Baş səhifə » 2012 » Avqust » 10 » :: HƏYA ::
11:04
:: HƏYA ::
Həya

Ey müsəlmanlar, Allahdan haqqıyla qorxun və haqqıyla həya edin !

  Həya insanda ən gözəl xasiyyətlərdən biridir, hətta imanla müqayisə olunur. İnsanda həya olarsa, onu ona layiq olmayan əməllərdən çəkindirər. İnsanda həyanın az olması onun qəlbinin və ruhunun ölməsi deməkdir. Qəlb nə qədər salamat olarsa, həmin şəxsin həyasının kamilliyi şübhə altinda olmaz .

Əbu Hureyrənin rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) buyurmuşdur ki; "İmanın yetmiş neçəsə və ya altmış neçəsə şöbəsi vardır. Onların ən üstünü Lə İləhə İlləl-lah deməkdir, ən aşağısı (insanların) yolunda olan əziyyət verən şeyləri təmizləməkdir. Həya da imanın bir şöbəsidir.” {1}

İmran ibn Huseyn (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Həya (insana) ancaq xeyir gətirir”. Buşeyr ibn Kə'b dedi: "Hikmətli sözlərdə (məndəki vərəqdə) belə yazılıb: "Vüqarlı olmaq həyadandır, sakitləşmək həyadandır”. İmran (radiyallahu anhu) ona dedi: "Mən sənə Peyğəmbər¬dən (səllallahu aleyhi və səlləm) hədis danışıram, sən də mənə vərəqdən danışırsan”. {2}

İbn Ömər (radiyallahu anhu) dedi: "Doğrudan da həya ilə iman tamamilə bir-birinə bağlıdırlar. Bunlardan biri götürülərsə, digəri də götürü¬lər”.{3}

Əbu Məsuddan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) buyurmuşdur ki; "İlk Peyğəmbərlikdən insanlara çatan söz belədir: Əgər utanmırsansa, nə istəyirsən et”. {4}

Salman Əl-Farisi belə demişdir: "Allahu Təala qulunun həlak olmasını (məhv olmasını) istəyərsə, ondan həyasını alar. Ondan həyasını alarsa, xoşa gəlməz (nifrət olunan kimsə) olar. Xoşa gəlməz olarsa, ondan əmanəti alar. Əmanəti alarsa, xəyanətkar olar. Xəyanətkar olarsa, ondan mərhəməti alar, onda da sərt və kobud kimsə olar. Sərt və kobud olarsa, ondan imanı alar, imanı alarsa, onu lənətlənmiş bir şeytan kim görərsən».{5}

İbnu Məsud (radıyallahu anh) rəvayət edir ki: "Peyğəmbər (səllallahu aleyhi və səlləm) "Allahdan haqqıyla həya edin!" buyurdu . Biz: "Ey Allahın Elçisi, əlhəmdülillah, biz Allahdan həya edirik" dedik. Ancaq O, bu şərhi etdi: "Söyləmək istədiyim bu (sizin anladığınız həya) deyil. Allahdan haqqıyla həya etmək, başı və onun daşıdıqlarını, batı və onun ehtiva etdiklərini mühafizə etməyin, ölümü və torpaqda çürüməyi xatırlamağındır. Kim axirəti diləsə dünya həyatının zinətini tərk etməli, axirəti bu həyata seçməlidir. Kim bu deyilənləri yerinə yetirsə, Allahdan haqqıyla həya etmiş olar." {6}

Ənəs (radıyallahu anh) rəvayət edir : "Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: "Ədəbsizlik və çirkin söz girdiyi şeyi çirkinləşdirər.Həya isə girdiyi şeyi gözəlləşdirər."{7}

İmran İbni Huseyn (radıyallahu ənhu) rəvayət edirki Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurdu: "Həya ancaq xeyr qazandırar." {8}
Müslimin bir rəvayətinə görə isə:
"Həyanın hamısı xeyrdir", buyurdu. {9}

Başqa bir hədisdə də rəvayət olunmuşdur ki; "Kim Allahdan həya edərsə (utanarsa), Allah da ondan utanar”. Allahın öz qulundan utanması isə kərəm, alicənablıq, ucalıq və yüksəklik mənasında gedir. Allahu Təala, Qulu əlini qaldıraraq dua edərsə, onu geri döndərməyə, müsəlman olaraq yaşayan bir ixtiyara əzab verməyə utanar.

---------------------------

{1} - Əl-Buxari-Ədəbül Müfrəd-Hədis Səhihdir.
{2} - Buxari-Ədəbul Mufrəd 639-cu fəsil (1312).
{3} - Buxari-Ədəbul Mufrəd 639-cu fəsil (1313).
{4} - Buxari-Ədəbul Mufrəd 639-cu fəsil (1316).
{5} - Əl-Buxari.
{6} - Tirmizi, Qiyamət 25, (2460)).
{7} - Tirmizi, Birr 47, (1975); İbnu Macə, Zühd 17, (4185).
{8} - Buxari, Ədəb 77; Müslim, İman 60.
{9} - Müslim, İman 61.

Allah Subhənahu vəTəalədən diləyirəm ki sözlərimizdə və əməllərimizdə bizə ixlas nəsib etsin !
عن عمران بن حصين قال قال النبي صلى الله عليه وسلم الحياء لا يأتي إلا بخير فقال بشير بن كعب مكتوب في الحكمة إن من الحياء وقارا إن من الحياء سكينة فقال له عمران أحدثك عن رسول الله وتحدثني عن صحيفتك عن بن عمر قال إن الحياء والإيمان قرنا جميعا فإذا رفع أحدهما رفع الآخر وعن زيد بن طلحة بن ركانة رضِىَ اللّهُ عَنْهُ قالقالَ رسولُ اللّهِ إنّ لِكُلِّ دِينٍ خُلُقاً، وَخُلُقُ ا"سَْمِ الحَيَاءُ أخرجه مالك.

----------------------

Topladi : Abdul-Azim Salafy
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 681 | Yüklədi: selefimedia