16:21 Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 2-ci hissə | |
Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 2-ci hissə Əbu əd-Darda: Avf buyurur ki, Ummu əd-Dardadan Əbu əd-Dardanın ən fəzilətli əməlini soruşdum, o dedi: "Düşünmək və ibrət almaq!” Həsən rəvayət edir ki, Əbu əd-Darda demişdir: Rabia ibnuz-Zeyd rəvayət edir ki, Əbu əd-Darda demişdir: "Döyüş gəlmədən öncə saleh əməllər et. Çünki siz, düşmənə qarşı əməllərinizlə döyüşəcəksiniz!” Əbu əd-Darda demişdir: Əbu əd-Darda buyurur: Həsən rəvayət edir ki, Əbu əd-Darda demişdir: Salim rəvayət edir ki, Əbu əd-Darda demişdir: Əbu əd-Dərda demişdir: Allaha qarşı təvazökar olmağa görə fəqirliyi, Rəbbimə qovuşmaq istəyindən dolayı ölümü, günahlarıma kəffarə olduğu üçün də xəstəliyi sevirəm. Zubeyr ibnul Əvvam: Əli ibnuz-Zeyd buyurur ki, Zubeyr ibnul Əvvamı görən bir kəs söyləmişdir ki, onun sinəsində mizraq və ox yaralarından izlər var idi. Abdullah ibnuz-Zubeyr: Urvə rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) mənə dedi: "Şübhəsiz ki, sənin atan böyük sıxıntıya düçar olduqdan sonra Allah və Rəsuluna icabət edib, gözəl əməllər edən, təqva sahibi olan və böyük mükafata nail olanlardandır. ” Hişəm ibnul Urvə deyir ki, Muhəmməd ibnul Munkədir mənə dedi: "Abdullah ibnuz-Zubeyri namaz qılarkən qiyamda görsəydin, "Bu küləyin əsdirdiyi bir ağacdır!” deyərdin.” Talha ibn Ubeydullah: Sədi bintul Auf (Allah ondan razı olsun) buyurur: Həsən rəvayət edir ki, Talha ibn Ubeydullah yeddi yüz min dinara ərazi satmış və həmin aldığı pul bir gecə onun yanında qalmışdır. Bu pulun narahatlığı ilə səhərə kimi gözünə yuxu getməmiş, səhər açılarkən isə onu paylamışdır. İbn Abbas: Əbu ər-Racə rəvayət edir ki, İbn Abbasın gözlərinin altında göz yaşlarından əmələ gəlmiş izləri gördüm. Əbu Zərr: Rəvayət edilir ki, Əbu Zərr demişdir: "Doğranılan bir ağac olmaq istəyərdim və ya kaş ki, heç yaradılmayardım.” Əbubəkr ibnul Munkədir rəvayət edir ki, Şam əmri Həbib ibn Əbu Sələmə Əbu Zərə ehtiyaclarını görmək üçün üç yüz dinar göndərmişdir. Əbu Zər pulları geri qaytarıb demişdir: "Məndən daha fəqirini tapmadınızmı? Mənim sığınacağım bir yer, istifadə edəcəyim bir heyvan və xidmətini mənə lütf edən bir cariyəm var. Bundan daha artığından qorxuram!” Əbu əd-Darda deyir: Sufyən demişdir: "Məryəm oğlu İsaya (Ona salam olsun) Əbu Zərdən daha çox bənzəyən heç kim görülmədi.” İmran İbnul Huseyn: Qatadə rəvayət edir ki, İmran İbnul Huseyn demişdir: "Kaş ki, küləyin sovurub apardığı qum dənəsi olardım.” Abdullah ibnul İshəq rəvayət edir ki, İmran demişdir: "Rəsulullaha (sallAllahu aleyhi və səlləm) beyət etdikdən sonra (həmin) sağ əlimi bir daha fərcimə (cinsiyyət orqanıma) toxundurmadım.” Həsənul Bəsri rəvayət edir ki, İmran ibnul Huseyn demişdir: "Yedirənlər getdi, yeyənlər qaldı. (Allahı) xatırlayanlar getdi, unudanlar qaldı.” Sonra Həsənul Basri dedi: "İmran bu gün sağ olsaydı, daha nələri söyləyərdi.” Hazırladı:
| |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 947 | |