Baş səhifə » 2013 » Noyabr » 4 » Əgər bu duanı Allah qəbul etsə...
10:03
Əgər bu duanı Allah qəbul etsə...
Əgər bu duanı Allah qəbul etsə...

Ənəs bin Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir:
"Sənə söylədiyim tövsiyyəni dinləməyə nə mane olur? Səhər və axşam bu duanı de:

"Yə həyyu yə qəyyum , birahmətikə əstəğisu, əslih li şəəni külləhu valə təkilni ilə nəfsi tarfətə ayn."

"Ey əbədi Yaşayan, bütün yaratdıqlarının Qəyyumu! Rəhmətinlə yardım diləyirəm.Bütün işlərimi sahmana sal, bir göz qırpımı belə məni öz ixtiyarıma buraxma." (1)

  Bu Rəsulullahın (sallallahu aleyhu və səlləm) əziz qızı Fatiməyə (Allah ondan razı olsun) söylədiyi tövsiyyədir. O, özünün dəyərli tövsiyyəsini etmiş, amma qızının bu tövsiyyəni unutduğunu hiss edib: "Sənə söylədiyimi tövsiyyəni dinləməyinə nə mane olur?!"- demişdi. Sonra Rəsulullah (sallallahu aleyhi və səlləm) qızına bəslədiyi sevgi və şəfqət hissi ilə ikinci dəfə tövsiyyəni ona xatırlatmışdı. Fatimə (Allah ondan razı olsun) səhər axşam bu duanı deyirdisə, ey müsəlman bacım (və qardaşım) sən də səhər axşam eyni dua ilə dua et.

  "Ey əbədi Yaşayan," Bu ad Allahın zatı sifətlərinin adıdır.

  "Bütün yaratdıqlarının Qəyyumu! Bu ad isə Allahın feli sifətlərinin adıdır.

  Müsəlman qadın " Ey əbədi Yaşayan, bütün yaratdıqlarının Qəyyumu! " - sözləri ilə dua edərkən, həyatda şahidlik edənə və bəndələrinin işini ram edənə dua edir.Hansı ki, bu işləri ondan başqa heç kəs bacarmır.

  "Rəhmətinlə yardım diləyirəm."  Allahın rəhməti hər şeyi əhatə etmişdir.Allah mərhəmətini yüz hissə yaratmış və yalnız birini bu dünyaya aid etmişdir.Bütün məxluqat, insanlar, heyvanlar, cinlər bu rəhmətdən yararlanırlar.Rəhmətinin qalanını isə Qiyamət günü mömin bəndələrinə mərhəmət etmək üçün saxlamışdır.

  "Bütün işlərimi sahmana sal," Bütün işlərimi ram et, dünyada xoş həyat ver, axirətdə isə xoşbəxt et.Canıma sağlıq, xeyirli ruzi, yaxşı nəsil, mehriban qohum və dostlar ver.Deyilən dua bundanda artıq mənaları əhatə edir.

  "Bir göz qırpımı belə məni öz ixtiyarıma buraxma." Mənim eyiblərim və günahlarım çoxdur, nəfsimin işi pislikləri əmr etməkdir.Ey İlahım, mənə nəfismə qalib gəlməkdə dayaq və yardımçı ol.

----

  Bu dua ilə qurtuluşa nail olsan və Allah duanı qəbul etsə, bütün işlərin öz yolunda olar.Məgər sənin dünya və axirət işlərinin doğru yolda olmasından başqa istəyin varmı?!
  Belə dəyərli tövsiyyəni mütləq lazımınca dəyərləndirməli, müvafiq əməl etməlisən.
  Allah bizim dünya və axirətimizi salamat etsin...Amin !



1.Hakim: 1/545.Şeyx əl-Əlbəni "əs-Silsilətu-s-səhihə" kitabında 227 nömrəli hədis altında səhih olduğunu demişdir.

Hazırladı:

AbdurRahim Muradlı.

"Peyğəmbərin (sallallahu aleyhi və səlləm) QADINLARA TÖVSİYYƏLƏRİ"

 kitabından.



Bölmə: Maraqlı məqalələr | Baxılıb: 928 | Yüklədi: selefimedia