni
Qeyyum-Allah ona rəhmət etsin-bu barədə belə demişdir:
"Allah
yanında günlərin ən xeyirlisi, Həcci Əkbər günü olan qurban
günüdür"
Necə ki Abdullah ibn Kurtdan-Allah ondan razı
olsun-rəvayət olunduğuna görə, Peyğəmbər-səllallahu aleyhi
və səlləm-belə buyurmuşdur:
"Allah Təbarəkə və təala
qatında günlərin ən böyüyü; qurban günüdür. Ondan sonra
təşrik günlərinin başlanğıcı və Cemremi daşlamaq üçün
Minada qalmağa başlanılan gün olan on birinci gündür" (Abu
Davud, Albani Səhih deyib).
Bəzi alimlər də aşağıdakı
səbəblərdən Ərəfə gününün daha fəzilətli olduğunu
söyləmişlər:
1. Bu gündə tutulan oruc, iki ilin kiçik
günahlarına kəffarə olar.
2. Allah, bu gündə qullarını
cəhənnəm əzabından bağışladığı qədər başqa bir gündə
bağışlamamışdır.
3. Allah Təalanın rəhmət və
comərdliyi, Ərəfatda olan qullarına yaxın olar və Allah, Onun
mələklərinə qarşı onlarla fəxr edər.
Lakin doğru olan bu
görüşdür ki, ilin ən fəzilətli günü qurban bayramının
birinci günüdür. Çünki bunu sübut edən hədisə zidd olan
başqa bir hədis yoxdur. İstər qurban bayramının birinci günü,
istərsə Ərəfə günü ən fəzilətli gün olsun, müsəlmana
düşən vəzifə; hacı olsun, muqim olsun, bu günlərin fəzilətini
dərk etmək və əlinə keçən bu fürsəti ən yaxşı şəkildə
qiymətləndirməkdir.
Məhəmməd b. Saleh əl-Useymin
Ərəbcədən Tərcümə: Məhəmməd Şahin
Tədqiq: Əli
Rza Şahin
2009 - 1430
Azərbaycan-dilinə tərcüməçi:
Əkrəm Həsənov
2010-1431
Mənbə:
http://www.islamevi.az/modules/news/article.php?storyid=2935
Yüklə:
Zilhicce10Gun.doc
Zilhicce10Gun.pdf
Zilhiccenin10Gunu.jar
Zilhiccenin10Gunu.jad