Baş səhifə » 2013 » May » 24 » Yeni tərcümə:Abdullah ibn Əbdüləziz əl-Cibrin."Müəyyən bir şəxsin Təkfir edilməsi üçün düzgün qaydalar."
11:38
Yeni tərcümə:Abdullah ibn Əbdüləziz əl-Cibrin."Müəyyən bir şəxsin Təkfir edilməsi üçün düzgün qaydalar."
Yeni tərcümə:
Müəyyən bir şəxsin Təkfir edilməsi üçün düzgün qaydalar.

Oxudu və təqdim etdi

Fəzilətli Şeyx: Abdullah ibn Əbdürrəhman əl-Cibrin
Fəzilətli Şeyx: Əbdüləziz ibn Abdullah ər-Racihi

Oxundu: Fəzilətli Şeyx: Əbdürrəhman ibn Nasir əl-Barraka

Müəllif: Riyad şəhəri Müəllimlər fakultəsinin müəllimi
(Ustad. Doktor)\ Abdullah ibn Əbdüləziz əl-Cibrin

Tərcümə etdi: Səid İsrafilov

Birinci nəşrin müqəddiməsi

Həmd yalnız Allaha məxsusudur. Özündən sonra Peyğəmbər olmayana 
(sallallahu aleyhi və səlləm) Allahın salamı və salavatı olsun!
Və sonra:
Bu mövzunun çox əhəmiyyətli olduğunu nəzərə alaraq...
Çünki müəyyən bir müsəlmana küfr hökmü vermək onu İslam dairəsindən çıxarmaqdır. Bu o deməkdir ki, onun qanı və malı halaldır. Onunla müsəlman zövcəsi arasında olan nikahın ləğv edilməsidir. Öldüyündə isə yuyulmaması, kəfənlənməməsi, cənazə namazı qılınmaması və müsəlmanların qəbirstanlığında basdırılmaması deməkdir. Həmçinin bu halda ölərsə əbədi cəhənnəm odunda olmasıdır.
Həmçinin Allahın və Elçisinin (sallallahu aleyhi və səlləm) Təkfir etmədiyi müsəlman bir insanı Təkfir etməyin təhlükəsini və Peyğəmbərin 
(sallallahu aleyhi və səlləm) bu sözünü: "Bir insan kimisə fasiqlik və küfürdə ittiham edərsə, həmin şəxs dediyi kimi deyilsə, onun iddiası özünə qayıdar.”1 nəzərə alaraq...
Əksər müsəlmanların müəyyən bir şəxsin Təkfir edilməsi üçün düzgün qaydaları bilmədiklərini və bir şeyə mütləq küfr hökmü vermək ilə Təkfir olunacaq bir şeyə düşmüş müəyyən bir şəxsə veriləcək hökmü ayıra bilmədiyini nəzərə alaraq...
Bu məsəldə ifrata varan və səhlənkarlıq edənlərin, mütləq şəkildə Təkfiri qadağan edənlərin və müəyyən bir şəxsi bütün şərtlər yerinə yetmədən və ya Təkfirə mane olan bir və ya daha artıq maneələrin olduğnu gözləmədən Təkfirdə ifrata (həddi aşan) varan kəslərin mövcud olmasını nəzərə alraq...
Bütün bunları nəzərə alaraq bu mövzuda bu müxtəsər risaləni yazdım. Bu mövzunun əhəmmiyətli və təhlükəli olmasını nəzərə alaraq bu risaləni kamil şəkildə şeyxim fəzilətli Şeyx Əbdürrəhman ibn Nasir əl-Barraka - Allah onu müvəffəq etsin - oxudum. Bu risaləni ona oxuduğum əsnada mənə bildirdiyi hər bir göstərişinə əməl etdim.
Eləcədə şeyxim fəzilətli Şeyx Abdullah ibn Əbdürrəhman ibn Cibrin  bu risaləni oxuyub ona təqdim etməklə şərəf verdi.
Həmçinin şeyxim fəzilətli Şeyx Əbdüləziz ibn Abdullah ər-Racihi (Allah onu müvəffəq etsin) bu risaləni oxuyub ona təqdim etməklə şərəf verdi.

Bu müxtəsər risaləmdə müsəlmanın düşdüyü və onu İslam dairəsindən çıxaran amillər haqda söhbət uzanacaq deyə geniş danışmadım. Sadəcə bu barədə bəzi misallar qeyd etməklə kifayətəndim. Təkfir ediləcək məsələlər və onlara misallar haqda geniş "Təshil əl-Əqidə əl-İsləmiyyə” adlı risaləmdə danışmışam.
Allahdan kitabı yazarı və bütün müsəlmanlar üçün faydalı etməsini, bizi ona qarşı ixlas, Peyğəmbəri Muhəmmədin س yolunu getmək ilə ruziləndirməsini, bizi müsəlman olaraq öldürməsini, saleh insanlarla birgə (həşr) etməsini diləyrəm. Allahın salamı və salavatı Peğəmbərimiz Muhəmədin (sallallahu aleyhi və səlləm), ailəsinin və səhabələrinin  üzərinə olsun!

Riyad şəhəri Müəllimlər fakultəsinin müəllimi
Abdullah ibn Əbdüləziz əl-Cibrin


Fəzilətli Şeyx Əbdüləziz ibn Abdullah ər-Racihinin (Allah onu müvəffəq etsin) təqdimatı.

Rəhimli və mərhəmətli Allahın adı ilə
Əbdüləziz ibn Abdullah ər-Racihinin (Allah onu müvəffəq etsin) idarəsi.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Peyğəmbərlərin və elçilərin ən şərəflisi Muhəmmədə س, ailəsinə, səhabələrinə ص və onların davamçılarına salam və salavat olsun.
Və Sonra:
Riyad şəhəri Müəllimlər fakultəsinin müəllimi Şeyx Abdullah ibn Əbdüləziz əl-Cibrinin "Müəyyən bir şəxsin Təkfir edilməsi üçün düzgün qaydalar” adlı bu bəhsini oxudum və müxtəsər olmağına baxmayaraq çox faydalı olduğunu gördüm. Bu bəhsdə müəyyən bir şəxsin Təkfir edilməsi məsələsini düzgün qaydalar ilə araşdırıb (yazıb). Quran və Sünnədən dəlilər gətirib. Çox sayda elm əhlindən nəqllər edib. Mütləq küfr ilə müəyyən bir şəxsi Təkfir etmək arasındakı fərqi açıqlayıb. İki dəstənin xətasını bəyan edib. Birinci dəstənin: "Müəyyən bir şəxsi heç Təkfir etmədiklərini bəyan etməklə Riddə (İslamdan çıxma) qapısını bağlayıb. İkinci dəstə: "Şərtlər və maneələrə baxmadan Mütləq küfrə düşən kəsin küfrünü deyənlərdir.” Buna görə də bu bəhs müxtəsər olmağına baxmayaraq məqsəd üçün kifayətdir. Allahdan diləyirəm ki, onu faydalı etsin! Onu cəm edəni və yazanı sabit etsin! Allahdan istəyirəm ki, bizi əməlimizdə isxlas, sözlərimizdə sadiqlik ilə ruziləndirsin! Qəlbləri, əməlləri və niyyətləri düzəltsin! Ölənə qədər bizi İslam dinində sabit etsin. O, buna qadirdir və edə biləndir.

Yazdı
Əbdüləziz ibn Abdullah ər-Racihi (Allah onu müvəffəq etsin)



PDF fayl olaraq yüklə:

PDF


Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 780 | Yüklədi: selefimedia