19:26 Cümə və bayram günlərinin eyni günə təsadüf etməsi. | |
Cümə və bayram günlərinin eyni günə təsadüf etməsi. Cümə və bayram günlərinin eyni günə təsadüf etməsi Müaviyə Şamda Zeyd ibn Ərqamdan soruşdu: "Sən heç Peyğəmbərlə (sallallahu aleyhi və səlləmdən.) iki bayramın bir günə düşdüyünə şahid oldunmu?”. Zeyd: "Bəli”, -dedi. Müaviyə: "Yaxşı, peyğəmbər nə etdi?”, – deyə soruşdu. Zeyd cavabında: "Bayram namazını qıldırdı, Cümə namazı qılmağı da sərbəst elan etdi; buyurdu ki, Cümə namazını qılmaq istəyən qılsı – dedi (Əbu Davud, Cümə, 1070)”. Əta ibn Əbi Rəbah deyir: "İbnuz-Zübeyr Cümə gününə təsadüf edən bir bayram günü bizə bayram namazı qıldırdı. Sonra Cümə namazına getdik. O, məscidə gəlmədi. Biz də tək-tək qıldıq. İbn Abbas Taifdə idi. Gələndə bunu ona danışdıq. Bizə dedi ki, o, yəni, İbnuz-Zübeyr sünnəyə uyğun hərəkət edib (Əbu Davud, Cümə, 1071)”. Əbu Hüreyrə (r. a.) peyğəmbərimizdən (sallallahu aleyhi və səlləmdən) belə bir hədis nəql edib: "Bu gün iki bayram bir yerə gəlib. Kim istəsə, Cümə namazını qılmaya bilər; amma biz qılacağıq (Əbu Davud, Cümə, 1073; İbn Macə, Səlat, 1311)”. | |
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 567 | |