Küfrlə vəsf etməklə hər hansısa bir insanın kafir olmasını
söyləmək və ya onun kafir olmasına etiqad etmək arasında bir fərq
vardırmı?
Şeyx Fəuzanın (hafizəhullah) cavabı: - Allahdan
qeyrisinə dua etmək, qurban kəsmək, (Ondan qeyrisindən) kömək istəmək,
dini məsxərəyə qoymaq, (dini) söymək kimi əməllər -- alimlərin yekdil
rəyinəəsasən heç bir şəkksiz -- küfrdür. LAKİN BU CÜR ƏMƏLLƏRİ EDƏN
FƏRDİ İNSANA GƏLDİKDƏ İSƏ BAXMAQ LAZIMDIR. ƏGƏR O CAHİLDİRSƏ, VƏ YA
TƏVİL EDİBSƏ, VƏ YA TƏQLİD EDİBSƏ, ONA İZAH EDƏNƏ QƏDƏR KÜFR HÖKMÜ
VERİLMİR!!! Çünki onun bu haqda bir şübhəsi və ya CAHİLLİYİ ola bilər.
Hüccət qaldırmadan ona KÜFR HÖKMÜ VERMƏYƏ TƏLƏSMƏK OLMAZ. Ona hüccət
çatdıqdan sonra isə yenə də davam edərsə, bundan sonra onun küfrünə hökm
verilər. Çünki bundan sonra (ona hüccət çatdırıldıqdan sonra) artıq
onun üzrü qalmamışdır. [Şeyx Fəuzan - "ər-Risalətud-Dəlail fi hukmi muvaləti əhlil-işrak!"-kitabının şərhi, səh. 212]
Sual: Möhtərəm şeyx sualda deyilir ki, bir nəfərə Quran-Sünnədən
olan dəlillər ilə Uca Allahın Ərşə istiva etməsini izah etdim. O isə öz
zəlalətində qalmağa davam etdi. Buna görə, yəni Allaha yalan nisbət
edib, iftira atdığı üçün həmin kəs təkfir edilirmi?
Şeyx Fəuzan: -
Nə üçün sən bunu mühüm sayırsan? Ona bu məsələni TƏKRAR OLARAQ bəyan
etmək lazımdır. Əgər qəbul etsə, əlhəmdulilləh. Əgər qəbul etməzsə,
üzərindən hüccət qaldırılar. Lakin onu təkfir etmək və ya təkfir etməmək
SƏNLİK DEYİLDİR!
Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Bir kəs desə ki, insana öncə
vacib olan Allah haqda şəkk etmək, sonra baxmaq, sonra (Allahın
mövcudluğuna) şəhadət etməkdir. Bunu deyən kəs müsəlman sayılırmı? Yoxsa
tövhidi naqis olan bir kəsdir?
Şeyx Fəuzan: O dəlillərə və
fitrətə müxalif olub xəta etmişdir. Xətakardır. Lakin ona kafir hökmü
verilməsinə gəldikdə isə bunda dayanmaq lazımdır!
Sual: Möhtərəm şeyx, sualda deyilir ki, Əşarilər --hansı ki, Allahın
"əl-Uluv" (Ucalıq) sifətini isbat etmirlər (inkar edirlər). Onların
hökmü nədir? Onlar təkfir edilirlərmi?
Şeyx Fəuzan: - Onlarla
"inkar edənlərin" və ya "bəzilərini qəbul edib, bəzilərini inkar
edənlərin" hökmü ilə hökm edilir! Siz sanki təkfir etməyə hərissiniz! Bu
kimi şeyləri tərk edin. Sadəcə sələfin söylədiyini deyin! Bu sizə
kifayətdir!
Sual: Sualda deyilir ki, bir kəs xəstə ikən ŞİRK EDİB, ALLAHDAN
BAŞQASINDAN ŞƏFA İSTƏYİR. Biz bu kəsə muşrik deyək, yoxsa etdiyi bu
əməlin şirk olduğunu deyək? Qeyd edək ki, o "lə iləhə illəllah" deyərək,
oruc tutur və həcc ziyarəti edir!
Şeyx Fəuzan: Əgər onun heç
bir üzrü yoxdursa, hansı ki, şirki ondan aparacaq, o kəs muşrikdir. Yox
əgər CAHİLDİRSƏ, yaxud TƏQLİD EDİRSƏ, yaxud (bu əməldən) uzaqlaşması
üçün doğru zənni olarsa, ona bəyan etmək lazımdır! Əgər bundan sonra da
qəbul etməzsə, artıq ona müşrik hökmü verilər, çünki artıq onun üzrü
qalmamışdır.