09:21 Əbdürrəhman bin Nasir əs-Səədi:"Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri" | |
Əbdürrəhman bin Nasir əs-Səədi "Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri" Uca Allah buyurur: "Həqiqətən, xalis iman yalnız tək
Allaha aid edilə bilər. Başqalarını Onun yerinə özlərinə
hami və köməkçi götürənlər deyirlər: "Biz onlara
ibadət edirik ki, bizi Allaha daha da yaxınlaşdırsınlar". Allah onların nəyə görə ixtilaf etdikləri barədə hökmünü
verəcəkdir. Həqiqətən, Allah yalan danışanları
və iman gətirməyənləri doğru yolla aparmır”. Əz- Zumər surəsi 3-cü ayə. Şeyx Alləmə Əbdürrəhman
bin Nasir əs-Səədi -Allah ona rəhmət etsin- buyurur.
Yalnız Allaha səmimi iman gətirmək olar. O (Pak və Müqəddəs), bu sözlərlə təkcə Ona səmimiyyətlə ibadət etməyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayır. Rəbb ən mükəmməl və kamil sifətlərə malikdir və Öz qullarına hərtərəfli lütüfkarlıq göstərir və buna görə Ona iman gətirmək səmimi və pak olmalıdır. Belə bir iman nöqsanlar və çatışmazlıqlarla bir araya sığışmaz, çünki Allah onu Özü və sadiq məxluqları üçün seçmişdir. İnsanlar Onun iradəsinə itaət etməli, tək Ona pərəstiş göstərməli, Ona məhəbbətlə, qorxu və ümidlə ibadət etməli və həmçinin bütün xeyirxah əməllərində yardım üçün Ona dua etməlidirlər. Məhz belə din insanların qəlbini təmizləməyə və rövnəqləndirməyə qadirdir, çünki ona etiqad edən insan Allaha şərik qoşmur və Ondan başqa heç kimə ibadət etmir. Allaha şərik qoşan müşriklərin dininə gəldikdə isə, onun xalis din ilə heç bir əlaqəsi yoxdur, çünki O (Pak və Müqəddəs), şəriklərə hamıdan daha çox Möhtacolmayandır. Müşriklik insan qəlblərini və ürəklərini məhv edir və adamları yer üzündəki həyatda və ölümdən sonra əbədi əzab-əziyyətə məhkum edir. Buna görə də Allah əvvəlcə qullarına əmr edir ki, tövhid dininə etiqad etsinlər. Sonra da onlara, yalançı ilahlar uyduraraq, məxluqlara ibadət etməyi haram buyurur. Bu qadağanı pozan insanlar
alçaldılmış və mənfur olunmuşlardır. Onlar aciz
məxluqlara ibadət edir, onlara yardım üçün yalvarır və sonra
da davranışlarına bəraət qazandırmağa сəhd göstərərək,
deyirlər: "Biz onlardan xahiş edirik ki, yalnız dualarımızı Allaha çatdırsınlar və Onun qarşısında bizə şəfaət diləsinlər. Biz onların özlərindən heç nə istəmirik, çünki onların yaratmağa, ruzi verməyə qadir olmadıqlarını, Kainatda baş verənləri idarə etməyə qabil olmadıqlarını bilirik”. Bu müşriklər Rəbbə səmimi qulluq etməkdən boyun qaçırırlar və ən böyük günahlar törətməyə cəsarət göstərirlər. Onlar Allaha şəriklər qoşur, aciz qulları Fövqəlqüdrətli və Müqayisəolunmaz Hökmdarla bərabər tuturlar. Onlar özlərinin xəstə təsəvvürləri üzündən elə zənn edirlər ki, Fövqəluca Allah da zalım hökmdarlara bənzərdir. Axı adlı-sanlı zadəganlar, yaxın təəssübkeşlər və ya hörmət-izzət sahibi olan vəzirlər öz hökmdarlarının lütüfkarlıq göstərməsini diləmədən, rəiyyətin xahişləri qəbul olunmurdu. Bu, ən dəhşətli və ən yaramaz bir müqayisə idi, çünki Xaliq Öz yaratdıqlarına oxşadıla bilməz. Bunun lehinə ağıl, təhtəlşüur və çoxsaylı naslar dəlalət etməkdədir. İmperatorlar və hökmdarlar yaxınları olan vasitəçilərin və havadarların sözlərinə qulaq asırdılar, çünki onlar özləri təbəələrinin vəziyyətindən xəbərdar olmurdular və onlara heç bir rəhm hissi bəsləmir, hallarına acımırdılar. Onların öz vəzirlərinin və adlı-sanlı zadəganlarının sözlərinə qulaq asmalarının səbəbi, sonuncuların sözlərinin onların ürəklərində mərhəmət və rəhm hissi oyatması ilə bağlı idi. Bundan başqa, hakimlər, adətən, zadəganların narazılığından ehtiyat etdikləri üçün onların xahişlərini yerinə yetirirlər. Lakin bununla belə, onlar, sadəcə, öləsi insanlardır, kasıblıqdan və dilənçi halına düşməkdən qorxurlar və buna görə bütün xahişləri yerinə yetirə bilmirlər. Lakin onlardan fərqli olaraq Fövqəluca Rəbb bütün aşkar və qeybə məxsus olan hər şeyi bilir. O (Pak və Müqəddəs), Ona qullarının vəziyyəti və ehtiyacları haqqında xəbər verəcək məsləhətçilərə möhtac deyil. O (Pak və Müqəddəs), Mərhəmətli və Səxavətli Hökmdardır və buna görə də Onun insanlara lütüfkarlıq göstərməsinə vasitəçilik və havadarlıq edənlərə ehtiyacı yoxdur. Bundan başqa, Fövqəluca Allah qullarına onların özlərindən və valideynlərindən də daha çox mərhəmətlidir. O (Pak və Müqəddəs) onları Onun mərhəmətinə layiq olmalarına imkan verən xeyirxah işlər görməyə çağırır. O (Pak və Müqəddəs) insanlar üçün onların özləri üçün arzuladıqlarından daha çox xeyirxahlıqlar arzulayır. Allah zəngindir və heç nəyə möhtac deyil. Onun var-dövləti o qədər kamildir ki, əgər O (Pak və Müqəddəs), Öz məxluqlarının hamısının istəklərini yerinə yetirsə də və onları arzu etdikləri hər şeylə təmin etsə də, Onun mülkü bundan qətiyyən azalmaz. Sudan çıxarılmış iynə dənizin suyunu azalda bilmədiyi kimi, qullarının saysız-hesabsız xahişləri də Fövqəluca Xaliqin varidatını azalda bilməz. Vasitəçilər və şəfaətçilər Onun qəzəbindən dəhşətə gələrək, Onun hüzurunda yalnız Onun icazəsi ilə şəfaətçilik edərlər, çünki şəfaət tam və bütövlüklə Onun sərəncamındadır. Əgər insan Fövqəlqüdrətli Yaradanla aciz məxluqların arasındakı bu böyük fərqi DƏRK edərsə, onda müşriklərin nə qədər nadan, axmaq, düşüncəsiz və ədəbsiz olması ona bəlli olar. Ona aydın olar ki, Allah müşrikləri bağışlamır, çünki uydurma ilahlara ibadət edilməsi Onun ünvanına yönəldilmiş təhqirdir. Lakin elə bir gün gələcək ki, O (Pak və Müqəddəs), möminlərlə müşriklərin arasında onların ziddiyyətə düşdükləri məsələ barəsində hökm verəcəkdir. Hər bir kafir müşrik bu sərt xəbərdarlıq üzərində düşünməlidir, çünki Fövqəlmüdrik Allah səmimiyyətlə iman gətirənləri Cənnət Səadəti ilə mütləq mükafatlandıracaq və yalançı ilahlara ibadət edən hər kəsi Cəhənnəmə vasil edəcəkdir. Allah yalançıları və kafirləri doğru yola yönəltmir. Bu insanlara iki yaramaz keyfiyyət xasdır: yalan və küfür. Onlar da moizələrə qulaq asır və əzəmətli möcüzələri gözləri ilə görürlər, amma bu keyfiyyətlərindən, heç vəchlə xilas ola bilmir. Allah onlara Öz möcüzələrini göstərəndə, onları rədd edirlər və küfrə batmaqda davam edirlər. Onlara doğru yola gəlmək imkanı nəsib edilməmişdir, çünki onlar əbədi xoşbəxtliyə aparan qapıları öz qarşılarında özləri bağlamışlar və sonra da Fövqəluca onların ürəklərini möhürləmişdir. Həqiqətən, belə insanlar heç vaxt iman gətirməzlər! " Təfsirin sonu. Tərcümə: Fərahim Sələfi: | |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 778 | |