İtaliyanın Palermo şəhərində Nigeriyadan olan mühacir ailəsində tamamilə ağ körpə dünyaya gəlib.
Körpənin doğulduğu xəstəxananın əməkdaşlarının sözlərinə görə, ağ
körpənin kürən saçlarını və mavi rəngli gözlərini görən ata xanımını
xəyanətdə ittiham edib. Lakin doğum evinin baş həkimi Antonio Perino ona
izah edib ki, bu, qətiyyən onun arvadının xəyanətinin nəticəsi deyil.