Baş səhifə » 2013 » Noyabr » 5 » Şeyx ƏbdurRəhman Nasir əs-Sədi:"Sizə zəiflərinizə görə kömək edilir."
10:16
Şeyx ƏbdurRəhman Nasir əs-Sədi:"Sizə zəiflərinizə görə kömək edilir."

Şeyx ƏbdurRəhman Nasir əs-Sədi:

- rahimahullah-

"Sizə zəiflərinizə görə kömək edilir."



Musab ibn Səd (Allah ondan razı olsun) Rəsulullah (sallallahu aleyhi və səlləmin) belə buyurduğunu söyləmişdir:

"Sizə zəiflərinizə görə qələbə və ruzi verilir"

 Buxari rəvyət etmişdir.(1)

Şərh:

Bu hədisə əsasən, güclü və bacarıqlı olanlar, zəif və aciz olanları, istər cihad və qələbə, istərsədə ruzi və onunla bağlı işlərdə yol verdikləri açizliklərinə görə alçaltmamalıdırlar.
Rəsulullah (sallallahu aleyhi və səlləm) bildirmişdir ki, bəzən zəiflər düşmənlərin üzərində qələbəyə və ruzinin çoxalmasına səbəb olurlar. Bu onların Allaha üz tutaraq səmimi dua etmələri, kömək və ruzi istəmələri ilə hasil olur.

Məqsədlərə yetişmək üçün səbəblər iki hissəyə ayrılır:

Birincisi,
maddi və hissi səbəblərdir. Söz və əməldə göstərilən şücaət, zənginlik və qazanmaq bacarığı buna misaldır. Əksər insanların qəlbində məhz bu yer tapmışdır. Onlar qələbəni və ruzini bununla əlaqələndirirlər. Hətta Cahiliyyət dövründə iş o yerə gəlib çatmışdı ki, əksər insanlar kasıbçılıqdan qorxaraq öz uşaqlarını öldürürdülər. Başqaları isə, qazanc gətirmək iqtidarında olmyn ilə üzvlərinə əziyyət verərdilər. Bütün bunlar həmən adamın uzaqgörən olmadığına, imanının zəifliyinə və işlərə gerçək şəkildə yanaşmadığına dəlalət edir.

İkincisi, mənəvi səbələrdir.Burada dini və dünyəvi mətləblərin hasil olması üçün Allaha təvəkkül etməyin, mükəmməl etibarın, Ona yönəlmənin və Ondan istəmənin nə qədər güclü olması nəzərdə tutulur.
Bu işləri zəiflər və aciz olanlar daha güclü şəkildə yerinə yetirirlər. Çünki məcburiyyət qrşısında qalan bu şəxslər yəqin bir elmlə bilirlər ki, onların ruziləri də, qələbələri də yalnız Allahın əlindədir. Nəticədə qəlbləri sınmış və Rəblərinə yönəlmişlərdir. Allah da güclülərin nail ola bilmədikləri köməyini və ruzisini onlara nazil etmişdir. Zəiflərin səbəbi ilə güclülüərin nəzərdə tutmadığı ruzini onlara bəxş edir. Həqiqətən də Allah hər kəsə təqdir olunmuş ruzi verir.
Allah bu acizlərin ruzisini güclülüərin vasitəsilə çatdırır. O, bu işdə güclülərə, xüsusəndə Ona etibarı daha çox olanlara və Onun verdiyi savablara qəlbən arxayın şəxslərə köməklik göstərir, onlara ağıllarına belə gətirmədikləri yerdən qələbə və ruzi qapıları açır.
Nə qədər insan var ki, ruzisi məhdud bir miqdarda idi. Lakin ailə üzvlərinin onlara bağlı insanların çoxalması ilə Allah ona öz qədəri vasitəsilə şəriətin məqbul saydığı səbəblər və cəhətlərlərlə geniş ruzi bəxş etmişdir.
Bunun üçün bir tərəfdən Allahın dəyişməz vədi vardir.O buyurur:

"...(Allah yolunda) nə xərcləsəniz Allah onun əvəzini verər.O ruzi verənlərin ən yaxşısıdır!"
(Səba,39)

Digər tərəfdən isə mələklərin hər səhər belə duası vardır:

 "Allahım xərcləyənin əvəzini, xərcləməyənə isə tələfini ver."
(2)

Başqa tərəfdən, zəiflərin ruziləri onlra qayğı göstərənlərə verilibdir.
Bir yandan, verən əl hər cəhətdən yüksək sayılır.
Başqa cəhətdən, Allahın köməyi insanın ehtiyacı qədər olur.Allah üçün edilən və Onun savabı güdülən hər bir işə bərəkət verilir.Buna görə də deyirik:
"Qulun Allaha olan ixlasını və Ona qəlbi, dili və əlləri ilə yaxınlığını nəzzərə alsaq, o nə qədər xərcləyərsə, Allaha daha çox yönələr və yaxın olar. Allah üçün edilən iş isə, mübarək sayılar."
Xərcləyənin güclü təvəkkülü, inamı, Allahın lütfünü və xeyrini istəməsinə gəlincə, istək və ümüd mətləbin hasil olması üçün ən böyük səbəbdir.
Zəiflərin xərcləyən üçün dua etməsinə gəlincə, onlar hər dəfə oturub durduqda onlara əl tutan şəxs üçün Allaha dua edərlər.Dua isə çox güclü səbəbdir. Uca Allah buyurur:

"Rəbbiniz buyurdur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!..."
(Mömin, 60)

Bütün bunlar təcrübədən keçmiş və müşahidə olunmuş hallardır.Məhrum olanlar nə pis haldadırlar! Müvəffəq olnlar isə, nə gözəl qzanc əldə etmişlər.

Allah daha doğrusunu bilir.

---------------------------
1.Buxari:Cihad və sira 2739.Nəsai:Cihad 3178.Əhməd1.173
2.Səhih hədislər silsiləsi 920
-----------------

Şeyx ƏbdurRəhman Nasir əs-Sədi:

"Möminlərin könül müjdəsi və xeyirlilərin göz işığı"


68-ci hədisin şərhi.


-----------
Tərcüməçilər:

Ramil Həsənov.
Abdur-Rahim Muradlı.


Bölmə: Maraqlı məqalələr | Baxılıb: 774 | Yüklədi: selefimedia