Quran
Məxluqdur iddia edildiyi Minhə günlərindən biri idi. İmam
Əhmədi xəlifənin hüzuruna gətirdilər və ona xəlifə ilə
gözəl tərzdə danışmasını təlqin etdilər. Bu zaman Əhməd
ibn Hənbəl qorxunc mənzərə ilə qarşılaşdı, qarşısında
iki adamın artıq boynu vurulmuşdur. Fəqət bu hal İmam Əhmədi
təlaşa salmadı. Əksinə, həmin yerdə İmam Şafinin bir
tələbəsinə gözü sataşdı və ondan soruşdu:-
Məshin üzərinə məsh çəkmək haqqında İmam Şafiidən nə
eşitmisən? Bu haqda nə isə bilirsənmi?
İmam
Əhmədin bu çətin vəziyyətdə ölümü düşünməməsi, əksinə
elm öyrənməyə həris olması və bu səbəbdən verdiyi bu sual
oradakıları heyrətləndirir. Hətta İmam Əhmədin edam
olunmasına xəlifəni təşfiq edən düşməni- Əhməd də
təəccübünü gizlədə bilməyərək deyir:-
Buna bir baxın! Bunu edam etmək üçün gətirirlər, bu isə
fiqhdən soruşur!