IV Xəlifə Əli ibn Əbu Talib Dövrü
Osman ibn Əffanın şəhid edilməsindən sonra Rəsulullahın (salallahu aleyhi və səlləm)
əshabının yekdil qərar və xalqın əksəriyyətinin beyəti ilə Əli ibn Əbu
Talib (r.a.) xəlifə seçildi. Qəhrəman, zəkalı, uzaqgörən, hikmət sahibi
bir şəxs olan Əli ibn Əbu Talib Rəsulullahın (salallahu aleyhi və səlləm) evində böyümüş,
ondan tərbiyə almışdı. O, Quran-i Kərimi ən yaxşı bilən səhabələrdən
biri idi...
(Bizans imperatoru) II Konstansın hakimiyyətə gəlməsi ilə Bizans paytaxtında taxt-tac
uğrunda mübarizəyə son qoyulmuş və ölkə siyasi istiqrara qovuşmuşdu. Bu
siyasi sabitlik nəticəsində Bizansın xarici siyasətində canlanma
müşahidə edilmişdi. Bu canlanma Zaqafqaziyada da özünü bariz şəkildə
göstərirdi. Bizans imperatoru köhnə müttəfiqi Xəzər xaqanı ilə əlaqələri
yenidən qurmuş və gücləndirmişdi.