Baş səhifə » 2013 » May » 30 » Şeyx Fouzan:"Allah səni bu təhlükəli işlə (TƏKFİRlə) məşğul olmağa mükəlləf etməmişdir!" -video+mp3+mətn-
11:42
Şeyx Fouzan:"Allah səni bu təhlükəli işlə (TƏKFİRlə) məşğul olmağa mükəlləf etməmişdir!" -video+mp3+mətn-
Şeyx Fouzan

"Allah səni bu təhlükəli işlə
(TƏKFİRlə)
məşğul olmağa mükəlləf etməmişdir!"




Mp3 Yüklə:

1.7 MB


Sual:

"Bəziləri bir çox hakimlərin kafir olması bardədə hökm verirlər. Məsələn mən dostlarımla oturanda sual olunur ki, filən rəhbər kafirdir , yoxsa yox? Məsələn Bəşşər Əsəd kimisi.Bəziləri deyir ki, o kafirdir, digərləri isə deyir ki, o kafir deyil. Hədisdə deyilir ki, bizimlə onların arasında olan əhd namazdır. Televizorda bəzən görürük ki, Bəşşar Əsəd namaz qılır. İndi Bəşşar Əsəd kafirdir yoxsa yox? Sizi rəsmi bir insan olaraq qəbul edib bu haqda bir açıqlama verməyinizi xahiş edirəm."

Şeyx Fouzan:

"Ey qardaşım!
Allah səni bu işlə məşğul olmağa mükəlləf etməmişdir. Yəni insanlar haqqında danışmaq, filənkəsi, o birisini, bu birisini təkfir etməklə mükəlləf etməmişdir. Sən dostlarına tövsiyyə et ki onlar BU MÖVZULARA TOXUNMASINLAR, Bunlar TƏHLÜKƏLİ mövzulardır. Həmçini bunlar sizin səlahiyyətiniz deyil, ALİMlərin səlahiyyətidir. İnsanların təkfiri AÇIQ-AŞKAR DƏLİLSİZ İCAZƏLİ DEYİLdir və bu yalnız ALİMlərə məxsusdur.
Həmçini hökmü bəyan etməyə EHTİYAC OLDUQDA (alimlər) tərəfindən danışılmalıdır. Əgər hökmü bəyan etməyə ehtiyac yoxdursa bu kimi söhbətlər məclislərdə müzakirə edilməməli, camaatın söz-söhbətinə çevrilməməlidir.
Cünki bu FİTNƏdir!"

Tərcümə:
AbdurRAhim Muradlı.







Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 678 | Yüklədi: selefimedia