"Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə
öz əsasında, otuz (üç) il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya)
şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd
Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir.
Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu
açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – "təmizlənmə” və
"tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu
daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən,
xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin
Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif
və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan
rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və
Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir.
Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və
bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları
tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən
ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir.
Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır.