YUXU
Mömin bilir ki, yaxşı yuxu
bir gerçəklikdir. O, Allah dərgahındandır. Bu haqda açıq‐aydın
və etibar olunacaq dəlillər varid olmuşdur. Quran ayələrində
peyğəmbərlərin və eləcə də digər şəxslərin bəzi
yuxuları, onların təfsiri və yozmaları buna misal ola bilər.
Peyğəmbərlərin yuxuları gerçək olur və vəhy sayılır.
Məsələn, İbrahim Xəlil (Əleyhissəlam) öz oğluna belə
demişdir:
"Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax
gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə
nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən
olduğumu görəcəksən!”
(əs‐Saffat, 102).
Həmçinin
nöqsansız olan Allah, Yusifin (Əleyhissəlam) hekayəsi haqda bizə
xəbər verərək buyurur: "Bir zaman Yusif atasına demişdi:
"Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm.
Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”
(Yusif, 4).
Surənin sonunda buna yozum olaraq buyurur:
"(Yusif) ata‐anasını
taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata‐ana və on
bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında
səcdəyə qapandılar. (Allah onları bir‐birinə qovuşdurduğu
üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu
əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə
çevirdi.”
(Yusif, 100)
.
Peyğəmbər olmayan insanların
yuxusuna gəlincə, Qurani kərimin Yusif surəsində iki məhbusun
yuxusu və Yusifin (Əleyhissəlam) onların hər birinin yuxusunu
yozması, həmçinin Yusifin (Əleyhissəlam) hökmdarın yuxusunu
yozması haqda ayələr varid olmuşdur.
Səhih Sünnədə də bu
mövzuya toxunulmuşdur. Ənəs ibn Malikin (Allah ondan razı olsun)
Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdiyi
hədisdə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və
salamı olsun)buyurmuşdur: "Möminin yuxusu peyğəmbərliyin qırx
altı hissəsindən biridir”.
İbn Abbasın (Allah ondan razı
olsun) rəvayətində isə buyurulur: İnsanlar Əbu‐Bəkrin (Allah
ondan razı olsun) arxasında səflərdə ikən Peyğəmbər (ona və
ailəsinə Allahın salavatı və salamı olsun) pərdəni açaraq
dedi: "Ey insanlar, həqiqətən möminin gördüyü və ya ona
göstərilən saleh yuxudan başqa peyğəmbərlikdən heç bir müjdə
qalmadı. Həqiqətən mən, rüku və səcdə vəziyyətində Quran
oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim
edin (ʺsübhanə rəbbiyəl azimʺ deyin), səcdədə isə çoxlu
dua edin. Bununla da duanızın qəbul olunma ehtimalını
artırarsınız”.
Əbu Hureyrənin (Allah ondan razı olsun)
rəvayət etdiyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın
salavatı və salamı olsun) buyurur: "Qiyamət yaxınlaşdıqca
müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən
doğru danışanın yuxusu daha düz çıxacaq”. Hədisi Muslim
rəvayət etmişdir.
Bununla aydın olur ki, yuxu bir həqiqətdir.
Lakin bilmək lazımdır ki, hər yuxu doğru olmur. Əksinə ola
bilər ki, insanın yuxularının bəziləri doğru çıxsın,
bəziləri isə şeytanın oyunu olsun ki, onunla Adəm övladını
kədərləndirir. Bəziləri də insanın oyaq ikən gördükləri
hadisə və faktların yuxu şəklində təzahürüdür. Əbu
Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı
olsun) buyurur: "Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu
təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanların
yuxusu daha düz çıxacaq. Müsəlmanın yuxusu peyğəmbərliyin
qırx beşdə bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan
müjdə olan saleh yuxular. İkincisi, şeytanın təlqin etdiyi
kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş
hadisələrlə bağlı yuxular. Sizlərdən biri xoşa gəlməyən
yuxu görərsə, yatağından qalxsın. Sonra namaz qılsın və bu
yuxunu heç kəsə danışmasın”. Hədisi Muslim rəvayət
etmişdir.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və
salamı olsun) bizə səhər‐axşam, yatmazdan öncə deməli
olduğumuz zikrlər öyrətmişdir. Bu zikrlər Allahın izni ilə
müsəlmanı şeytandan və şər qüvvələrindən qoruyur, möminlik
dərəcəsini yüksəldir və imanını artırır.
(Əbdüləziz
Ali Şeyx)
Yüklə:
YUXU_haqqinda.doc
YUXU_haqqinda.jad
YUXU_haqqinda.jar