Baş səhifə » 2013 » Yanvar » 13 » İbn әl-Qayyim:“Heç bir dəyəri olmayan bir Zənginlik”
09:31
İbn әl-Qayyim:“Heç bir dəyəri olmayan bir Zənginlik”
"Heç bir dəyəri olmayan bir Zənginlik”

- geri alınmaq şərtilə borc verilmiş şeylərlə zəngin olmaqdır ki, bu - qadınlar, övladlar, bol-bol yığılmış qızıl və gümüş, yaxşı bəslənmiş atlar, heyvanlar və əkinlərlə olan zənginlikdir.. Zənginliyin ən zəifi də, məhz budur.. Çünki bu - itəcək bir kölgə və çox yaxın bir zamanda sahiblərinə geri qaytarılacaq, borc alınmış mallarla zəngin olmaqdır.. O mallar tələf olduqdan sonra bir də görərsənki, kasıblıq, bütün növləriylə baş qaldırmışdır.. Beləliklə, həmin mallarla zənginləşmək, artıq bitmiş olan bir yuxuya çevrildi...

Keçici bir kölgə olan bu zənginliyə razı olan kəsin tutmuş olduğu işin pisliyindən daha pisi göstərilə bilməz.. Dünya əhlinin zənginliyi elə bir zənginlikdir ki, onlar bunun üçün bir-birləriylə yarışar, bunu tələb edər və bunun ətrafında pərvanə kimi dönərlər..
Belə bir zənginliyi sevib, onun itirilməsi qorxusuyla dolu olan bir qəlb, Rəhman`a ən uzaq və şeytana ən sevimli olan bir qəlbdir..
Öndərlərimizdən bəziləri belə buyururlar:
"..İblis və (onun) orduları bir araya gəldikləri zaman, üç şeylə sevindikləri qədər heç bir şeylə sevinməzlər:
- Bir mömini öldürən möminlə,
- Küfr üzərində ölən adamla və
- Kasıblıq qorxusuyla dolu olan bir qəlblə.."

Səmimi və öz nəfsini tərbiyə edən bir adama yaraşan, belə bir zənginlik halına aldanmaması və onu özü üçün hədəf halına gətirməməsidir.. Lakin, belə bir zənginliyi əldə etdiyi təqdirdə isə, onu ən böyük zənginlik (Axirət zənginliyi) üçün vəsiləyə çevirər və onu özünə xidmətçi edər, ona xidmət etməz.. Belə bir insan, öz nəfsini, Haqq olan Mövlasından qeyrisinə qul etməkdən və O`nun qarşısında aciz olmaqdan daha əziz bilər..

_________________________
İbn әl-Qayyim ”Tariq`ul-Hicrateyn va bəb`us-Səadəteyn”


Hazırladı:

Ayxan Yaquboğlu



Bölmə: Maraqlı məqalələr | Baxılıb: 611 | Yüklədi: selefimedia