Baş səhifə » 2012 » Avqust » 10 » :: ZİYARƏTİ GEC-GEC EDİN Kİ, SEVGİNİZ ARTSIN ::
10:42
:: ZİYARƏTİ GEC-GEC EDİN Kİ, SEVGİNİZ ARTSIN ::
:: ZİYARƏTİ GEC-GEC EDİN Kİ, SEVGİNİZ ARTSIN ::
___________________________________________

"Aradabir (tez-tez olmamaq şərtilə) ziyarət edin ki, sevgi artsın.." (1)

İbn Adi, "əl-Kəmil" adlı əsərində, Əbu Hureyra, İbn Ömər, Ebu Zər və Hubeyb ibn Məsləmə`dən rəvayət edir ki, Rəsulullah (عليهم الصلاة والسلام) belə buyurur:

"Gec-gec ziyarətə gedin ki, məhəbbət artsın.."

İbn Adi, İbn Ömərin belə dediyini rəvayət edir:

"Biz cahiliyyə dövründə, "gec-gec ziyarət et ki, (aranızdakı) sevgi artsın" -deyərdik.. Peyğəmbər də, (عليهم الصلاة والسلام) bizə eyni şeyi söyləyərək belə buyurdu:

"Gec-gec ziyarət et ki, sevginiz artsın.."

SƏBƏB (hədisin səbəbi): İbn Adi, Ata b. Əbi Rabəh yoluyla Əbu Hureyradan, Rəsulullah`ın (عليهم الصلاة والسلام) belə buyurduğunu rəvayət edir:

"Ey Əbu Hureyra, dünən harada idin?" Mən:
"Ailəmdən bir neçə üzvünü ziyarət etdim." (Başqa bir rəvayətdə: Əbu Hureyra belə demişdir: "Müsəlman olan ailə üzvlərimdən bir neçəsini ziyarət etdim.")
Bundan sonra Rasul (عليهم الصلاة والسلام) belə buyurdu:

"Seyrək şəkildə ziyarət et ki, (aranızdakı) məhəbbət daha da artsın.."

İbn Adi, İsməil b. Virdan yoluyla Əbu Hureyranın belə dediyini rəvayət edir:

"Rəsulullah (s), Aişə`nin (رضي الله تعالى عنها) evindən çıxdı.. Mən O`nu izlədim. Sonra Ummu Sələmənin (رضي الله تعالى عنها) evindən çıxdı, yenə O`nu izləməyə davam etdim. Sonra, üzünü mənə tərəf çevirib belə buyurdu:

"Ey Əbu Hureyra, seyrək (tez-tez olmayan) şəkildə ziyarət et ki, məhəbbət artsın.." (2)

_________________________________________________
(1) - Hədisi və səbəbini İmam Zəhəbi, "Mizəni-İ`tidal" adlı əsərində rəvayət etmişdir. (4/391); Beyhəqi, "əş-Şu`ab" (səh. 232); Acluni "Kəşf`ul-Həfə" (1/528); Əbu Nuaym əl-İsbəhəni "Axbaru'l-İsbəhən" (1/143).

(2) - İmam Cələluddin əs-Suyuti "Əsbəbu vurud`il-Hədis".

Hazırladı:  Aykhan Mammadalioğlu
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 608 | Yüklədi: selefimedia