Bu həftə Azərbaycanda qəzetlərdən biri İsa a.s. və anası Məryəmi a.s.
çox iyrənc təsvirlərlə təsvir etmişlər. Onlar bunu bəzi Danimarka
qəzetlərinin peyğəmbərimiz Muhəmmədə (sallAllahu aleyhi və səlləm) qarşı
etdiklərinə cavab olaraq ediblər. İsa və anasına qarşı bu addımı
atanlar bununla KAFİR olurlarmı? İslam dinindən MÜRTƏD olurlarmı? Onu da
deyim ki, bunu edənlər özlərini islama nisbət edirlər. Şeyx Fəuzan:
Heç şübhə yoxdur ki, cahillik insanı bundan da pis işlərə aparır. BU
CAHİLLİKDİR. Allaha sığınırıq. İsa Məsihin günahı nədir?! Anasının
günahı nədir?! Allah onlardan razı olsun. Biz bütün peyğəmbərlərə iman
gətirir və hamısına hörmətlə yanaşırıq. Hətta bütün ümmətlərdən olan
möminlərə hörmətlə yanaşırıq. Biz mömin qardaşlarımız üçün Allahdan
bağışlanma diləyirik. Ayədə deyilir: "Ey Rəbbimiz bizi və bizdən öncə
yaşamış iman sahibi qardaşlarımızı bağışla." (əl-Həşr: 10). Biz
möminləri hansı nəsildən, hansı əsrdə yaşamasından asılı olmayaraq:
Adəmdən qiyamətə qədər -- dost tuturuq, onlar bizim qardaşlarımızdır.
Biz onlara rəhmət oxuyur, onları alçaltmırıq. Peyğəmbərləri alçaltmaq
küfrdür. İsanı a.s. alçaldanlar KÜFR EDİBLƏR. Küfrü küfr ilə qarşılamaq
olmaz. Allaha qorusun. Bu icazəli deyildir. Amma bunu edənlərə kafir
hökmünün verilməsinə gəlincə biz bilmirik onlar bəlkə CAHİLDİRLƏR, yaxud
yozumlu düşünürlər və sairə. Yəni onlar CAHİLDİRLƏR və CAHİLLİK ÜZR
SAYILIR. Onların hökmünü deyə bilmərik, dayanırıq. Amma bu əməl pis
əməldir, etmək olmaz. Bu Peyğəmbərləri bir-birindən ayırmaqdır. Uca
Allah möminlərin dilində belə buyurur: "Onlardan heç birini digərindən
ayırmırıq...." (əl-Bəqərə: 136) Biz həm İsaya, həm də bütün peyğəmbərlərə hörmət edirik. Etiqad edirik ki, kim onlardan birini alçaldarsa O KAFİRDİR. Amma müəyyən insana CAHİLLİK və digər bilinməyən səbəblərə görə KAFİR HÖKMÜ verə bilmərik.