11:05 Pravoslav ilə katolik arasında fərq nədir? | |
Pravoslav ilə katolik arasında fərq nədir? Katoliklər: Romada papanın itaətkarlarıdırlar. Protestantlar isə: Marten Luterin ardıcıllarıdırlar. Onların bəzi əqidəvi fərqləri: Katoliklər ◦ Onlar deyirlər ki, Müqəddəs ruh ata və oğuldan birlikdə olub. ◦ Onlara görə qan və boğulmuş heyvanı yemək halaldır. ◦ Vatikan Papası bütün katoliklərin başçısı sayılır. ◦ Hətta zina halında da Boşanmaq haramdır. Katoliklər əsasən qərbi Avropada Cənubi Amerikada yaşayırlar. Protestantlar ◦ Kilsələrdə verilən günah bağışlanmsı yalan və iftiradır. Günahlar yalnız tövbə və peşmançılıq ilə bağışlana bilər. ◦ Hər kəsin İncili oxumaqda və onu başa düşməkdə haqqı vardır. Bu yalnız kilsəyə xas deyildir. ◦ Kilsələrdə şəkillər və heykəllər asmaq haramdır. Bu bütpərəstliyin əlamətidir. ◦ Rahiblik etməyin qadağan olması. ◦ Onların kilsələrinin müəyyən bir rəisi, başçısı yoxdur. Yəni hər kilsə özü bir qurumdur və s. Qeyd edək ki, müsəlmanlardan başqa kim varsa hamısı kafirdir. Allah təalə buyurur: - Allah Məryəm oğlu Məsihdir - deyənlər, şübhəsiz ki, kafir oldular. (Maidə, 17) Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”. "Allah üçün (üç ilahinin) üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır). (Maidə, 72-73) O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! (Ali İmran, 55) Qamət Süleyman (Mədinə İslam Universitetinin məzunu) _________ əz-Zubeyr | |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 2802 | |