Qamət Süleymanov:
"Belə rəy var ki, İŞİD-i İran qurub."
Biz sələfilərə görə hakimə qarşı çıxmaq olmaz. Fərqi yoxdur ki, hakim, rəhbər şəxs zalımdır, ya yox. Şiə məzhəbinə görə zalım hakimə qarşı döyüşmək lazımdır. Ancaq biz bunu qəbul etmirik. Çünki zalım rəhbərə qarşı çıxmaqla iş düzəlmir. Əksinə, qarşı çıxanda məsələ bir az da böyüyür. Kim hakimə qarşı çıxıbsa xeyrə çatmayıb.
Suriyada bunun şahidi olduq. Suriyada hakimə qarşı çıxmaq səhv idi. Çünki Əsədə qarşı döyüşə başladılar, nəticəsi bu oldu. Şəhərlər dağıldı, yüz minlərlə insan öldü. Bəli, Bəşər Əsəd zalımdır. Amma ona qarşı çıxmaqla düz etmədilər.