Baş səhifə » 2012 » Avqust » 11 » Şiələrin möhür bidətinə rəddiyyə! (-mobil kitab-)
11:25
Şiələrin möhür bidətinə rəddiyyə! (-mobil kitab-)

MOHÜR

(sonda mobil telefonlarda oxumaq üçün yükləmə faylları vardır)

Bismilləhir-Rahmənir-Rahim.
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

Əmmə Bə`d.

Allahın Salamı olsun, Rəhmət və Bərəkəti yetişsin Tövhid əhlinə.
Əziz müsəlmanlar müəllifi olduğum bu kiçik mətndə şiə təriqətinin möhür şübhəsinə rəddiyə olaraq, bu mövzuya açıqlama və eləcədə Quran və Sünnə ilə cavab tapmağa çalışmışam. Allah Subhənə və Təalə bu kiçik risaləni bunu oxuyan hər kəs üçün faydalı etsin.
Bunu axirətimiz üçün faydalı etsin. Əmin.

Şiələrin möhür bidətinə rəddiyyə..!
Namazda möhürün olması və ya alının mütləqən torpağa dəyməsi şübhəsinə cavab olaraq deyirəm :
Şəkk yoxdur ki Allah Rasulu (salləllahu aleyhi və səlləm) həm torpağa, həm həsirə, həm də tərkibi parçadan olan şeylərə Namaz zamanı səcdə edib. Bu Səhih Sünnə ilə sabitdir. Şiə təriqəti isə bu etiqaddadır ki, namazda səcdə zamanı alın mütləqən torpağa ( və ya ağac, həsir ) dəyməlidir. Elə bu səbəbdən həsirə səcdəni qəbul edirlər ama parça hökmündə olan əşyalara yox. Hansı ki bizim səccadələrin əksəri parça hökmündədir. Şübhə yoxdur ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in zamanında evin içi, məscidin içi torpağdan idi. Bu da şiələri çaşdırıb. Əvvalə onu deyim ki, hər iki tərəfin alimləri bu mövqedədir ki, namazda səcdə zamanı 7 əza yerə toxunmalıdır.
Əsrimizin görkəmli Şeyxlərindən biri olan – Şeyx ibn Useymin (rahiməhullah) bu haqda demişdir :

"..Namazda səcdə edərkən səcdə edən insanın həmin yeddi üzvdən hər hansı birini qaldırması icazəli deyil. Çünki Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir :
"..Mənə yeddi sümüyə səcdə etmək əmr olundu. Bunlar : alın ( və sonra burnuna işarə etdi )iki əl, iki diz və iki ayağın aşağıları (aşağı ətraflar)..” [
Buxari, 812. Müslim, 490]
Əgər (səcdədə ikən) ayaqlarından birini və yaxud hər ikisini və yaxud əllərindən birini və yaxud hər ikisini, yaxud alnını və ya burnunu və ya bunların ikisini qaldırarsa, bu halda onun səcdəsi səhih deyil (etibarsızdır) və sayılmır. Səcdəsi etibarsız isə bu halda namazı da etibarsız sayılır..”

["Liqa`at əl-bəb əl-məftuh”, Şeyx ibn Üseymin, 2/99 ]


Bu mövzuya bir neçə yöndən cavab vermək olar :
I - Allah Rasulu (salləllahu aleyhi və səlləm) bizə bildirib ki – Namazda nələri etməyənin namazı yoxdur. Məsələn : Fatihəni oxumayanın namazı yoxdur, Dəstnamazı olmayanın namazı yoxdur, Rukuya tam geyməyənin namazı səhih olmaz. və.s
Əgər namazda torpağa səcdə etmək Namazın ruknu olsa idi, mütləq olsa idi, bunu Allah Rasulu (salləllahu aleyhi və səlləm) bizə bildirərdiki : "Səcdədə alnı torpağa dəyməyənin namazı yoxdur” - Sünnədə buna dair bir dəlil yoxdur.

II - Şiələr bizə bu hədisi dəlil gətirirlər ki : "..Yer üzəri mənə səcdəgah qılındı..”
Hədisin əsli belədir :
Əbu Hureyra (radiAllahu anhu) Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in belə dediyini rəvayət edir :
"..Mən altı şeylə Peyğəmbərlərdən üstün edilmişəm : Mənə mənası geniş olan sözlər bəxş edilmişdir, Mənə (düşmənin qəlbinə) qorxu salınmaqla kömək verilmişdir, Qənimət mənə halal edilmişdir, Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir, Mən bütün insanlara (Peyğəmbər olaraq) göndərilmişəm, Mənimlə Peyğəmbərliyə xitam verilmişir.."
[ Hədis səhihdir. Müxtəsər Səhih Müslim : 257. Müslim: 1/ 371/ 523]

İlk öncə hədisi rəvayət edən
Allah Rasulu (salləllahu aleyhi və səlləm)-dən ən çox hədis rəvayət eləmiş Əbu Hureyra (radiAllahu anhu)-dur. Bu səhabədən hədis qəbul etməyən və bu səhabəyə "kəzzab” böhtanı atan, "saxtakar hədis dəllalı” adını verən şiə, niyə ondan rəvayət olunan hədisi dəlil gətirir..?!

III – Müvəqqəti razılaşaq. Daha sonra,
hədisdə şiələrin dəlil gətirdiyi hissəyə nəzər salaq :
"..Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir..”
Hədisdə keçən "Yer” sözü ərəbcədən "Ard” olaraq oxunur. Və Quranda da "Ard” sözü "Yer” mənasını verir :
"..Və izə qilə ləhum : Ləə tufsiduu fil-Ardi qaalu innəmə nəhnu muslihun..”
"..Onlara : "Yer üzündə fəsad törətməyin..!”– deyildiyi zaman : "Biz ki, ancaq xeyirxahlıq edənlərik..!”– deyirlər..”
[ əl-Bəqara, 11 ]

Ərəbcədən "torpağ”a isə "turab” deyilir :
"..Ə yəidukum ənnəkum izə mittuhum kuntum turabən və izamən ənnəkum muxracun..”
"..O sizi ölüb torpağ və sür-sümüyə çevrildikdən sonra (dirilib yenidən) çıxarılacağınızımı vəd edir..?”
[Muminun, 35]

Demək hədisdə keçən söz – "torpağ” yox, "yer”-dir ki, bu da insanın ayaq üstə durduğu məkan ona yer sayılır.

IV - Əgər şiələr həmən hədisdəki "yer” sözünə "torpağ” mənası verirlərsə, və buna da israr edirlərsə, o zaman bu hədisə də cavab versinlər :
"..Mənə yeddi sümüyə səcdə etmək əmr olundu. Bunlar : alın ( və sonra burnuna işarə etdi )iki əl, iki diz və iki ayağın aşağıları (aşağı ətraflar)..”
Şiələrə deyəndəki : Niyə möhürü yalnız alın nahiyəvizə qoyursuz..?
cavab verirlər ki : Əsas alındır. əsas alın dəyməlidir torpağa.
Bu isə həmən hədisə əsasən səhv fikirdir. Çünki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) Səcdənin kamil olması üçün təkcə alını deyil, yeddi əzanı saydı. Və dediki : "Mənə əmr olundu”.
Əgər bu əmrdirsə və Allah Rasulu (salləllahu aleyhi və səlləm) yeddi əzadan birini istisnaya buraxmırsa, və birini digərindən üstün və ya əsas görmürsə demək hər bir əza özlüyündə əsasdır. Və səcdə zamanı bunlardan biri yerə dəymirsə həmən səcdə batildir, səcdəsi batil olanın isə namazı batildir. Sən namazda səcdə halını almaq üçün bu yeddi əzan yerə mütləqən dəyməlidir. Əgər biri dəymədisə etdiyin hərəkət səcdə hökmündə olmur.
Bir az öncəki hədisdə, Allah Rasulu (salləllahu aleyhi və səlləm) yerin
[ şiələrin dili ilə desək – Torpağın ]
pak və Səcdəgah olunduğunu dedi. Və daha sonrakı hədisdə isə Səcdə halını 7 əzaya bağladı və saydı. Belə çıxır ki, əgər şiələr Əbu Hureyranın (radiAllahu anhu) hədisində "Ard” sözünü "torpağ” kimi tərcümə edirlərsə, digər hədisə əsasən məcburdularki tək alınlarına yox, yeddi əzanın hamısına möhür və ya bu kimi əşya qoyulsun. Çünki əgər torpağ səcdəgahdırsa, səcdəgahada lazımdır ki səcdəhalında əmr olunan əzalar qoyulsun. Əzaların birini əsas götürüb, digərlərindən üstün görmək olmaz. Demək şiələrin iki çıxış yolu var :
I - Ya yeddi əzanın yeddsinədə möhür qoyulsun ki, heç bir hədisə zidd olunmasın.
II - Ya da, etiraf etsinlər ki, qıldıqları namaz batildir. Çünki, yeddi əzanın yeddisidə səcdagah qılınan "torpağa” dəymir. Alından başqa.

V – Deyirlər ki : Yeyilməyən, geyilməyən şeylərə səcdə olunmaz.
Deyirəm ki :
Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in dövründə həsirə səcdə edirdilər və eyni zamanda həmən həsirdən özlərinə ayaq geyimi toxuyurdular. Bu geyinilən bir şeyə cavab.
Yeyilməyən bir şey də deyirlərsə, Vallahi torpağla qidalanan nə qədər canlılar var. Hətta şiələrin özləri belə möhürü yeyirlər şəfa niyyəti ilə. Allahu Akbar.

VI - Həqiqətdir ki, o dövrdə məscidin, evin içi torpağ olduğundan, səhralığ çox olduğundan əsasən torpağa səcdə olunurdu. Ama Allah Rasulu (salləllahu aleyhi və səlləm) səcdə etmək üçün özü ilə xüsusi bir əşya gəzdirməyib, nə də Səhabələrinə (radiAllahu anhum) bunu əmr etməyib.

VII - Əhli Sunnə vəl Cəməa torpağa səcdəni inkar etmir. Namazda yalnız və yalnız alına qoymaq üçün müəyyən bir əşyanı gəzdirməyi inkar edir ki, buda sonradan uydurulmuş bidətdir. Əlhəmdulilləh, haçan səhraya və torpağ olan bir sahəyə düşərik o zamanda ora səcdə edərəm.

VIII - Biz deyəndəki : Təmiz olan hər bir yerə səcdə edə bilərsən.
Onlar şübhə gətirirlər ki : Hamam təmiz olsa səcdə edəcəksən hamamın yerinə..?
Bu cür məntiqsiz suala elə sualnan cavab verirəm :
Ey şiə sənə görə möhür təmizdir. Sən möhürü götürüb hamamda namaz qıla bilərsən..? Alın təmiz yerə dəyəcək, ama sadəcə hamamda qılacağsan..?

Cavab məlumdur, deyəcək ki – YOX. Eləcədə mən də. Şəriətdə namaz qılınması qadağan olan yerlər var ki, o yerlərdə namaz qılmağa nə yerin təmizliyi lazımdır, nədə möhürün olması. Məsələn hamam, dəvələrin saxlandığı yer. və.s

IX - Bizə daha bir əsassız dəlil gətirirlər ki : Səhabələr səcdə zamanı alınlarına daş qoyublar.
Bu da aydın məsələdir ki, Ərəbistan çölləri həddən artığ isti olduğundan, torpağa səcdə etmək çox məşəqqətli olur. Bu səbəbdən dolayı Allah Rasulu (salləllahu aleyhi və səlləm)-in Əshabıda səcdə zamanı torpağ alınların yandırmasın deyə daşı əllərində soyudardılar və səcdə etdikdə alınlarının altına qoyardılar. Eləcədə bəziləri ətəklərini qoyardı yanmasın deyə. Buda zərurətdir.

X - Və sonda böyük şiə aliminin Musa əl-Musavinin möhür haqqında dediklərini qeyd etmək istəyirəm Musa əl-Musavinin möhür haqqında demişdir :
"..Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər . Hətta şəfa məqsədilə Kərbəla türbəsindən yeyənlər də olur.
[ Halbuki, deyirlər ki- Yeyilən şeyə səcdə etmək olmaz – R.F ] Heç bilmirəm ki, bu bidət şiə təriqətinə nə vaxt daxil olmuşdur. Nə Rəsuli-əkr əm (səlləlləh u əleyhi və səlləm) nə Əli (radiAllahu anhu) nə də onlardan sonra gələn imamlar Kərbəla türbəsinə heç zaman səcdə etməyiblər ..”
["Əş-şiə va ət-təşih", səh.105]

P.S – Quranda elə ayələr var ki, orada "Ard” sözü bizim dilə "yer” kimi yox, "torpağ” kimi tərcümə olunub. Bu sizi şübhəyə salmasın. Ərəb dili çox zəngin dildir. Elə sözlər var ki, onları ərəbcədən bizim dilə çevirəndə original məna vermir. Buna misal olaraq :
"..Qalə ə`ci-tənə li tuxricənə min ardinə bi sihrikə yəə Musəə..”
"..(Firon) dedi : "Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa..?"
[ Ta Hə, 57 ]

Ayədə ərəbcədən "ard” sözü keçir, ama dilimizə "torpağ” deyə tərcümə olunub. Çünki, bizim dildə "torpağ” sözü həmdə sahib olduğun yer deyilir. Ayədə ki "ard” sözünu olduğu kimi - "yer” – tərcümə etsək, məna bir az keyfiyyətsiz alınacaq. Bu cürə :
"..(Firon) dedi : "Sən öz sehrinlə bizi öz yerimizdən qovub çıxartmağamı gəlmisən, ey Musa..?"
Diqqət et..! Birinci və ikinci t
ərcümə arasındakı, məna fərqinə. Bizim dil kasad dil olduğundan məcburuq həmən sözü dilimizdə olan başqa bir söz ilə əvəz edək ki, ərəbcədə olan original mənanı özündə cəm etsin. Baxmayarq ki, bizim dilimizə seçdiyimiz söz ərəbcədən tələffüz zamanı ayədə ki söz ilə düz gəlməyə.
Quran ərəbcə nazil olub o cürdə qəbul etməliyik. Sitatın sonu.
Doğrusun Allah bilir.
Və Salləllahu alə nəbiyyinə Muhəmmədin və alə əlihi və sahbihi əcməin.
Əlhəmdulilləhi Rabbil aləmin.
Vəs-Sələm Aleykum və Rahmətullahi və Bərakətuhu.
---------------------------------------------------------------------------------------
Topladı və Yazdı : Sheyx Shamil Abdul-Jaleel

Mohur.docx 
Mohur.jad 
Mohur.jar 
Mohur.pdf 



Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 3026 | Yüklədi: selefimedia