Baş səhifə » 2012 » Avqust » 3 » Rafizilərin:"Ömər ibn əl-Xəttab, təməttu həccini və qadınları siğə etməyi qadağan etmişdir" şübhəsinə rədiyyə
09:09
Rafizilərin:"Ömər ibn əl-Xəttab, təməttu həccini və qadınları siğə etməyi qadağan etmişdir" şübhəsinə rədiyyə

Şübhə:

Ömər ibn əl-Xəttab, təməttu həccini və qadınları siğə etməyi qadağan etmişdir.

 

Hər iki məsələ şəriətdən sayıldığı halda Allahın halal buyurduğunu, Ömər necə haram edə bilər?

İlk olaraq, təməttü həccindən danışaq.

Elə fərz edək ki, Ömər (Allah ondan razı olsun) təməttü həccini qadağan etməklə səhvə yol vermişdir. Bununla nə olur ki?

Biz Ömərin məsum olmasını iddia etmirik. O da digər səhabələr kimi səhv edir.

Subbi ibn Məbəd deyir ki, mən Ömərə belə dedim: "Mən həcc və ümrəyə birlikdə niyyət etmişəm (yəni, təməttü həccinə niyət etmişəm)". Ömər dedi: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan"[1].

 

Bu da Ömər. O, belə həccin sünnədən olmasını qeyd edir və hətta o adamı buna görə tərifləyərək deyir: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan". Demək Ömər, bu həcci qadağan etmirdi.

Səlim deyir ki, İbn Ömər təməttü həcci haqqında soruşulduqda, o, bu həccin edilməsini əmr etdi. Ona dedilər ki, sən atana müxalif olursan. İbn Ömər dedi: Atam sizin dediyiniz kimi deməmişdir! O demişdir ki, ümrəni həccdən ayrı edin (yəni, həcc aylarında edilən ümrənin doğru olması üçün qurban kəsilməlidir. Ömər bununla Kəbənin qeyri həcc aylarında ziyarət edilməsini istəyirdi). Bunu siz, haram edib, müxalif olanları cəzalandırırsınız. Allah təala bunu halal buyurmuş, Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də buna əməl etmişdir. Onlar bu haqda İbn Öməri yorduqda, dedi: İtaət olunmağa hansı daha layiqdir, Allahın kitabı, yoxsa Ömər?!.[2]

Yaxşı, bəs Ömərin məqsədi nə idi?

Ömər istəyirdi ki, Allahın evi Kəbə ilin heç bir günündə ümrədən təcrid olunmasın. O zaman insanlar həccə gəldikdə, həcc ilə birlikdə ümrə də edirdilər. Bu da onlar üçün təməttü həcci sayılırdı. Bundan sonra həmin il bir daha Allahın evi Kəbəyə gəlmirdilər. Ömər isə istəyirdi ki, insanlar İfrad həcci (yəni, ümrəsiz həcc) etsinlər sonra isə Allahın evinə ayrıca ümrə etmək üçün gəlsinlər. Belə olan təqdirdə Allahın evi ziyarətsiz qalmaz.

Ömərin qoyduğu qadağa haramlıq məqsədi daşımırdı. Bu sadəcə olaraq bir rəy idi. O bunun daha yaxşı olmasını düşünürdü. Buna görə Ömərə eyb tutmaq düzgün deyildir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Subbi ibn Məbəd təməttü həccinə niyyət edərkən Ömər ona demişdi: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan".

İkinci: Qadınların siğə edilməsi haqqında.

Siğənin qadağan edilməsi iki səhih kitabda Əlinin (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdiyi rəvayətdə təsdiq olunmuşdur. Belə ki,

Əli (Allah ondan razı olsun), İbn Abbasın (Allah ondan razı olsun) siğənin halal olduğunu deməsi haqqında xəbərini eşitdikdə, ona deyir: Sən nə etdiyini bilməyən bir insansan. Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybərin fəthində siğəni və ev eşşəklərinin ətini haram etmişdir[3].

Bu hədis onların mötəbər kitablarında da mövcuddur[4].

Həmçinin Sələmə ibn əl-Əkvanın, Səhihi Müslimdə rəvayət olunan hədisində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fəth ilində siğəni haram etməsi haqqında rəvayət nəql olunur[5].

Yenə də Səhihi Mülsimdə, Səbura əl-Cuhəninin, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) siğəni haram etməsi haqqında rəvayəti nəql olunur[6].

Ömərin siğəni qadağan etməsiylə nə oldu? O da, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadağan etdiyini qadağan etmişdir.

O, uca və pak olan əzəmətli rəbbinin qadağan etdiyini qadağan etmişdir. Belə ki, Allah təala buyurur:

"O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)"[7].

 

Göründüyü kimi uca Allah onları, həddini aşanlar adlandırmışdır.

Onlar siğənin halal olmasına Quranın bu ayəsini dəlil gətirirlər:

"(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"[8]

Onlar ayənin başqa qiraətini dəlil gətirirlər. Həmin qiraətdə deyilir:

"... Təyin edilmiş bir vaxtda istifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz..."

İlk olaraq onu demək olar ki, bu qiraət mütəvatir (mötəbər) qiraət deyil. Bu, nə yeddi nə də on qiraətdən sayılmır. Bu qiraət şazdır (mötəbər rəvayətlərə müxalifdir).

Bu qiraət Əlinin, Sələmə ibn əl-Əkvanın, Səburə əl-Cuhəninin və ya digər səhabələrin rəvayətlərinə əsasən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözü ilə nəsx (hökmü ləğv) olunmuş sayılır.


[1] Sünən ən-Nəsai: Kitabul Həcc, Bab əl-Quran, 2719. Hədisin sənədi səhihdir.

[2] Beyhəqi: 5, 17.

[3] Səhih əl-Buxari; Kitabun Nikah. Bab, ən-Nəhyu an Nikahil Mutə, 5115. Səhihi Müslim. Kitabun Nikah. 1407.

[4] Vəsailuş Şiyə: 21, 12.

[5] Səhihi Müslim: Kitabun Nikah, 1406.

[6] Səhihi Müslim: Kitabun Nikah, 1406. Siğənin haram olmasına dəlalət edən hədislər çoxdur.

[7] əl-Muminun: 5-7.

[8] ən-Nisa: 24.

Shubhe_Omer_Temmeti_Sige_qadagasi.doc 15-May-2011 06:40 69632
Shubhe_Omer_Temmeti_Sige_qadagasi.jad 15-May-2011 06:40 429
Shubhe_Omer_Temmeti_Sige_qadagasi.jar 15-May-2011 06:39 48311
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1054 | Yüklədi: selefimedia