Zilhiccənin ilk on gününün fəziləti və bu gündə edilən əməllər.
Həmd
aləmlərin Rəbbi olan Allahadır. Salvat və salam da
peyğəmbərlərin əfəndisi, ağası Məhəmmədin (ona, ailəsinə
və səhabələrinə salam olsun) üzərinə olsun. Heç şübhəsiz
ki, Allah təalanın, saleh bəndələrinə ilin müəyyən günlərini
çoxlu saleh əməl işləmələri üçün təsis etməsi, Onun
bəndələrinə olan lütf və yaxşılıqlarındandır. Məhz bu
günlərdən (bəziləri də) biri də Zilhiccə ayının ilk on
günüdür.
Zilhiccənin ilk on gününün fəziləti haqqında
Quran (Allahın Kitabı) və sünnədən (Allah Rəsulunun hədisləri)
dəlillər gəlmişdir. Məhz bu ayə və hədislərdən bəziləri
bunlardır: