Sual:
İnsan müəyyən bir məzhəbə tabe olmağa məcburdurmu? Bir kitab var,
adı "Məzhəbsizlik İslam şəriətini hədələyən ən təhlükəli bidətdir".
Məgər məzhəbsizlik bidətdir? Başqa bir kitab da var, adı "Sələfilik
fərqli mübarək mərhələdir, lakin o, İslam məzhəbi deyil". Sizin bu
barədə rəyiniz nədir? Allah Sizi xeyirlə mükafatlandırsın! Qeyd etdiyim
kitablar da böyük bir alimə məxsusdur.
Şeyx İbn Bazın –
rahiməhillah – cavabı:
Məzhəbçilik məcburi deyil. Kim deyir ki, insanlar
məzhəbə tabe olmağa məcburdurlar, məsələn, Əhmədin, Malikin yaxud
Şafiinin məzhəbinə, onun sözü doğru deyil. Məzhəblər yenidir, səhabə və
tabeinlərdən sonra ortaya çıxıb və heç kəs üçün məcburi deyil...