Baş səhifə » 2012 » Avqust » 10 » Qədr gecəsinin bəzi əlamətləri
00:17
Qədr gecəsinin bəzi əlamətləri

Qədr gecəsinin bəzi əlamətləri


"Qədr gecəsi min aydan xeyirlidir” (Quran, Qədr, 3)  Qədr gecəsini ondakı əlamətlərə görə təyin etmək mümkündür. Bu əlamətlərdən aşağıdakılardır:
1. İşıqlı gecə (və ya bu gecədəki nur). Günümüzdə yaşayış ərazilərindəki işıqlandırma sistemləri səbəbi ilə bu əlamət yalnız insanların az yaşadığı səhra və düzənlik ərazilərdə daha aydın müşahidə oluna bilər
2. Sükunət. Bu o deməkdir ki, möminlərin qəlbində digər gecələrdə olmayan, izahı çətin olan bir sakitlik, sevinc hökm sürəcəkdir.
3. Bəzi alimlər bu gecə hava şəraitinin xəfif, mülayim olduğunu söyləyirlər.
4.  Səhabələrə göstərdiyi kimi Uca Allah dilədiyi insanlara yuxuda məhz həmin gecənin Qədr gecəsi olduğunu göstərəcəkdir.
5. İnsanlar həmin gecədəki ibadətlərindən digər gecələrdən daha çox ləzzət alacaq, onları yerinə yetirməkdə özlərini daha aktiv hiss edəcəklər.
6. Gecə sona yetdikdə günəş çox parlaq olmadan, şəfəqsiz doğulacaqdır.
Həmin gecə itlərin hürməyəcəyinə ya da az hürəcəyinə gəldikdə isə bu barədə səhih heç bir şey varid olmamışdır.
Şeyx Muhəmməd ibn Saleh ibn Useymin (Allah ona rəhmət etsin), "Şərh əl-Mümti”,  Oruc Kitabı.

http://www.feqih.com/?p=3023

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 559 | Yüklədi: selefimedia