Baş səhifə » 2013 » Yanvar » 23 » Şeyx İbn Baz:"Əgər Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) mövludu keçirsəydi, biz də keçirərdik"
23:53
Şeyx İbn Baz:"Əgər Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) mövludu keçirsəydi, biz də keçirərdik"

Şeyx Alləmə, İbn Baz (rahiməhullah) ağlayır.

Əgər Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) mövludu keçirsəydi, biz də keçirərdik"



Mövludu qeyd etməklə Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) olan sevgini göstərmək doğru yol deyil. Bu həqiqətdir ki, əhli sünnə camaatı Peyğəmbəri (ona Allahın salamı və salavatı olsun) öz ata və analarından, hətta öz nəfslərindən belə daha əzizdir.

Peyğəmbər (ona Allahın salamı və salavatı olsun)buyurur:
 "Nəfsim əlində olan Allaha and olsun ki, Sizdən hər hansı bir kimsə məni atasından, uşaqlarından və bütün insanlardan daha çox sevmədikcə iman etmiş olmaz”
 (Muslim)

Rəvayət edilir ki, Abdullah ibn Hişam (radiyallahu anh) demişdir:
"(Bir dəfə) Peyğəmbərlə (ona Allahın salamı və salavatı olsun) bərabər yol gedərkən o, Ömər ibn Xəttabın əlindən tutdu və Ömər ona dedi: "Ya Rəsulullah, mən səni özümdən başqa hamıdan çox sevirəm.” Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurdu: "Xeyr, canım əlində olan Allaha and olsun ki, sən məni özündən də çox sevməlisən.” Ömər ona dedi: "Vallahi ki, indi mən səni hamıdan, hətta özümdən də daha çox sevirəm.” Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurdu: "Bax indi sən vacib buyurulanı yerinə yetirdin, ey Ömər!”
(əl-Buxari, 6632)

Əhli Sünnə camaatı iman gətirir ki, onlara Allahdan sonra ən sevimli kimsə Peyğəmbərdir (ona Allahın salamı və salavatı olsun).
Əhli Sünnəyə ən sevimli olan Allahdır, sonra bəşər övladları içində isə onlara ən sevimli olanı Peyğəmbərdir (ona Allahın salamı və salavatı olsun). Sonra bizim digər peyğəmbərlərdir. Biz də Əhli Sünnə olaraq onların yolu ilə gedirik.
(Şeyx ağlayaraq) Allah şahiddir ki, Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) bizə Allahdan sonra ən sevimli olan bir kimsədir, hətta öz nəfsimizdən, atalarımızdan, malımızdan, övladlarımızdan və hər şeydən.
(Şeyx ağlayaraq) Əgər Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) mövlud keçirməyi buyursaydı, biz bunu mütləq edərdik.
Lakin bunu nə əmr etdi, nə də özü nə də səhabələr qeyd etmədi.

De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (3:31)

Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. (59:7)

Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar. (24:63)
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 896 | Yüklədi: selefimedia