Bura həmçinin, sənin bir qardaşını
görərkən ondan: "Haradan
gəlirsən?” – deyə verdiyin sual da, aid ola
bilər. Beləki, ola bilsin qarşı tərəfə, sənin bu sualına cavab
verməyə
mane olan bir səbəb olsun. Əziz qardaşım, sən belə etməklə
qardaşının
yalan danışmağına səbəb ola
bilərsən...
|
O, Allahın dəvətinə tamamilə, bir bütün olaraq yönəlmiş və «Həyyə alə‘l-fələh» çağırışına razılıq verməklə qəlbini bu çağırışdan başqa hər bir çağırışa bağlayaraq böyük bir aydınlığa doğru açmışdır...
|
Məscidlərdə, ibadətgahlara yaxın yerlərdə, yol qırağında qoyulan nəzir
qutularının üstündən boylanan, əlil, şikəst adamların əllərində tutub
diləndiyi ələmin islama nə aidiyyəti var? Ələm nə deməkdir?
"Ələm” ərəb sözüdür. Bu söz ərəb əlifbasının ilk hərfi olan "əlif”lə
yazıldıqda "əzab”, "əziyyət” mənası verir. Boğaz hərfi olan "ayn”la
yazıldıqda isə "bayraq”, "öndə gedən” mənalarını daşıyır.
|
Şeyx ƏbdurRəhman Nasir əs-Sədi:
"Sizə zəiflərinizə görə kömək edilir."
"Məhrum olanlar nə
pis haldadırlar! Müvəffəq olnlar isə, nə gözəl qzanc əldə etmişlər."
|
Əgər bu duanı Allah qəbul etsə...
...Bu dua ilə qurtuluşa nail olsan və Allah duanı qəbul etsə, bütün
işlərin öz yolunda olar.Məgər sənin dünya və axirət işlərinin doğru
yolda olmasından başqa istəyin varmı?! Belə dəyərli tövsiyyəni mütləq lazımınca dəyərləndirməli, müvafiq əməl etməlisən.
|
Bayram namazları və onlar haqqında geniş məlumat.
Bu namazın hökmü. Bu namazın vaxtı. Bayram namazı üçün azan və iqamə verilirmi? Bayram namazının vəsfi. Bayram günü edilən müstəhəb əməllər. ....
|
1. Ərafa — nemətlərin tamamlandığı və dinin kamilləşdiyi bir gündür. 2. Ərafa — orada olan insanların bayramıdır. 3. Ərafa — Allahın and içdiyi gündür. 4. Ərafa günü tutulan oruc iki ilin günahlarını silir. 5. Bu gün, Allah Adəmin törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür. 6. O gün günahlardan bağışlanma, atəşdən
qurtuluş və orada duran insanlarla Uca Allahın fəxr etdiyi bir gündür.
|
Ibn əl Qayyum rahimahullah buyurur: "Bəzi alimlər deyir ki o zaman ki
qəlbə hiyləgərlik, yalan və şərəfsizlik kimi xüsusiyyətlə daxil olsa və
tamamı ilə onunla boyanarsa, o zaman belə qəlbin sahibində bu
xislətlərin eynisinə sahib meymun, donuz və s. kimi bəzi heyvanların
davranışları təzahür edər.Ardınca bu keyfiyyətlər o qədər artar ki, onun
sifət cizgilərində görsənər.Sonradan
onlar o qədər güclənər və artar ki, onun bu əməl sahiblərinin üzündə
tamamı ilə aydın sezilər.Və o qədər artar ki, onun daxilini dəyişdiyi
kimi onun üzünü tamamı ilə dəyişər.Anlayan insan dərhal daxili
vəziyyətinin xaricini dəyidiyi insanları görər..."
|
BAYRAM İXTİLAFI...
Ölkəmizdə bir qism Səudiyyə Ərəbistanı ilə orucunu tamamlayaraq, sabah
bayram edir, digər bir qism isə ölkə əhalisi ilə birgə orucu
tamamlayaraq, sabah deyil, biri gün bayram edirlər. SUAL: BU HALDA NƏ ETMƏLİYİK? CAVAB: Bu halda mötəbər alimlərimizə qayıdırıq.
|
Elmə yiyələnməkdə mərhələlər
Sual:
Hörmətli şeyx! Elm öyrənmək istəyən tələbə öz diqqətini hansı məsələlər
üzərində cəm etməlidir? O (elm əldə etməyə) əqidə kitablarındanmı
başlamalıdır?
|
ƏL-QƏDR SURƏSİNİN TƏFSİRİ
Məkkə surələrindəndir.
Bismilləhir Rahmanir Rahim! 1) Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! 2) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! 3) Qədr gecəsi min aydan daha xeyirlidir! 4) O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. 5) O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
|
"...Mən dindarın siyasətə qarışmasına pis baxıram. Ona görə
ki, Allaha şərik qoşulmamalıdır. Peyğəmbərlər məhz buna görə gəliblər.
Əgər diqqətlə baxsanız görərsiniz ki, heç bir peyğəmbər birinci
hakimiyyət qurmayıb. Əksinə, ilk olaraq insanların əqidəsini,
mənəviyyatını düzəldib. Bunları düzəltmədən hakimiyyətə cəhd etmək
islamın üslubu deyil..." ----------------- "...İndi müsəlman ölkələrində inqilab dəbdədir. İnqilab baş tutan
ölkələrdə dərhal islamçıları hakimiyyətə gətirirlər. Sonra vəziyyəti
sakitləşdirir və dərhal islamçıları aradan çıxarırlar. Misirdə də baş
verənlər bundan ibarətdir. Əslində bu Liviyada və Tunisdə də olmuşdu.
Başqa bir şey yoxdur..."
|
"Sələfiliyə axının olmasında qəribə bir şey yoxdur. Kommunizm vaxtında
ölkə bağlı olub. Şiələr məzhəbdə bəzi şeyləri bilirdilər, çox həqiqəti
bilmirdilər. Həmçinin sünnilər də. Bağlı bir ölkədə yaşamışıq. Sistem
dağılıb və nəticədə elm gəlib. Burda qeyri-ənənəvi heç bir şey yoxdur.
Sələfilik "Quran”da, səhih hədislərdə nə gəlib ancaq onu deyir. Əlavə
bir şey yoxdur. Sələfilik sırf peyğəmbərin vaxtındakı dini yayır. O din
ki, orda ixtilaf yox idi, bölünmə yox idi. Sələfiliyin əsas çıxışı
budur. Sələfiliyin qeyri-ənənəvi məzhəb olması fikri ilə razı deyiləm.
Azərbaycanda bu fikirlər olub. Sadəcə biz tariximizdən qırılmışıq, bizi
tariximizdən qırıblar, kitablarımızı yandırıblar. Həm mədəniyyətimizə,
həm tariximizə müəyyən zərbələr dəyib." --------------------- "Suriyada başlamaq düzgün deyildi, əvvəldən səhv idi. Lakin
vəziyyət bu yerə gəlib çatdı. Özünüz də bilirsiniz ki, hökumət qoşunları
orda nə edirdilər, indi də nə edirlər. Qadınları zorlamaq, ailəyə
təcavüz və sair. Belə vəziyyətdə oradakı insanlar əgər gücləri çatırsa
öz ailələrini qorusunlar. Gücləri çatmasa ölkəni tərk etsinlər. Qalıb
elə zəif halda döyüşmək, özünü məhv etməkdir. Suriyalılar üçün bu cihad
ola bilər. Cihadın növlərindən biri də müdafiədir. Necə ki, biz
Qarabağda özümüzü müdafiə edirdik. Onlar da özlərini müdafiə edə
bilərlər. "...
|
Əsl zahidlik
nümunəsi.
Səhabə və Tabiin
nəsli.
5-ci Hissə.
(Tamamını yükləmə
faylları
, PDF : WORD : JAR : JAD olaraq əlavə
edilmişdir)
Əbu
İshəq , Muhəmməd ibnul
Munkədir , Səlləm ibnul
Munzirin , Urvə
ibnuz-Zubeyr , İmam
Tavus , Ata ibn Əbu
Rabah , Mücahid ,
Həris ibnul Qeys , İbrahim ibn Ədhəm , İbn Muxeyriz , Atə əl Xorasani , Yezid ibnul Mərsəd , Əbu Muslim əl-Xauləni ,
Səid ibnul Museyyəb , Biləl ibnus Səad , Vəhb ibnul Munəbbih .
|
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:..."Əgər qadın bilsəydi..."
|
Əsl zahidlik
nümunəsi.
Səhabə və Tabiin
nəsli. 4-cü
hissə.
Muhəmməd ibn Sirin , Muhəmməd ibnul Vasi , Əbu Rac’a , Ata İbnul Yəsar , Səid ibnul Cubeyr , Məlik ibn Dinar , Uveys ibn Amir , Əsvəd ibnul Yezid , Məlik ibnul Miğval , Əbul Əxvas , İmam Məsruk , Amr ibn Utbə , Muslim ibn Cəfər , İbrahim ət-Teymi , Həris ibnul Qeys , Əbu Vail , Əbu Meysərə , Əbu Abdurrahmən əs-Suləmi , Rabi ibnul Xeysəm ...
|
Sumqayıt Cümə məscidindəki qarşıdurmanın gizlədilmiş səbəbləri.
Bildiyiniz
kimi bəzi Kütləvi İnformasiya Vasitələrində son günlərdə Sümqayıt Cümə
məscidində şiə və sələfi cərəyanları mənsubları arasında baş verən
qarşıdurma haqqında ziddiyətli informasiyalar dolaşmaqdadır.Hadisə
hətta elə təqdim edilirdi ki, guya bu qarşıdurmanı yatırtmaq üçün şəhərə,
məscid ətrafına Daxili Qoşun qüvvələri belə yeridilib. Biz bu haqda araşdırma apararaq həqiqətin nə yerdə olduğunu üzə çıxarmaq istədik.Və bünün üçün adillik naminə "insaflı və qərəzsiz"
jurnalistlərdən heç birisinin müraciət etmədiyi birisinə, sələfilərin
nümayəndəsinə müraciət etdik.Məsələni araşdırarkən heç də hər şeyin
olduğu kimi təqdim olunmadığının şahidi olduq.
|
Əsl zahidlik
nümunəsi.
Səhabə və Tabiin
nəsli. 3-cü
hissə
Salman
əl-Farisi , Əbu Hureyra , Abdullah ibn Məsud , Möminlərin anası Aişə , Utbə ibnul Qazvan , Həsən və Huseyn , Bəkir İbn Abdullah , Ummu əd-Darda , Ammar ibn Yəsir , Muaz ibnul Cəbəl , Təmim əd-Dari , Əbu Ubeydə ibnul Cərrah , Səad ibn Əmr əl-Cuməhi , Cəfər ibn Əbu Talib , Ənəs ibn Məlik , Abdurrahmən ibnul Əsvəd , Fudeyl ibn İyəd , Əli ibnul Fudeyl ibn İyəd , Məruf ibnul Həni , Ubeyd ibn Əbu Lubəbə , Əli ibn Huseyn ibn Əli ibn Əbu Talib , Osman ibn Əbul As , Əbul Aliyə , Bəkr ibn Abdullah əl-Muzəni , İmam əl-İcli...
|
Yalnız Allaha səmimi iman gətirmək
olar. O (Pak və Müqəddəs), bu sözlərlə təkcə Ona
səmimiyyətlə ibadət etməyin xüsusi əhəmiyyət kəsb
etdiyini vurğulayır. Rəbb ən mükəmməl və kamil sifətlərə
malikdir və Öz qullarına hərtərəfli lütüfkarlıq göstərir
və buna görə Ona iman gətirmək səmimi və pak olmalıdır.
Belə bir iman nöqsanlar və çatışmazlıqlarla bir araya
sığışmaz, çünki Allah onu Özü və sadiq məxluqları
üçün seçmişdir. İnsanlar Onun iradəsinə itaət
etməli, tək Ona pərəstiş göstərməli, Ona məhəbbətlə,
qorxu və ümidlə ibadət etməli və həmçinin bütün xeyirxah
əməllərində yardım üçün Ona dua etməlidirlər...
...Əgər insan Fövqəlqüdrətli
Yaradanla aciz məxluqların arasındakı bu böyük fərqi DƏRK edərsə, onda müşriklərin nə qədər nadan, axmaq,
düşüncəsiz və ədəbsiz olması ona bəlli olar. Ona aydın olar
ki, Allah müşrikləri bağışlamır, çünki uydurma ilahlara
ibadət edilməsi Onun ünvanına yönəldilmiş təhqirdir.
|
Əsl zahidlik nümunəsi.
Səhabə və Tabiin nəsli. 2-ci hissə
|
|