Yalnız Allaha səmimi iman gətirmək
olar. O (Pak və Müqəddəs), bu sözlərlə təkcə Ona
səmimiyyətlə ibadət etməyin xüsusi əhəmiyyət kəsb
etdiyini vurğulayır. Rəbb ən mükəmməl və kamil sifətlərə
malikdir və Öz qullarına hərtərəfli lütüfkarlıq göstərir
və buna görə Ona iman gətirmək səmimi və pak olmalıdır.
Belə bir iman nöqsanlar və çatışmazlıqlarla bir araya
sığışmaz, çünki Allah onu Özü və sadiq məxluqları
üçün seçmişdir. İnsanlar Onun iradəsinə itaət
etməli, tək Ona pərəstiş göstərməli, Ona məhəbbətlə,
qorxu və ümidlə ibadət etməli və həmçinin bütün xeyirxah
əməllərində yardım üçün Ona dua etməlidirlər...
...Əgər insan Fövqəlqüdrətli
Yaradanla aciz məxluqların arasındakı bu böyük fərqi DƏRK edərsə, onda müşriklərin nə qədər nadan, axmaq,
düşüncəsiz və ədəbsiz olması ona bəlli olar. Ona aydın olar
ki, Allah müşrikləri bağışlamır, çünki uydurma ilahlara
ibadət edilməsi Onun ünvanına yönəldilmiş təhqirdir.