Baş səhifə » 2013 » Fevral » 1 » DAİMA haqq üzrə olan tayfanın vəsfləri.
09:39
DAİMA haqq üzrə olan tayfanın vəsfləri.
DAİMA haqq üzrə olan tayfanın vəsfləri.

Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu:

"Ümmətimdən bir tayfa Allahın əmri yetişənədək DAİMA haqq üzərində olaraq qələbə çalacaqlar, müxalif olanların da onlara bir zərəri toxunmayacaqdır».

(İbn Macə 3952, 4087. əl-Albani səhih hesab etmişdir)

Əhməd bin Hənbəl dedi:

"Əgər onlar hədis əhli deyilsə, o zaman onların kim olduğunu bilmirəm."

İbn Teymiyyə rahimahullah buyurdu:

"Biz hədis əhli deyərkən, sadəcə hədis dinləməyi, araştırmağı və ya rəvayət etməyi qəsd etmirik. Əksinə onun qorunmasını, bilinməsini, çölünün və içinin anlaşılmasını , zahirən və batinən ona uyulmasını qəsd edirik.
Bu eyni ilə Quran əhlinində vəsfidir Bunların ən az özəllikləri Quran və Hədisi, onlarda olanı araşdırmağı, mənalarını, ondan öyrəndiklərini gərəyincə əməl etməyi sevməkdir.

Hədis fəqihləri Rəsulullah sallallahu aleyhi və səlləmi digər fəqihlərdən daha yaxşı tanıyırlar.Onların sufiləri (yəni zahidləri) Rəsulullhah sallallahu aleyhi və səlləmə digər sufilərdən daha çox uyarlar.Onların idarəçiləri nəbəvi siyasətə digərlərindən daha çox layıqdırlər.

ONLARIN TAMAMİ RƏSULULLAH SALLALLAHU ALEYHİ VƏ SƏLLƏMLƏ DOSTLUĞA DAHA LAYİQLİDİRLƏR.

("Məcmu əl-Fətava", 4/95)
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 572 | Yüklədi: selefimedia