21:11 ƏSL KASIB VƏSFLƏRİ. | |
ƏSL KASIB VƏSFLƏRİ. Ümumi olaraq əsl kasıbın xüsusiyyətləri bunlardır:
- O; dünyanı həddindən artıq bir şəkildə tələb etməkdən əlini üzən,
iffətindən dolayı dünyadan uzaqlaşan, mal və mülkünü çoxaltmaq üçün
dünya ilə zənginləşməyi arzulamayan və yalnız sahibi olduğunu
düşünərək, çox mal yığmaqdan uzaq olan kəsdir. Həmin insan bu şərtlərə
riayət etməkləçox mal-mülkə sahib olsa belə, ona heç bir zərəri olmaz.
- Əsl kasıbın bir xüsusiyyəti də: məqamına, vəzifəsinə çox güvənməməsi, özünü bu cür şeylərlə təsəlli etməməsidir..
- Əsl kasıbın başqa bir xüsusiyyəti: O; səbr, razılıq, təvəkkül və
Allaha dönmə mövzularında Allahın istədiyi şəkildə davranar.. O; Allahın
ondan tələb etdiklərinə uyğun şəkildə əməl edər. Öz həvasına
uyub, nəfsinin istəklərini Allahın ondan istədikləri kimi qələmə verib
özünü aldatmaz..
- Əsl kasıb; bir bütün olaraq yalnız Allah rizası üçün can
atar. Öz mənəvi dünyasından nəfsi və həvasına heç bir payı ayırmaz. O;
Allahın istəkləriylə Allahı istəyər. Yalnız Allaha arxalanar. Allahdan
başqa heç bir varlıq, heç bir düşüncə onun bu istək və səyinə mane
olmaz. Allahı sevməklə O`ndanbaşqalarını (Allahı sevdiyi
kimi) sevməkdən, Allahın əmriylə öz həva-həvəsindən, Allahın onun üçün
olan seçib bəyəndiklərilə, öz nəfsi üçün bir şey seçməkdən uzaqdır..
İnsanlar bir vadidə o isə, başqa bir vadidədir. O; Allaha boyun əyən,
təvazökar, ürəyi təmizlənmiş, haqqa dərhal dönən və qəlbiAllahın
zikrinə doğru qaçandır.. O; diliylə, qəlbilə və bütün halıyla hər hansı
bir şey iddia etməkdən uzaq, Allahdan başqa hər şeyə qarşı zahid və
özünü Allaha yaxınlaşdıracaq hər bir şeyi arzulayan birisidir.
- O; insanlardan ən çox uzaq olduğu halda onlara ən yaxın
olandır. İnsanların qaçdıqları, qorxduqları şeylərə yönələn və
insanların yönəldikləri şeylərdən qaçan birisidir.
- O; heç bir varlığa sevinməz və heç bir yoxluqdan
ötrü kədərlənməz. Vaxtını onunla birlikdə küçirənkimsənin gözü aydın
olar, onu görən bir kimsə Allahı xatırlayar. Heç bir şəkildə insanlara
yük olmaz.
- O; insanların ona verdikləri əziyyətlərinə səbr
edib, onlara əziyyət verməyən birisidir. O; insanlara nəsihət verən, öz
malını və canını heç bir qarşılıq gözləmədən insanların xeyrinə fəda
edən bir kimsədir. Faydasız şeylərə məşğul
olmaz və əlindəkiləri xərcləməkdən xəsislik etməz. Onun məşhur sifətləri
bunlardır:
- Düzgünlük, iffət, qeyrət, başqalarını öz nəfsindən üstün tutmaq,
təvazökarlıq, ciddilik, təmkin və dözüm. İnsanlar üçün xərclədikləri
qarşılığında; onlardan nə bir tərif nə də, başqa bir qarşılıq
gözləməz. Heç kimi danlamaz, kimsəylə boş yerə mübahisə etməz və heç
kimdən bir şey ummaz..Özü üçün heç kim üzərində bir haqq görməz və heç
kimdən daha üstün olduğunu düşünməz.
- O; öz işi ilə məşğul olan, qardaşlarına ikram edən, vaxtını israf
etmək mövzusunda çox xəsis və dilini qoruyan bir
kimsədir.. Gecə-gündüz, oyaq və yatdığı zaman sanki səfərdə olub,
istəyinə çatana qədər səfərin ağırlığını çiyinlərindən endirməyən
kimsədir. O (Allah), onun önünə sevgi elmini qoymuş, o
da,bunun üçün qollarını çırmalamışdır..
O, Allahın dəvətinə tamamilə, bir bütün olaraq yönəlmiş və «Həyyə alə‘l-fələh» çağırışına razılıq verməklə qəlbini bu çağırışdan başqa hər bir çağırışa bağlayaraq böyük bir aydınlığa doğru açmışdır... ___________________________________________________________
Bu yazıda İbn`ul-Qeyyim əl-Cövziyyənin "əl-Fəvaid” adlı kitabından geniş şəkildə istifadə etdim.
Ayxan Məmmədəlioğlu http://deenulqayyimah.wordpress.com | |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 523 | |