20-25 il dəvət müddətində heç bir məzhəb bu qədər
camaat toplaya bilmədi. Hələ təzyiqlər, şayiələr, yalanlar, böhtanların
yaydıqlarını da nəzərə alın. Bu yalanlar olmasaydı düşünün görün nə
olardı. Etiraf eləmək lazımdır ki, hazırda sünnə məscidlərində, məscidi
dolduranların 90 faizi sələfilərdir.
Bizim dəvət qəbul edilməsəydi bu
sayda adam olardımı? Onlar məscidə allah rizası, axirəti qazanmaq üçün
gəlirlər. Daha biz onları çağırmırıq, pula görə gəlmirlər. Əslində bu
fikri yayanlar cəmiyyətdə belə fikir formalaşdırmaq istəyirlər ki,
sələfilik burada qəbul edilməyib. Bu yalandır. Sələfilik burada geniş
yayılıb.