Allah Rəsulunun (salallahu aleyhi və səlləm) birinci xəlifəsi Əbu Bəkr (r.a.) (632-634)
dövründəki Riddə Rəsulullahın (salallahu aleyhi və səlləm) vəfatından sonra Ərəbistan
yarımadasında yaşayan bəzi ərəb qəbilələri müxtəlif bəhanələrlə üsyan
edərək Mədinə Şəhər Dövlətinə tabə olmaqdan və İslam dininin zəkat və.s
kimi hökmlərini icra etməkdən imtina etmişdilər. Hətta Tüleyha,
Museyləmə və.s kimi şəxslər peyğəmbərlik iddiasına düşərək Mədinə Şəhər
Dövlətinin valilərinə və məmurlarına hücum edərək onları qovmuşdular.
Bunu İslam tarixində İrtidad hərəkatı və ya Riddə hadisələri deyilir.
Çünki bu qəbilələr dövlətə qarşı üsyan etməklə mürtəd olmuşdular yəni
İslam dinindən çıxmışdılar.