Baş səhifə » 2012 » İyul » 26 » Mehdinin əlamətləri haqqında dəlillər.
16:22
Mehdinin əlamətləri haqqında dəlillər.
Mehdinin əlamətləri haqqında dəlillər.

Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) bu sahədə rus dilində qələmə aldığı  "Достаточное о признаках появления Махди” risaləsindən azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllifin də qeyd etdiyi kimi, bu sahədə təfsilatlı və mövzunu açıqlayan ədəbiyyata rast gəlmək çətindir. Bu səbəbdəndən də adı keçən  çalışma Mehdilik və əlamətləri haqqında oxucuya konkret dəlillər təqdim edir. Haqqı araşdıran  müsəlmanlara faydalı olması ümidi ilə.

Birinci fəsil

Mehdi kimdir?

Mehdinin gəlişi qiyamət günü əlamətlərindən biridir. O günün yaxınlaşması əlamətləri haqqında Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) varid olmuş və dövrümüzdə gerçəkləşmiş bir çox xəbərlər mövcuddur. Qiyamət gününün böyük və kiçik əlamətləri vardır. Böyük əlamətlər bilavasitə Qiyamət günü qopmamışdan öncə olacaqdır. Bu əlamətlərin bir neçəsi bunlardır:

1)                       Məsih Dəccəlin (Yalançı Məsih) gəlişi

2)                       İsanın (aleyhis səlam) zühuru və Mehdinin xilafəti

3)                       Yəcuc və Məcuc tayfalarının axınları

4)                       Qərbdə və Şərqdə böyük fəlakətlər

5)                       Tüstünün yayılması

6)                       Günəşin qərbdən çıxması

7)                       Yerdən nəhəng heyvanın çıxması

8)                       Yəmən tərəfdən böyük alovun çıxması və insanları əhatəsinə toplaması

 

 Bu qeydlər Elmir Quliyevin bu mövzuda olan kitabından götürülmüşdür.

 

Mehdi barədə nə bilirik?

1) O, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Əhli Beytindən olacaqdır.

2) O, Fatimənin (Allah ondan razı olsun) nəslindən olacaqdır.

3) Onun adı Rasulullahın (sallallahu aleyhi va səlləm) ismindən olacaq və atasınında adı Peyğəmbərin (sallallahu aleyhi va səlləm) atasının adından olacaqdır.

4) O, ətrafında toplanan müsəlmanlara xəlifə olacaqdır.

Həfs ibn Keysan nəql edir ki, o, Süfyan əs Sevridən soruşmuşdu: "Ey Əbu Abdullah! İnsanlar Mehdi barədə çox söz deyirlər. Sən nə deyə bilərsən?” İmam dedi: "Əgər bir gün o sənin qapına insanlar onun ətrafında toplaşmamışdan öncə gəlsə, onu nə təsdiq, nə də inkar et.” (Əbu Əmmar Mahmud əl Misri "Rihlət ilə dar əl axirət” səh. 298-299)

5) Onun dövründə müsəlmanlar bolluq və əmin-amanlıqda yaşayacaqlar.

6) O, özündən öncə hər yerdə zülm olduğu halda, hər yeri ədalətlə dolduracaqdır. Onun idarəçiliyi dövründə bütün dünyada sülh, ədalət və əmin-amanlıq olacaqdır.

7) Onun xilafəti dövründə İsa ibn Məryəm (aleyhis səlam) zühur edəcək və o əsnada onun arxasında namaz qılacaqdır.

8) O, müsəlmanlara səxavət göstərərək və onlara çoxlu mallar paylayacaqdır.

İbn Hacər əl Heysəmi bir çox əlamətləri "əl Qavlul muxtəsər fi alamətil Mehdi əl Muntəzar” kitabında nəql etmişdir. Lakin mən onlardan səhih olanlar ilə kifayətlənirəm.

İbn Qeyyim əl Cəvziyyə yazır: "Üçüncüsü: O, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Əhli Beytindən və Həsənin (Allah ondan razı olsun) soyundan olacaqdır. Axır zamanda meydana çıxacaqdır. Dünya zülm və haqsızlıqda olduğu halda, onu ədalət və haqla dolduracaqdır.

Rəvayətlərin çoxu buna dəlalət edir. Mehdinin Həsənin (Allah ondan razı olsun) soyundan olmasında bir incəlik vardır. O, xilafəti Allah rizası üçün tərk etdiyinə görə, Allah Təala onun soyundan gələn birini dünyanı ədalətlə işıqlandıracaq xəlifə edəcəkdir. Bu, Allahın məxluqata qarşı olan sünnətidir. Kimsə Allah rizası üçün bir şeydən əl çəkərsə, Allah ona və ya onun zürriyyətinə bundan daha yaxşısını qismət edər.” ("əl Mənarul munif fis səhih və zəif” səh. 97)

 

Digər fəsillər:

Mehdi barədə olan rəvayətlər.

Mehdi barədə şübhələr.

Mehdi tarixdə

İmamilərin Mehdisi

Şiə Mehdisinin təsviri.

Şiələrə görə əsl Quran Mehdidədir

Tamamını yükləmə fayllarından istifadə edərək oxuya bilərsinz:

Mehdi_Haqqinda.jad 26-Jan-2012 09:25 373

Mehdi_Haqqinda.jar 26-Jan-2012 09:25 105444

Mehdi_haqqinda.doc 26-Jan-2012 09:25 324096

Mehdi_haqqinda.pdf 26-Jan-2012 09:25 319706
Bölmə: Mobil Kitablar | Baxılıb: 963 | Yüklədi: selefimedia