...Maddi vəziyyəti əlverişli olmayan müsəlmanlar da hər kəs əlindən nə
gəlirsə Allah yolunda cihad üçün yola çıxmağa hazırlaşan orduya kömək
etməkdə idilər.
Kimi başındakı əmmaməsini, kimi bir dəst paltarını, kimi
ərzaq, kimi bir səbət xurma, kimi bir dəvə, kimi də bir qoyun orduya
bağışlamışdı.
Kasıb müsəlman olan Əbu Uqeyl (Allah ondan razı olsun) orduya verməyə bir şey
tapmadığı üçün gecə-gündüz hərbi düşərgədəki əsgərlər və minik
heyvanları üçün quyudan su çəkmişdi.
Uqbə ibn Zeyd (Allah ondan razı olsun) adlı başqa bir
kasıb səhabə isə orduya bağışlaya biləcəyi heç bir şeyinin olmamasından
çox kədərlənərək səhərə qədər dua etmiş və səhər evindən götürdüyü bir
qab yeməklə utanaraq Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) hüzuruna gəlmişdi.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun hüznlü halına baxıb...