Şeyxul İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, Məcmu əl-Fətəvədə (25/290) demişdir:
"Rəcəb ayını xüsusiləşdirərək oruc tutmaq məsələsinə gəldikdə, bu
barədə olan hədislərin hamısı zəif, daha doğrusu uydurmadır. Elm əhli bu
hədislərin heç birinə etimad etmir. Bu hədislər əməllərin fəzilətlərinə
dair rəvayət olunan zəif hədislər arasında belə yoxdur. Əksinə bunların
əksəriyyəti uydurma və yalan hədislərdir..."