Hicri tarixlə 1424-cü ildə Küveyt dövlətindən bir neçə gənc yanıma gəlmişdir. Onlar məndən (şəriətdən başqa) qanunlara müraciət etmək, həmçinin, (insanı) əzəmətləndirmək, qarşısında alçalmaq və itaətkarlıq məqsədilə məxluq üçün ayağa qalxmaq, həmçinin şəriətdən başqa qanunlar qoymaq, bu işdə iştirak etmək, bu əməli edənin arxasında namaz qılmaq, qəbri təvaf etmək və s. bu kimi suallar soruşdular.
Mən də onların suallarına təfsilata varmadan ümumi cavablar verdim. Onlar da bu sualları cavablarla birlikdə götürüb getdilər və şəxslərə tətbiq etməklə onlara kafir və İslamdan çıxdıqlarına hökm verməyə başlamışlar və bunu da sualları cavablandırana, yəni mənə nisbət etmişlər.
Bu çox ciddi və təhlükəli bir işdir. Böyük günahlar səbəbindən insanları təkfir edən xavariclərin məsləyidir (yoludur).