Baş səhifə » 2012 » Oktyabr » 4 » Cənnət Huriləri haqqında ayə və hədislər.
08:31
Cənnət Huriləri haqqında ayə və hədislər.

Cənnət Huriləri haqqında ayə və hədislər :

Ayələr :

✔ İbn Abbas, Qatadə (radiAllahu anhum) deyirlər ki : "Hur - Bəyaz Qadın deməkdir"

• "..Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var.
Onlar (möminlər) orada əbədi qalacaqlar.."
(əl-Bəqara, 25)

• "..Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.."
(ər-Rahmən, 72)

• "..Özlərinin həmçinin əməli saleh ataları, zövcələri və övladlarının daxil olacaqları
Ədn Cənnətləri gözləyir.."
(ər-Rad, 23)

• "..Həmçinin onları iri gözlü hurilərlə evləndirəcəyik.."
(əd-Duxan, 54)

• "..Siz də zövcələriniz də sevinc içində Cənnətə daxil olun.."
(əz-Zuxruf, 70)

• "..Sinələri yenicə dolmuş həmyaşıd qızlar.."
(ən-Nəbə, 33)

• "..Şübhəsiz ki, biz Cənnət qadınlarını başqa cür yaradacağıq..!
Onları bakirə qızlar, ərlərini səvən, həmyaşıdlar edəcəyik.."
(əl-Vaqiə, 35-37)

• "..O, Cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.."
(ər-Rahmən, 56)

• "..(Onlar üçün orada) iri gözlü, qəşəng hurilər də vardır.
O, hurilər sanki sədəf içində gizlənmiş incidirlər.."
(əl-Vaqiə, 22-23)

Hədislər :

• Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Gözəl gözlü, parlaq vücudlu Hurilər Cənnətdə mahnı söyləyərək deyərlər :
- Biz parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq.
( Əbu Nuaym "Sıfatul Cənnət” 3/280, H. 432, Təbərani "Mucəmus Sağir” 2/35, H. 734, əl-Albani "Səhihul Cəmiul Sağir” s.331, H. 1561, 1602 )

• İbn Məsud (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər. Allah : "Çünki o, qadınlar sanki yaqut və mərcandırlar" deyə buyurur.
(Tirmizi 2654, Muslim 2834)

• Əbu Hureyrə (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətə ilk girəcək zümrə ayın 14-cü gecəsindəki surətində girəcəkdir. Bunlardan sonra girənlər isə səmadakı parlaq ulduz surətində girəcəklər. Hər birinə iki zövcə vardır. Bunların ayağının iliyi ətinin üstəndən görünür və Cənnətdə subay yoxdur.
(Muslim 2178)

• Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O, qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir.
(Buxari 2796, Tirmizi 1651)

• Əbu Umamə (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq üzərə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə mahnı söyləyərlər.
Söylədikləri bu mahnı şeytani çalğı və (mahnı) deyildir.
(Təbərani "Kəbir” 8/119, H. 7478, Heysəmi "Məcmuaz Zəvaid” 10/418)

• Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
Qadın ərinə dünyada ikən əziyyət verdikdə o, kişi üçün Cənnətdə hazırlanmış Hurisi belə deyər :
- Ey qadın..! Allah səni zəlil etsin. O, sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən ayrılaraq bizim yanımıza gələcəkdir (ona əziyyət vermə) deyərlər.
(Tirmizi 2/208, İbn Məcə 1/621, H. 2014, əl-Albani "Səhih” 1/284, H. 173)

• Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir. Bir nəfər :
- Ya Rasulullah..! Onun gücü çatacaqmı..? - deyə soruşdu.
Allah Rasulu (salləllahu aleyhi və səlləm) :
- Ona yüz kişinin gücü veriləcəkdir deyə buyurdu.
(Tirmizi "Cənnət” 2536, əl-Albani "Mişkət” 3/1567, H. 5636)

✔ [ Başqa rəvayətdə : 72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə ]
(Tirmizi 2562, İbn Məcə 4337, Əbu Nuaym "Sıfət əl-Cənnəh” 372)

✔ [ Başqa rəvayətdə : Muhəmmədin nəfsi əlində olana and olsun ki, bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır ]
(Əbu Nuaym "Sıfət əl-Cənnəh” 2/215, Təbərani "Mucəm əs-Sağir” 2/12-13, Beyhəqi "əl-Bas vən Nuşur” 365, Məcmuaz Zəvaid 10/417, əl-Albani "Səhih” 1/641, H. 367)

• Əbu Hureyrə (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Ey Allahın Rasulu..! Cənnətdə cima (yaxınlıq) varmı..?
Allah Rasulu (salləllahu aleyhi və səlləm) :
- Canım əlində olana and olsun ki, Bəli. İstədiyi qədər edəcəkdir.
Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır.
(Təbərani "Mucəm Sağir” 1/91, Əbu Nuaym "Sıfət əl-Cənnəh” 393.)

• Ənəs (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Hurilər zəfərandan yaradılmışdır.
(Təbərani, Nihayə 2/461, Əbu Nuaym "Sıfət əl-Cənnəh” 385)

• Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətdə bir bazar vardır. Cənnət Əhli hər cümə günü oraya gələrlər.
Bir şimal küləyi əsər. Üzlərinə və libaslarına cürbəcür ətirli iylər yayar.
Cənnət əhlinin gözəllikləri artar. Artmış gözəllikləri ilə zövcələrinə dönərlər.
Zövcələri onları gördükdə :
- Vallahi bizdən sonra gözəlliyiniz nə qədər artmışdır..? - deyərlər.
Onlar da :
- Vallahi sizin də bizdən sonra gözəlliliyiniz artmışdır..! - deyərlər
( Müslim 2833 )


Allah Subhənə və Təalə bizi Cənnət əhlindən etsin. Əmin
___________________________________________

Hazırladı : Shamil Abdul-Jaleel.

Yüklə:

CennetHurileriAyeVeHedislerde.doc
CennetHurileriAyeVeHedislerde.jar
CennetHurileriAyeVeHedislerde.jad

Bölmə: Mobil Kitablar | Baxılıb: 1038 | Yüklədi: selefimedia