09:05 Rəcəb ayı və bidətlər. | |
Rəcəb ayı və bidətlər. Dinlə: Mp3 Yüklə: Şeyxul İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, Məcmu əl-Fətəvədə (25/290) demişdir: "Rəcəb ayını xüsusiləşdirərək oruc tutmaq məsələsinə gəldikdə, bu barədə olan hədislərin hamısı zəif, daha doğrusu uydurmadır. Elm əhli bu hədislərin heç birinə etimad etmir. Bu hədislər əməllərin fəzilətlərinə dair rəvayət olunan zəif hədislər arasında belə yoxdur. Əksinə bunların əksəriyyəti uydurma və yalan hədislərdir. Əl-Müsnəd və digər əsərlərdə peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) haram aylarda: Rəcəb, Zül Qadə, Zül Hiccə və Məhərrəmdə oruc tutmağı əmr etdiyinə dair bir hədis var. Lakin bu hədis dörd haram ayın hamısında oruc tutmağa aiddir, yalnız Rəcəb ayına xas deyil. Şeyxulİslam ibn Teymiyyə
Sual: Rəcəb ayında oruc tutmağın müəyyən fəziləti barədə bir şey varid olubmu? Cavab: Həmd Allaha məxsusdur. Birinci: Rəcəb ayı Allah təalanın barəsində: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin.” [ət-Tövbə 9:36] buyurduğu haram aylardan biridir. Haram aylar bunlardır: Rəcəb, Zül-Qadə, Zül-Hiccə və Muhərrəm (Məhərrəm). Bu aylar aşağıdakı iki səbəbdən haram sayılır: • Belə ki, düşmən tərəfindən başlanmadıqca bu aylarda döyüşmək qadağandır. • Belə ki, bu aylarda Allah təalanın qoyduğu müqəddəs hədlərin çeynənməsi, həddi aşmaq digər vaxtlardan daha şiddətlidir. Ona görə də, Allah təala bu aylarda günah işləməyi bizə qadağan edərək buyurur: "Odur ki, bu aylarda özünüzə zülm etməyin” [ət-Tövbə 9:36] Bu aylarda və digər vaxtlarda günah işləmək haram və qadağan olmasına baxmayaraq, bu aylarda bu daha şiddətli qadağa təşkil edir. Əl-Sadi (Allah ona rəhmət etsin) (səh.373) demişdir: Cümlədə işlənən əvəzliyin eləcə də, bu dörd haram aya aid olduğu şəklində başa düşmək olar. Ona görə də, bütün digər vaxtlarda da özünə zülm etmək qadağan edildiyi kimi, bu dörd ayda özlərinə zülm etməyi xüsusi şəkildə qadağa edir, çünki bu vaxtda zülm etmək daha şiddətli qadağa təşkil edir, çünki digər vaxtlara nisbətən bu aylarda zülm etmək daha ağırdır. Sitatın sonu. İkinci: Rəcəb ayında oruc tutmağa gəldikdə bu ayı hamısı və yaxud yarısını oruc tutmağın xüsusi fəziləti olduğuna dəlalət edən heç bir səhih hədis yoxdur. Bəzi insanların Rəcəb ayının müəyyən günlərini xüsusiləşdirərək oruc tutması və bunların digərlərindən daha fəzilətli olduğu barədə inanclarına gəldikdə, bunun şəriətdə heç bir əsası yoxdur. Bununla belə haram aylarda oruc tutmağın müstəhəb olduğuna dəlalət edən Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) bir rəvayət var (və Rəcəb ayı da haram aylardan biridir). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Haram aylardan (müəyyən qədər) oruc tutun və (müəyyən hissəsini də) tərk edin.” Hədisi Əbu Davud, 2428 rəvayət etmişdir. Əlbani "Daif Əbi Davud” əsərində hədisi zəif olaraq təsnif etmişdir. Hətta bu hədis səhih belə olsa idi, bunun özü dəlalət edir ki, haram aylarda oruc tutmaq bəyənilir. Beləliklə, bir kəs bu səbəbdən Rəcəb ayında və eynilə digər haram aylarda olduğu kimi oruc tutursa, bu cür etməkdə bir xəta yoxdur. Lakin, Rəcəb ayını bunların içindən xüsusiləşdirmək doğru deyil. İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir: Əl-Hafiz ibn Həcər "Təbyin əl-Əcəb” (səh.11) əsərində deyir: Şeyx Seyyid Sabiq, Allah ona rəhmət etsin, Fiqh əs-Sünnə əsərində (1/282) deyir: Muhammad Saleh əlMunəccid
Sual: Rəcəb ayında ümrə etməyin müstəhəb olduğuna dair müəyyən xüsusi fəziləti barədə bir şey varid olubmu? Cavab: Həmd Allaha məxsusdur. Birinci: Bizə məlum olan qədər Rəcəb ayında ümrə etməyin müəyyən xüsusi fəzilətində bəhs edən və yaxud buna təşviq edən heç bir rəvayət yoxdur. Daha doğrusu sübuta yetirilib ki, Ramazan ayında və Həcc ayları sayılan Şəvval, Zül-Qadə və Zül-Hiccə aylarında ümrət etməyin xüsusi fəziləti var. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Rəcəb ayında ürmət etdiyini sübuta yetirəcək heç bir rəvayət yoxdur. Əksinə Aişə (Allah ondan razı olsun) bunu rədd edərək demişdir: "Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Rəcəb ayında heç ümrə etmədi.” Buxari, 1776; Müslim, 1255 İkinci: Bu dinə daxil edilən
bəzi bidətlər, yəni ümrə etmək üçün Rəcəb ayını xüsusiləşdirmək, bəzi
insanların etdikləridir. Çünki , heç kəs şəriətdə varid olmayıbsa
müəyyən bir ibadət üçün müəyyən bir vaxtı xüsusiləşdirməyə haqq yoxdur. Şeyx Muhəmməd ibn İbrahim, Allah ona rəhmət etsin, öz Fətvalarında (6/131) demişdir: Lakin, bir kəs müəyyən fəzilətinin olduğuna inanmadan Rəcəb ayında ümrə etmək üçün gedirsə, belə ki, həmin vaxtda səfər etmək onun üçün asan isə, bu cür etməkdə bir xəta yoxdur. Muhammad Saleh əlMunəccid | |
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 793 | |