Baş səhifə » 2012 » Avqust » 27 » İtaliyada qaradərili ailədə ağ körpə doğulub...və bu hadisəyə 14 əsr bundan qabaq veilmiş cavab
00:13
İtaliyada qaradərili ailədə ağ körpə doğulub...və bu hadisəyə 14 əsr bundan qabaq veilmiş cavab

İtaliyada qaradərili ailədə ağ körpə doğulub...

və bu hadisəyə 14 əsr bundan qabaq veilmiş cavab.

Qaradərili ailədə ağ körpə doğulub

İtaliyanın Palermo şəhərində Nigeriyadan olan mühacir ailəsində tamamilə ağ körpə dünyaya gəlib. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Körpənin doğulduğu xəstəxananın əməkdaşlarının sözlərinə görə, ağ körpənin kürən saçlarını və mavi rəngli gözlərini görən ata xanımını xəyanətdə ittiham edib. Lakin doğum evinin baş həkimi Antonio Perino ona izah edib ki, bu, qətiyyən onun arvadının xəyanətinin nəticəsi deyil.

"Nigeriyalıların ailəsində albinos uşaqların  dünyaya gəlməsi nadir hadisə deyil. Belə uşaqlar təxminən 14 mindən bir halda dünyaya gəlir. Biz bunu körpənin atasına izah etdik və deyəsən, o, bizi başa düşdü", - baş həkim bildirib.

İndi həkimlər söhbətin albinizbdən, yaxud genetik mutasiyadan getdiyini aydınlaşdırmalıdırlar. Buna görə də qızın qarşısında bir sıra tədqiqatlarda iştirak etmək durur. Yeri gəlmişkən, belə hadisə Siciliyada ikinci dəfədir baş verir. Bir il əvvəl Cela şəhərində konqolu mühacirlərin ailəsində də ağ uşaq doğulmuşdu.


URL: http://az.trend.az/news/interestingly/2057382.htm



Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Rəsulullah (sallallahu aleyhi və səlləm)-in yanına bir nəfər gəlib və nə özümün nə də həyat yoldaşımın saç və bədən rənginə bənzəməyən (qara rəngdə) bir övladlarının dünyaya gəldiyini, xanımının zina etdiyi şübhəsi içində olduğunu dilə gətirir.
Rəsulullah (sallallahu aleyhi və səlləm):
"Sənin dəvələrin varmı?” – deyə soruşdu.
Həmin adam bəli dedi: "bəli” dedi.
Rəsulullah (sallallahu aleyhi və səlləm): "bunların rəngi nə rəngdədir?” –dedi.
"Qırmızı.”- deyə adam cavab verdi.
Rəsulullah (sallallahu aleyhi və səlləm) yenə soruşdu
"Bunların (balalarının) arasında boz rənglisi varmı?”.
Həmin şəxs "Bəli.” – dedi.
Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi:
"Bəs bu haradan gəldi?”
Adam: "Bəlkə bir damara çəkmişdir”.
Rəsulullah (sallallahu aleyhi və səlləm) bu zaman
"Sənin oğlun da bir damara çəkmişdir” buyurdu.”

 (Buxari. Təlaq 29, Müslim 1500, Əbu Davud. Təlaq 28/ 2260, 2261, 2262)

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 607 | Yüklədi: selefimedia